Hər kəsə bəllidir ki, 2020-ci ilin 09 fevral tarixində Milli Məclisə keçiriləcək seçkilərlə bağlı bir sıra siyasi partiya və qurumlar, hətta müstəqil şəxslər də müəyyən hazırlıqlara başlayıblar.
“GündəmXəbər”in əldə etdiyi səhih məlumatlara görə, Nəsimi RİH-nin başçısı belə bir hazırlıqlara qərar verən vəzifə sahiblərindən biridir. Belə ki, o, RİH başçısının 1-ci müavini vəzifəsini daşıyan Gülarə xanım Verdiyevanı deputat seçdirmək niyyətində olduğu iddia olunur. Onu da bildirək ki, artıq növbədənkənar parlament seçkilərində iştirak edəcəkləri ilə bağlı bəzi siyasi partiyalar, o cümlədən Müsavat, Azərbaycan Demokrat və Böyük Quruluş Partiyaları ictimaiyyətə açıqlama veriblər. Söylənilənlərə görə, Müsavat Partiyası digər siyasi partiyalardan fərqli olaraq, artıq dairələr üzrə namizədlərinin siyahılarını müəyyən etdiyi də söylənilir. Bu kimi partiyalardan fərqli olaraq, Milli Şura isə dekabr ayının 10-da verdiyi qərarla növbədənkənar parlament seçkilərində iştirak etməyəcəklərini açıqlayıb. Milli Məclisdə say çoxluğu olan hakim Yeni Azərbaycan Partiyası isə, bu gün də namizədlərinin adlarını ictimaiyyətə bildirmir.
Gundemxeber.az-ın əldə etdiyi ilginc məlumatlara görə, YAP-ın namizədlərinin siyahısını gecikdirməsi və bu partiyanın keçiriləcək parlament seçkisində gənclərə daha çox üstünlük verəcəyi ehyamı vurulmasına baxmayaraq, indidən Nəsimi RİH-nin başçısı canfəşanlıq edir. Yəni, icra başçısı öz müavinini hakim partiyanın nümayəndəsi olaraq Milli Məclisdə görmək istəyir. Hər kəsə bəllidir ki, YAP-nın 21 saylı Nəsimi I dairəsində namizədi olacaq ki, Asif Əsgərov da həmin şəxsin müavini olmasını istəyir. Ötən seçkidə bu dairədən Məlahət Həsənova deputat seçilmişdisə, bu gün icra başçısı öz müavininin deputat olmasına çalışdığı söylənilir. Əldə etdiyimiz başqa bir məlumata görə, Məlahət Həsənovaya öz namizədliyini irəli sürmək üçün bir daha “yaşıl işıq” yandırılmayacaq. Məhz, Asif Əsgərovun da belə bir şəraitdən bacardığı qədər yaralanmağa çalışdığı söylənilir. Daxil olan məlumatda o da vurğulanır ki, Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov, müavininin belə bir təşəbbüslə çıxış etməsinə dəstək verən əsas şəxslərdən biridir.
Hər kəsə bəllidir ki, YAP Nəsimi rayon təşkilatında Qadınlar Şurasının sədri vəzifəsini də daşıyan Gülarə Verdiyeva, ötən seçkilərdə, daha dəqiq desək 2010-cu ildə Milli Məclisə 22 saylı Nəsimi II dairəsindən deputatlığa namizəd olsa da, nədənsə bəxti gətirmədiyindən o, deputat mandatı əldə edə bilmədi. Bəlkə də, bu dəfə onun bəxti gətirəcək. Odur ki, həm gözləyək, həm də izləyək. Mövzu diqqətimizdədir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?