GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Hacıbala Abutalıbovun rəqibləri bir-biriləri ilə toqquşası olub

Hacıbala Abutalıbovun rəqibləri bir-biriləri ilə toqquşası olub

Tarix: 30-01-2014, 12:37 Bölmə :Manşet Baxış: 993
Hacıbala Abutalıbovun rəqibləri bir-biriləri ilə toqquşası olub
İqtidardaxili gərginlik yeni müstəviyə qədəm qoyur

Cəmi bir il - 2000-ci ildən 2001-ci ilə qədər baş nazirin müavini postunu tutmuş, ardından da Bakı şəhər icra hakimiyyətinin başçısı postuna təyin edilən Hacıbala Abutalıbov 13 ildir ki, paytaxtı idarə etməkdədir. Əslində vəzifəsində o, kifayət qədər uğurlu bir kadr olaraq diqqətə gəldi. Ən azından kiçik «budka»ların əsarəti altında qalan Bakının hazırki durumunun ərsəyə gəlməsində Hacıbala Abutalıbovun müstəsna xidmətlərinin olmasını hər kəs etiraf edər.
BŞİH rəhbəri keçəndən sonra təxminən 40 ticarət köşkünü Bakı küçələrindən təmizləyən Hacıbala Abutalıbov bu gün bir çox məmurların maraq dairəsində deyil. Elə buna görə də iki gündən-bir mətbuatda «Hacıbala Abutalıbovu vəzifəsindən alırlar» başlıqlı xəbərlərə - sonradan təkzib olunan xəbərlərə rast gəlmək mümkündür.
O isə duruş gətirir. Üzərinə edilən basqılara rəğmən Hacıbala Abutalıbov hakimiyyətə olan sədaqətində sapmadığından bu gün də məşhur «91-lər»in sonuncu nümayəndəsi kimi karyerasını davam etdirir.
Sonuncu dəfə keçən ilin sonlarına yaxın onun görəvdən alınacağı ilə bağlı xəbərlər yayıldı. Doğrudur, bu, yenə də baş vermədi. Hacıbala Abutalıbov əvvəlki mövqelərini qorudu. Amma aldığımız məlumatlardan aydın olur ki, sən demə, rəqibləri həmin ərəfədə Bakı meri postunda dəyişikliyə çox yaxın imişlər. Yəni Hacıbala Abutalıbov vəzifəsini itirəcəkmiş. Sadəcə olaraq hadisənin - planlanan olayların ictimailəşməsi, vaxtından əvvəl məlumata çevrilərək ictimai diqqətə çatdırılması Bakı merinin işinə yarayıb. Ona qarşı olanlar bir növ, ifşa olunublar…
Bu barədə danışan məlumatlı mənbə qəzetimizə bildirir ki, hətta rəqibləri sonradan məlumatın mətbuata hansı şəkildə, kimlərin aracılığı ilə ötürülməsini də ciddi şəkildə araşdırıblar. Aydın olub ki, bu barədə Hacıbala Abutalıbovun başqa bir düşməni müstəsna rol oynayıb: «Maraqlıdır ki, bu gün Bakı meri postunu ələ keçirməyə çalışan bütün tərəflər plan cızır. Və konkret olaraq iki iqtidarçi cinah bu işdə maraqlıdır. Və keçən ilin sonlarına yaxın bu cinahlardan biri üstün mövqe qazansa da, əks cinah baş verənləri sükutla qarşılamayaraq, hadisəni mətbuata ötürməsi ilə bir növ Hacıbala Abutalıbovun mövqelərinin qorunmasına nail olur. Halbuki həmin cinah da Hacıbala Abutalıbovla problem yaşayır. Lakin burada vəzifənin başqa birisinin əlinə keçməsindənsə, Hacıbala Abutalıbovun qorunub saxlanılması mövqeyi daha önəmli məqam kimi rol oynayır».
Mənbəmiz iddia edir ki, hələ də rəqabət davam edir: «Hacıbala Abutalıbov gec-tez vəzifəsindən alınacaq. Amma onun yerinə təyinatla bağlı məsələlər qaranlıqdır. Və bu, mübarizə aparan qüvvələrin mövqeyindən birbaşa asılıdır». Məlumata görə, yaxın günlərdə dəyişiklik qərarı verilə də bilər…

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir”

    Hacıbala Abutalıbov: “Hafiz Hacıyev dəlidir” ...

    21-05-2015, 23:50

  • 
  • Abutalıbov hakimiyyətiçi qovğada qurban verilir

    Abutalıbov hakimiyyətiçi qovğada qurban verilir ...

    20-12-2012, 12:37

  • 
  • Hacıbala Abutalıbov yoxlamalara start verdi

    Hacıbala Abutalıbov yoxlamalara start verdi ...

    27-02-2013, 10:19

  • 
  • Hacıbala Abutalıbov Prezidentə hesabat verdi

    Hacıbala Abutalıbov Prezidentə hesabat verdi ...

    23-12-2013, 14:00

  • 
  • Hacıbala Abutalıbov Müsavata Əmircanı göstərdi

    Hacıbala Abutalıbov Müsavata Əmircanı göstərdi ...

    10-09-2014, 13:34


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu