Dövlət büdcəsində qənaət ardınca qaçan ABŞ hökuməti 1 $-lıq əskinası metal pulla dəyişmək niyyətindir. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu halda yaxın 30 ildə 4,4 milyard dollar vəsaitə qənaət edilmiş olacaq. Sərinləşdirici içki, ərzaq, suvenir və s. satan avtomat sahibləri də 1 $-lıq kağız əskinasın metal sikkəylə dəyişdirilməsi tərəfdarıdır. Lakin əksər amerikalılar bu xəbərə soyuq yanaşır.
ABŞ İqtisadiyyat Nazirliyi artıq 1 $-lıq kağız əskinasları dövriyyəyə buraxıb və bu, 2,4 milyard dollara başa gəlib. Pulun böyük hissəsi hazırda dövriyyədədir və yerdə qalan hissə Maliyyə Nazirliyinin anbarlarında saxlanılır.
Qeyd edək ki, kağız pulu 5 ildən bir dəyişmək gərəkdir. Metal pul isə 30 il xidmət edir.
Sorğu
Yeni dizaynımız necədir?