GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » GündəmXəbər » Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır

Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır

Tarix: 9-12-2016, 13:35 Bölmə :GündəmXəbər / Manşet Baxış: 722
Ağstafanın dərdi uzun, yaraları isə sağalmazdır

Çünki, adı çəkilən rayonun səhiyyə ocaqlarında xəstələrin cibinə girmək, müalicə və müayinə üçün pul tələb etmək, həkimlərdən aylıq haqq almaq, büdcə pullarını mənimsəmək və s. sanki adi hala da çevrilib
Son vaxtlar yerli sakinlərin “Gündəm Xəbər”ə ünvanladıqları müraciətlər içərisində, şəhər və rayonlara rəhbərlik edən şəxslərlə bərabər, digər vəzifə sahiblərinin də əməlləri qabardılır. Yəni, çatdırılan məlumatlarda ayrı-ayrı vəzifə sahiblərinin həyata keçirdikləri idarəçiliyin mahiyyətindən, qol qoyduqları qanunsuzluq əməllərindən və digər problemlərdən bəhs olunur. Məsələn, bir neçə gün bundan əvvəl redaksiyamızı məlumatlandıran mənbə bildirdi ki, “ölkəmizin qərb zonasındakı rayonlardan biri olan Ağstafada, bu gün həyata keçirilən idarəçiliyin xüsusi özəllikləri var.
Ağstafada idarəçiliyin xüsusi özəllikləri var
Çünki, RİH-nin başçısı cənab Məhərrəm Quliyev, hər həftənin birinci, ikinci günləri rayonda, digər günləri isə Bakıda olur və şəhərdəki biznesinin idarəçiliyini həyata keçirir. Baxmayaraq ki, icra strukturunda çalışan vəzifə sahiblərinin bizneslə məşğul olmaları qanunla qadağan olunur, amma o, qanunun belə bir tələbinə heç bir halda məhəl qoymur. İcra başçısının Bakıda olduğu günlər ərzində isə, İH-də idarəetməni onun 1-ci müavini Ramiz Tatarov həyata keçirir. Onu da vurğulamaq yerinə düşər ki, uzun illər ərzində 1-ci müavinlikdən bərk-bərk “yapışan” Ramiz Tatarov, artıq kifayət qədər formalaşmış və lazımi iş təcrübəsi toplayan vəzifə sahiblərindən birinə də çevrilmişdir.
1-ci müavinin imkanları aşıb-daşır

Belə bir səbəblər üzündəndir ki, bu gün onun nəinki rayonun mərkəzi ərazilərində, hətta kənd və qəsəbələrində mağazaları, müxtəlif yönümlü müəssisələri, fermaları, sayı-hesabı bilinməyən var-dövləti və digər daşınmaz əmlakları var”.
Sakinlər Ağstafada yaşanan belə bir xoşagəlməz durumun varlığını, məhz icra başçısının həyata keçirdiyi idarəçiliklə bağlayırlar. Odur ki, onların tam əksəriyyəti real durumla barışmırlar və gündəlik üz-üzə qaldıqları problemlərlə bağlı, yuxarı instansiyalara davamlı şikayətlərini də ünvanlayırlar. Düzdür, Məhərrəm Quliyev icra başçısı təyin olunduğu ilk aylar ərzində özünü olduqca işgüzar, sakinlərin problemlərini həll etməyə çalışan icra başçısı obrazında tanıtmışdı. Amma, vaxt keçdikcə ona bəslənilən ümidlər heçə endi və tam əksəriyyət də dərk etdi ki, rayonun mərkəzi ərazilərini idarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin hesabına təmir etdirməklə, heç də uzağa getmək mümkün olmayacaq.
“İşgüzar” icra başçısı ittiham olunur
Əldə etdiyimiz məlumatlara görə o, yerli sakinlərdən biri ilə görüşərkən “mən yüzmin manatlıq avtomobilimin olması ilə fəxr edirəm” kəlməsini də dilinə gətirir. Bu da çox şeyləri söyləməyə əsaslar verir.
Rayon sakinləri onu da bildirirlər ki, icra başçısının belə bir addımlar atmasına səbəb, deyəsən onun daha çox yuxarı dairələrdə vəzifə sahibi olan “daydayı”larına güvənməsi olur. Amma, onu da unutmaq olmaz ki, Məhərrəm Quliyevi Ağstafa RİH-nə başçı vəzifəsinə cənab İlham Əliyev təyin edib. Odur ki, o, ölkə rəhbəri qarşısında cavabdehlik daşımaqla bərabər, eyni zamanda rayonda yaşanan hər cür neqativ amillərin varlığına da, birbaşa cavabdehlik daşıyır.

Rayonda yaşanan acınacaqlı durumla bağlı “Gündəm Xəbər”i məlumatlandıran mənbə onu da bildirir ki, “Məhərrəm Quliyevin qol qoyduğu qanunsuzluq əməlləri, daha çox özünü rayonun səhiyyə sahəsində göstərir. Çünki, xəstəxana daxili mənbənin bildirdiyinə görə, rayonun səhiyyə ocaqlarında mənimsənilən büdcə pullarını baş həkim icra başçısı ilə birlikdə mənimsəyir. Bu yöndə tərəfimizdən apardığımız araşdırmalar zamanı o da bəlli oldu ki, Ağstafanın Mərkəzi Xəstəxanasında büdcə vəsaitləri talan edilir, korrupsiyaya, mənimsəmələrə yol açılır və belə bir addımların başında da, daha çox İlham Mustafayev durur.
Baş həkim qısa zaman kəsiyində hansı imkanlara malik oldu?
“Gündəm Xəbər”in əldə etdiyi məlumatlara görə, İlham həkimin lazımi idarəçilik qabiliyyəti olmadığından, bu gün rayon sakinləri olduqca əziyyət çəkirlər. O, əvvəllər Bakı şəhərində çalışmış və Ağstafa MRX-na baş həkim təyin olunduqdan az sonra, onun təbliğ etdiyi təbliğat o oldu ki, “cənab Nazir mənə etimad göstərdi və Ağstafa səhiyyəsini qaydaya salmaq tapşırığını verdi” deməklə, təbliğatını belə bir yöndə apardı. Belə olan sual oluna bilər ki, əgər rəhbərlik belə bir tapşırıq veribsə, bəs bu gün yaşanan olaylara nə ad vermək olar? Çünki, adı çəkilən rayonun səhiyyə ocaqlarında xəstələrin cibinə girmək, müalicə və müayinə üçün pul tələb etmək, həkimlərdən aylıq haqq almaq, büdcə pullarını mənimsəmək və s. sanki adi hala çevrilib. Ən böyük maxinasiyalar isə, keçirilən tender oyunlarında baş tutur.
İlham Mustafayev büdcə pullarını necə mənimsəyir?
Məsələn, xəstəxanadan verilən məlumatlara görə, İlham Mustafayev xəstəxanaya müxtəlif avadanlıqların alınması adı altında, təkcə ötən il 73 min manatdan çox vəsaiti mənimsəmiş və həmin vəsaitləri də, şəxsi məqsədlərinin həllinə yönəltmişdir. Xəstəxanaya inventarlar almaq məqsədilə mənimsədiyi külli miqdarda pulları isə, həkimlərin ayağına yazaraq onlardan toplamışdır. Rayonun səhiyyə ocaqlarına ərzaq, ləvazimat, dərman preparatları və digər əhəmiyyət kəsb edən avadanlıqlar almaq məqsədilə ayrılan pullar da, müxtəlif yollarla mənimsənilir. Belə bir halların varlığı da, baş həkimin hansı işlərlə məşğul olduğunu, çoxsaylı qanunsuzluqlara qol qoyduğunu göstərir. Adicə bir faktı qeyd edək ki, hələ bir neçə ay bundan əvvəl işıq üzü görən saylarımızda, Ağstafanın səhiyyəsində yaşananlardan bəhs etmişdik. Yazıb onu da qeyd etmişdik ki, İlham Mustafayev baş həkim təyinatından çox keçməmiş Ağstafada ən imkanlı şəxslərindən birinə çevrildi. Məsələn, Qazax rayonunun Ağköynək kəndində cəmi üç ay ərzində inşa olunan və ona məxsus olduğu bildirilən villanın varlığı da, baş həkimin qısa zaman kəsiyində hansı imkanlara malik olduğunu göstərir.
P.S. Hörmətli oxucular! Ölkəmizin qərb zonasında yerləşən Ağstafa rayonunda yaşananlar hər zaman diqqətimizi cəlb etmiş, bu gün də cəlb etməkdədir. Odur ki, növbəti saylarımızda bu rayonun əksər sahələrindən, ələlxüsus səhiyyə, təhsil və digər sahələrində yaşanan acınacaqlı durumun varlığından bəhs edəcəyik. Odur ki, bizi izləyin.
Açıqlamada adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.

İlham

gundemxeber.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər vəzifə sahiblərinin nəzərinə!

    İdarə, müəssisə, təşkilat rəhbərlərinin və digər ...

    9-12-2016, 12:55

  • 
  • “HVMHM” MMC-nin Ağstafa filialında, rəhbərlik minbir qanunsuzluqlara qol qoyur

    “HVMHM” MMC-nin Ağstafa filialında, rəhbərlik ...

    26-10-2015, 21:37

  • 
  • Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə cəmləşib

    Tovuz rayon Təhsil Şöbəsində idarəçilik bir əldə ...

    22-04-2016, 20:48

  • 
  • Beyləqanın problemləri tükənmir.

    Beyləqanın problemləri tükənmir. ...

    19-10-2015, 19:27

  • 
  • Gədəbəydə saxta media əməkdaşları peyda olub

    Gədəbəydə saxta media əməkdaşları peyda olub ...

    24-05-2015, 01:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu