GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Oğlum psixi xəstə ola-ola 10 il cəza verdilər”- Məhkum atası

“Oğlum psixi xəstə ola-ola 10 il cəza verdilər”- Məhkum atası

Tarix: 22-04-2020, 16:00 Bölmə :Cəmiyyət Baxış: 283
“Oğlum psixi xəstə ola-ola 10 il cəza verdilər”- Məhkum atası


Koronavirus pandemiyası dünyanı öz cənginə alandan Azərbaycanda 260 nəfər məhkum məhkəmələr tərəfindən şərti olaraq azadlığa buraxılıb, yaşı 65-dən yuxarı və xəstəliyi olan 176 nəfər məhkum isə prezidentin sərəncamı ilə əfv olunub.

Nəzərə alaq ki, ölkəmizdə ümumilikdə 18 minə yaxın məhkum var. Onlardan isə 340 nəfərə yaxını son iki ayda azadlığa çıxıb.

“Konstitusiya” Araşdırmalar Fondunu rəhbəri Əliməmməd Nuriyev cəza çəkən məhkumların azadlığa çıxmaları ilə bağlı işlərdən danışıb: “Ədliyyə naziri Fikrət Məmmədovun əmri ilə az ağır cinayətlər, nəqliyyat qəzalarına görə məhkum edilmiş şəxslərlə bağlı qanunvericiliyin tələbinə uyğun azad edilməsi üçün işlər görülür. Məntəqə Tipli Cəzaçəkmə Müəssisələrində cəzasının yarısını çəkmiş şəxslərin azad olunması məsələsi də gündəmdədir. Hətta qanunvericilik imkan verirsə, 2 il cəza müddəti qalmış şəxslərin də azad olunması üçün tədbirlər görülür. Cəzaçəkmə müəssisələrində seyrəlmənin təmin edilməsi üçün addımlar atılır. Xüsusilə ağır cinayət törətmiş şəxslərin azad edilməsi məsələsi nəzərdən keçirilimir. Bununla belə, yaşlı, xəstə məhkumların işləri də öyrənilir”.

Qeyd edək ki, hazırda həbsdə olan xəstə məhbusların çoxunun səhhəti qənaətbəxş deyil və onların azadlığa buraxılmasına ehtiyac var. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 78-ci və Cəzaların İcrası Məcəlləsinin 167-ci maddəsinə əsasən məhkumlar ağır xəstəliyi ilə əlaqədar cəzasının qalan hissəsindən azad edilə bilər. Ancaq əfsuslar olsun ki, bu maddələr əsasında ağır xəstə olan məhkumların azadlığa buraxılması məsələsi dəfələrlə qaldırsa da lazımi tədbirlər görülməyib. Penitensiar xidmət isə həbsxanalarda məhbusların sağlamlığı ilə bağlı hər cür şəraitin yaradıldığını və onların həyatı üçün təhlükənin olmadığını dəfələrlə bəyan edir.

Hazırda adı 7 saylı cəzaçəkmə müəssisəsində olsa da, Müalicə Müəssisəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq- külli miqdarda törədildikdə) maddəsi ilə 10 il azadlıqdan məhrum edilməklə cəza çəkən Alim Əkbərovun atası Çərkəz Əkbərovun sözlərinə görə, onun oğlu elə əvvəldən, yəni məhkumluqdan qabaq da psixi xəstəlikdən əziyyət çəkib, rəsmi olaraq dispanserdə qeydiyyatda olub: “Alim Əkbərov 2003-2016-cı illərdə İmişli Rayon Mərkəzi Xəstəxanasının Poliklinikasının Psixatriya şöbəsində baş beyin üzvü xəstəliyi nəticəsində psixi pozuntular və nəzərə çarpan dərəcədə şəxsiyyət dəyişkənliyi dərk etmə qabiliyyətinin azalması və tez-tez qıc olma diaqnozu ilə müalicə alıb. 2016-cı ildən Baş Səhiyyə İdarəsinin 28 saylı şəhər Poliklinikasının Psixatriya şöbəsində qeydiyyatdadır. Ambulator kitabçanın çıxarışlarından göründüyü kimi 2017-ci il ərzində 5 dəfə Bakı şəhəri Baş Səhiyyə İdarəsinin 2 nömrəli Klinik Psixatriya xəstəxanasının Psixatriya şöbəsində və 1 nömrəli Respublika Psixatriya xəstəxanasında stasionar müalicə alıb. Neçə illərdi ki, psixatrik dərmanlar qəbul edir. Həbsxana həyatı isə onun xəstəliyini daha da artırıb. 2018-cı ilin fevral ayından 21.08.2019-cu ilədək Penitensiar xidmətin Müalicə Müəssisəsinin Psixatriya şöbəsində müalicə alıb. Yenə də həmin şöbədə müalicəsini davam etdirir. Son aylarda isə vəziyyəti kəskin olaraq pisləşib. Saxlanma şəraiti normal olsada artıq Alimin həyatı çox təhlükədədir, düzgün müayinə və müalicə ilə bağlı ciddi problemlər var. Artıq onu müalicə etdirməyə nə mənəvi, nə də maddi gücümüz qalmayıb. Yaşlı anası ölüm ayağındadı, 1 azyaşlı körpənin gözü hər gün qapıdadı ki, atam gələcək... Biz Alim Əkbərovun vəziyyəti ilə bağlı dövlət və məhkəmə orqanlarına müraciətlər etmiş, vəsatətlər vermişik ki, Alim ağır xəstə olduğu üçün Ali Məhkəmə onun cəzası ilə bağlı ədalətli qərar çıxarsın. Dəfələrlə Ədliyyə Nazirliyində, Ali Məhkəmədə aidiyyatlı şəxslərin qəbullarında olmuşam, sübutlar təqdim etmişəm ki, oğlum günahsız olaraq həbs edilib. Oğlum psixi xəstə ola-ola 10 il cəza verdilər. Alim Əkbərov kimi xəstə məhkumların sayının çoxluğunu nəzərə alaraq dövlət tərəfindən cəzaların dekriminallaşdırılması ilə yanaşı humanizm siyasəti həyata keçirilərək ağır maddələr üzrə amnistiya verilməlidir”.

Azər İsrafilov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Əfv olunan məhkumlar azad edildilər

    Əfv olunan məhkumlar azad edildilər ...

    17-03-2017, 23:35

  • 
  • Azadlığa qovuşanlar

    Azadlığa qovuşanlar ...

    17-03-2016, 12:16

  • 
  • Azərbaycanda məhkumların sayı 17 mindir

    Azərbaycanda məhkumların sayı 17 mindir ...

    21-05-2013, 13:02

  • 
  • Əfv sərəncamının icrasına başlanıldı: 607 nəfər azadlığa çıxır

    Əfv sərəncamının icrasına başlanıldı: 607 nəfər ...

    25-05-2018, 11:28

  • 
  • Gülər Əhmədova hansı şərtlərlə azadlığa buraxılıb?

    Gülər Əhmədova hansı şərtlərlə azadlığa buraxılıb? ...

    8-05-2014, 10:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu