GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » "Media haqqında qanunu Troya atı ilə müqayisə etmək olar'' - Mehman Əliyev

"Media haqqında qanunu Troya atı ilə müqayisə etmək olar'' - Mehman Əliyev

Tarix: 17-12-2021, 11:51 Bölmə :Manşet / GündəmXəbər Baxış: 588

Prezident İlham Əliyevin təşəbbüsü ilə irəli sürülmüş media haqqında qanun layihəsi müstəqil KİV-lər, informasiya təşəbbüslərinin daşıyıcıları, ekspert cameəsinin böyük narazılığına səbəb olub. Narazılıq dekabrın 15-də yayılmış və 170-dən çox şəxsin imzaladığı qiymətləndirmə sənədində əsaslandırılıb.
Mənim şəxsi fikrim Azərbaycanda söz azadlığının boğulması ilə bağlı dövlətin çoxillik və bu gün də davam edən siyasətinin, qanunun məzmunu ilə tanışlıq, qanunun qəbulu ilə bağlı qanunsuz metodlar, üsullar və yolların müşahidə edilməsilə yaranıb. Qanun təkcə KİV üzərində yox, həm də Azərbaycanın bütün informasiya birlikləri üzərində nəzarətin gücləndirilməsinə yönəlib. Orada prezidentdən işsizədək ölkənin istənilən vətəndaşına Konstitusiya tərəfindən verilən informasiya hüquq və təşəbbüslərini kəskin şəkildə məhdudlaşdıran gizli normalar qoyulub.
KİV və televiziya- radio yayımı haqqında qanunları özündə cəmləşdirən qanun layihəsi KİV işçilərinin cəmiyyət qarşısındakı öhdəliklərini kəskin şəkildə məhdudlaşdırır. Bu qanunlar isə KİV və jurnalistlərdən hadisələrin, proseslərin, fikirlərin obyektiv, balanslaşdırılmış, doğru, plüralist işıqlandırılmasını kifayət qədər aydın və maddələr üzrə tələb edir.
Dekabrın 13-də parlamentin İnsan hüquqları komitəsinin rəhbəri Zahid Oruc, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Milli Televiziya və Radio Şurasının sədri İsmət Rəcəbovla görüşdə sual verdim: əgər dövlət gizli senzuradan istifadə edərək (ələ almalar və repressiya vasitəsilə istifadə olunur) azad informasiya mübadiləsni boğursa, yeni qanunun qəbulunun vacibliyindən necə danışa bilər, rəqəmsal informasiya cəmiyyətinin və rəqəmsal informasiya münasibətlərinin inkişafını nəzərdə tutaraq bunu yeni yaranmış vəziyyətlə əsaslandırar bilər. İrad bildirəcəm. Əslində media haqqında qanunun qəbul edilməsinin zəruriliyilə bağlı heç bir yazılı müşayiətedici əsaslandırma yoxdur.
Mən "Tərtər işi"ni nümunə göstərdim, bu, bütün cəmiyyət üçün, həm də təkcə Azərbaycan üçün yox bir nömrəli informasiya marağıdır. Bu, qondarma olmayan, milli təhlükəsizlik səviyyəsində əhəmiyyətə malik real faciəvi hadisənin işıqlandırılması yalnız qeyri-hökumət özəl informasiya təşəbbüsləri və qeyri-hökumət KİV resursları vasitəsilə həyata keçirilir. Heç bir teleradio, nə dövlət, nə də nəzarət altında olan KİV-lər bu barədə heç nə demir. İctimai əhəmiyyətli mövzu ilə bağlı bu kiçik nümunə Azərbaycanda dövlətin KİV-ə nə dərəcədə nəzarət etdiyini göstərir. Və belə bir şəraitdə biz Azərbaycanda informasiya məkanının və informasiya münasibətlərinin sağlamlaşdırılması və inkişaf etdirilməsilə bağlı dövlətin niyyətinin səmimi olmasından danışa bilərikmi?
Həmsöhbətlərim birbaşa cavab verməkdən yayındılar.
Mənim fikrimcə, media haqqında qanun layihəsi aşağıdakı məqsədləri güdür: birincisi, vahid reyestrin, vahid vəsiqənin tətbiqi, dövlətin İnternet-platformanın (audiovizual kontent, İnternet-televiziya) fəaliyyətinə lisenziya vermək hüququ, akkreditasiya orqanının icazəsilə jurnalistlərin akkreditasiyası və s. yollarla dövlətin KİV üzərində nəzarətini gücləndirmək.
Əhməd İsmayılovdan soruşdum ki, vahid vəsiqə anlayışı o deməkdirmi ki, KİV redaksiyalarının öz vəsiqələri etibarsız sayılacaq, cavab verdi ki, xeyr. KİV-lərin vəsiqəsi qüvvədə qalır. O zaman vahid vəsiqə hansı üstünlükləri verir? Qanun layihəsinə baxırıq: muzeylərə pulsuz giriş hüququ, kütləvi tədbirlərin, aksiyaların işıqlandırılması, akkreditasiya. O zaman sual yaranır ki, bizim jurnalistlər muzey sərgilərini nə qədər tez-tez işıqlandırırlar və bu o deməkdirmi ki, KİV əməkdaşı öz xidməti vəsiqəsilə aksiyaları, tədbirləri işıqlandıra bilməyəcək, akkreditasiyadan keçmək hüququna malik olmayacaq? Məlum deyil ki, bu hüquqa yalnız vahid vəsiqə sahibi və ya KİV vəsiqəsi olan əməkdaş malik olacaq. Vətəndaşların kütləvi tədbirləri işıqlandırmaq hüququ olacaqmı, belə ki, buna konstitusiya ilə hüquqları var.
İkincisi, İnternet məkanda vətəndaşların bütün informasiya təşəbbüslərinin izlənilməsini nəzərdə tutan bu qanunun tətbiqi təhlükəsi altında vətəndaşları ifadə azadlığı ilə bağlı konstitusiya hüquqlarını həyata keçirməkdən məhrum etməkdir. Bu qanunun ruhuna əməl etsək, o zaman Facebook, WhatsApp, YouTube və s. səhifələrin bütün sahibləri qanunun təsiri altına düşürlər və onlara mətn, audio və vizual informasiya yaymaq qadağan edilir.
Media haqqında qanunun adı da tərtibçilər tərəfindən təsadüfən seçilməyib. Qərb cameəsində media geniş məna daşıyır və müxtəlif ifadə üsullarını - maddi (memarlıq, təsviri və s.), qeyri-maddi (informasiya və s.) əhatə edir. KİV media məkanının, sadəcə, bir hissəsidir və onların mass media kimi dəqiq tərifi var ki, bu da tərcümədə KİV deməkdir.
Bəs, media haqqında qanun nədən bəhs edir? Onu Troya atı ilə müqayisə etmək olar. Onun gizli anlamı dövlətə məkanının və informasiya münasibətlərinin daha geniş seqmentində müdaxilə və tənzimləmə hüququ verir.
Və bu qanun layihəsində media və mass-media anlayışları qarışdırılıb. Yəni, KİV pərdəsi altında Azərbaycanda informasiya cəmiyyəti üzərində nəzarətin həyata keçirilməsi ideyası gizlədilib. Əgər dövlət media sözü altında ancaq KİV-i nəzərdə tutursa, o zaman qanunda göstərilməlidir ki, Azərbaycan Respublikasında media sözü altında KİV başa düşülür. Həmçinin KİV anlayışını müəyyən etmək lazımdır.
Artıq 1-ci maddədə "Əsas anlayışlar" kütləvi informasiya anlayışının yanlış interpretasiyası verilib ki, bu da qanunun bütün konstruksiyasını əsassız edir.
Baxın, tərtibçilər qanun layihəsinin əsas anlayışlarına nələri daxil ediblər:
1.1.1.kütləvi informasiya - onun qeyri-məhdud sayda şəxsə çatdırılması məqsədilə dərc edilən və ya media subyektləri tərəfindən dərc edilən, əldə edilməsi, ötürülməsi, istehsalı və yayılması Azərbaycan Respublikasının qanunvericiliyilə məhdudlaşdırılmayan informasiyadır;
Yəni, söhbət kütləvi informasiya anlayışının mənasından yox, onun istehsal üsulundan, yayılmasından, alıcısından gedir və üstəlik, burada kütləvi informasiyanın istehsalı üçün eksklüziv hüquq yalnız media subyektlərinə verilir. Medianın subyektləri kimlərdir - bu, bütövlükdə informasiya cameəsidir, yoxsa ancaq KİV-dir?
Əslində, qanunun maddəsinin bu bəndi aşağıdakıları ehtiva etməlidir?
1.1.1. Kütləvi informasiya cəmiyyətin kütləvi şüur səviyyəsində dövr edən informasiyadır. Bu, Konstitusiyanın müddəalarına uyğun olaraq fiziki və hüquqi şəxs tərəfindən istehsal edilə və yayımlana bilər.
Yəni, kütləvi xarakter almış, müxtəlif sayda şəxs arasında yayılan informasiya kütləvi informasiyadır. Anlamı: bir və ya daha çox şəxs, hüquqi şəxs və ya qeydiyyatdan keçməmiş subyekt tərəfindən istehsal edilib-edilməməsinin artıq əhəmiyyəti yoxdur.
Sonra aşağıdakı müddəalar gəlir:
1.1.2. Media - KİV kütləvi informasiyanın dövri və ya müntəzəm nəşrini və (və ya) yayılmasını həyata keçirmək üçün istifadə olunan KİV, habelə onların vasitəsilə formalaşan informasiya mühitidir;
1.1.3. KİV-in subyekti - əsas fəaliyyəti kütləvi informasiyanın dərci və (və ya) yayılması olan fiziki şəxs (jurnalistlər istisna olmaqla) və ya hüquqi şəxsdir;
Bu müddəalar qeyri-müəyyən və ziddiyyətlidir. İnformasiyanın məkan, yəni informasiya mühiti vasitəsilə ötürülməsi üçün alət və vasitə ola bilər. Bu müddəalardan belə çıxır ki, müntəzəm olaraq informasiya istehsalı və yayımı ilə məşğul olan istənilən şəxs bu fəaliyyətin peşəkar və ya həvəskar olmasından asılı olmayaraq, media subyekti, yəni bu qanunun subyekti sayılır. Bu gün peşəkar jurnalist kimi mən daha az kütləvi istehsal edirəm, nəinki informasiya məkanının jurnalist olmayan iştirakçıları.
İndi də Maddə 3-ə keçək. Bu qanunun tətbiqi sahələri
3.1. Bu qanun Azərbaycan Respublikasının ərazisində yaradılmış media subyektlərinə, redaksiyalara, onların məhsullarına, habelə Azərbaycan Respublikasının hüdudlarından kənarda fəaliyyət göstərən və fəaliyəti Azərbaycan Respublikasının ərazisinə və əhalisinə yönəldən bütün media subyektlərinə, Azərbaycan Respublikasının hüdudlarından kənarda yaradılmış, yalnız Azərbaycan Respublikasının ərazisində yayımlanan media- məhsullara, həmçinin jurnalistlərə şamil edilir.
3.2. Bu qanunun müddəaları şamil edilmir:
3.2.1. KİV subyekti olmayan şəxslər (jurnalistlər istisna olmaqla) tərəfindən dərc edilmiş informasiya;
3.2.2. Kütləvi informasiyanın yayılması istisna olmaqla, informasiya texnologiyalarında istifadə yoluyla istifadəçilərin bir-birinə göndərdiyi yazışmalar (korrespondensiya);
3.1 bəndində dövlətin xaricdən Azərbaycana bütün informasiya axınını texniki olaraq bloklamaq istəyindən və buna hazır olduğundan söhbət gedir, kütləvi informasiyanı yayan subyektin qanunla fəaliyyət göstərən peşəkar və ya həvəskar KİV və ya ayrıca informasiya təşəbbüsü olub-olmamasının əhəmiyyəti yoxdur. Əslində, bütün bu KİV subyektləri və təşəbbüslər bu milli qanunun yurisdiksiyası sahəsinə daxil edilir.
3.2.1-ci bənddə göstərilir ki, o, jurnalistlərə şamil edilir. Bəs əgər jurnalist redaksiyadan, onun resurslarından kənarda kütləvi əhəmiyyət daşıyan fikir söyləyirsə, bu o deməkdirmi ki, pozucu kimi qanunun təsiri altına düşür? Qanunla bəli.
İndi də ən əsası. 3.3.2-ci bənddə göstərilir ki, ikidən çox şəxs arasında yayılan informasiya kütləvi sayılır. Beləliklə, tərtibçilərin məntiqinə əsasən, informasiya yayan İnstagram, Facebook və s. informasiya yayan istənilən şəxs bu qanunun yəsiri altına düşür və KİV-ə aid olur.
Beləliklə, məntiqdən çıxış edərək, fərqi yoxdur, kimsiniz - prezident, yoxsa işsiz, hansı vasitələrdən istifadə edirsiniz - Facebook, YouTube. Əgər siz həm də qanunda üstüörtülü şəkildə platforma adlandırılan kütləvi audiovizual informasiya yayımçısınızsa, o zaman sizin qatarın bu platformadan o qədər də uzaq olmayan yerlərə yola düşəcəyini gözləməlisiniz. Qanunun mahiyyəti, mənası və ruhu bundadır.

P.S. Bunlar mənim söyləməyə haqqım olan iddialardan sadəcə bir neçəsidir.

Hörmətlə, Mehman Əliyev

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • AŞPA-nin seçkilərin monitorinqi missiyası media nümayəndələri ilə görüşüb

    AŞPA-nin seçkilərin monitorinqi missiyası media ...

    23-01-2020, 22:21

  • 
  • “KİV haqqında” qanun dəyişdirilir

    “KİV haqqında” qanun dəyişdirilir ...

    27-11-2017, 16:26

  • 
  • “Media haqqında qanun layihəsini dərc edin”-Əhməd İsmayılova müraciət

    “Media haqqında qanun layihəsini dərc edin”-Əhməd ...

    3-07-2021, 10:35

  • 
  • İlham Əliyev parlamentə layihə göndərdi: KİV qanunu sərtləşir

    İlham Əliyev parlamentə layihə göndərdi: KİV ...

    4-12-2014, 23:40

  • 
  • Azərbaycan prezidenti “KİV haqqında” qanuna dəyişikliyi təsdiqləyib

    Azərbaycan prezidenti “KİV haqqında” qanuna ...

    2-11-2015, 15:35


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
https://betboom.com/az
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu