GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ev dəllalları; onlar müştəriləri necə aldadır?

Ev dəllalları; onlar müştəriləri necə aldadır?

Tarix: 9-11-2013, 22:14 Bölmə :Manşet Baxış: 9 717
Ev dəllalları; onlar müştəriləri necə aldadır?
Qiymətlər artdıqca "makler"lər də acıdil olmağa başlayırlar

Kirayə evlərin qiyməti günü-gündən bahalaşır.Bunu kirayə bazarı ilə bağlı araşdırma apararkən kirayə axtaran vətəndaşlardan eşitdik.Onların dediklərinə görə, kirayə bazarında qiymətlər artdıqca "makler"lər də acıdil olmağa başlayırlar.Nəticədə müştəri "makler"ə möhtac olur.

Ev alqı-satqısı ilə məşğul olan satış mərkəzlərində apardığımız monitorinqlər də deyilənləri təsdiqləyirdi. Qeyd edək ki, yeni təhsil ili başlayanda tələbələrin Bakıya axını nəticəsində də kirayə evlərin əksəriyyəti tutulub. Bəlkə də elə bu səbəbdən bir çox alqı-satqı yerlərində durğunluq müşahidə olunur.Amma əsas durğunluq mənzillərin satışı ilə bağlıdır."Makler"lər bizimlə söhbətdə bildirirdilər ki, kirayə məsələsində vəziyyət alqı-satqıya nisbətən yaxşıdır.Çünki gün ərzində onlara ən azı 4-5 nəfər kirayə üçün müraciət edir. "Maklerlər"in, satış menecerlərinin əksəriyyəti problemin səbəbini mənzillərin qiymətinin həddən artıq baha olması ilə əlaqələndirdilər: "Qiymətlər baha olduğu üçün insanlar ev ala bilmirlər. Pulu çox alan adamlar da ancaq firmalar vasitəsilə alqı-satqı edirlər. Onlar "makler"lə alqı-satqı etməyi xoşlamırlar.Bizi fırıldaqçı kimi tanıyırlar.Halbuki, belə məqamda heç kimi aldatmaq olmaz.Bizi o qədər belə təqdim ediblər ki, hamının da beynində bu formada qalıb".

Ev alqı-satqısı ilə məşğul olan "makler" Nazim də qiymətlərin bahalığından şikayətlənirdi. O, məhz bahalığa görə müştərilərin azaldığını vurğulayırdı: "Şəhərin mərkəzi istisna olmaqla, ətraflarda üç otaqlı mənzillər 70-80 min manat arasında satılır. Ancaq elə yerlər var ki, oradakı qiymətlərlə buradakı qiymətlər fərqlənir. "Günəşli"də 2 otaqlı evləri 70-75 min manat, Qaraçuxur ərazisində 4-5 otaqlı evləri 75 min manata deyirlər, amma aşağı qiymətə də verirlər. Sadəcə, hər şey danışıqdan asılıdır, hər şey razılaşma yolu ilə olmalıdır".

Müştərilərin şikayətlərinə gəldikdə, Nazim bunları əsassız adlandırdı: "Müştərilər hər zaman hər şeyi öz xeyirləri üçün danışırlar. Amma məsələlərə real baxmaq lazımdır.Etiraf edirəm ki, pul qazanıram.Etiraf edirəm deyəndə, bu, göz qabağındadır.Tək mən yox, bütün "makler"lər bu işdən pul qazanır. Mən ev satanda o pulun neçə faizini götürəcəyimi həm ev sahibinə, həm də müştəriyə qabaqcadan deyirəm. Əgər onları qane etmirsə, bizimlə işləməsinlər, heç bir məcburiyyət yoxdur. Əgər kimisə məcbur etsəm, "alqı-satqını yalnız mənimlə et" desəm, onda məni günahlandırarsız. Kimə sərf edirsə bizimlə işləsin, etmirsə işləməsin".

Ancaq müştərilər tam əksini deyir. Kirayə üçün ev alqı-satqı mərkəzlərinə üz tutan Tünzalə Həsənova deyir ki, indiyədək 5 "makler"ə müraciət edib: "Ancaq hamısının fırıldağı ilə üzləşmişəm. Onlar ancaq insanları aldatmaqla məşğuldurlar. Nə olsun ki, "makler"siniz, halal pul qazanın da... Öz başıma gələnləri danışım.Bir aydır kirayə mənzil axtarıram.İndiyədək 5 alqı-satqı yerinə müraciət etmişəm.Demək olar ki, hamısında eyni hadisə ilə üzləşmişəm. "Makler"ə deyirəm ki, mənə azı 50 kvadratmetrlik üç otaqlı ev tapsın. Hamısı "baş üstə" deyir.Gedib evə baxıram, məlum olur ki, 40 kvadratmetrdir.50 kvadratmetrlik yeri isə mənə 60 kvadrat adı ilə verirdi.Ev sahibləri bir, "makler"lər başqa söz deyirlər. Bundan əlavə, deyirlər ki, filan yerdə yaxşı bir ev var, şəraiti də superdir. Uzun bir yolu qət edib adamı həmin evə aparırlar.Gedib baxanda görürsən ki, yalan deyirlər.Evə ya su gəlmir, ya da şəraiti pisdir. Bundan əlavə, ev sahibinin dediyi qiymətin də üstünə əlavə qiymət qoyurlar. "Makler"lərdən biri mənə əvvəlcədən nə qədər zəhmət haqqı alacağını deməmişdi. Gedib ev sahibi ilə razılaşdım. Evi kirayə götürən zaman dedi ki, mənə 80 manat pul ödəyəcəksən. Halbuki 80 manatlıq iş görməmişdi. Yenə 40-50 manat istəsə, adama bir o qədər də təsir etməz".

"Makler"lərin fırıldağından cana doyan Tünzalə Həsənova axırda hər şeydən imtina edərək internetdə axtarışa başlayıb. Dediyinə görə, bu dəfə ev alqı-satqısı və kirayəsi ilə məşğul olan firmaya rast gəlib: "Mənə hər dəfə deyirdilər ki, internetdə axtarış elə, firmalarla əlaqə saxla, "makler"lər yalançı olur. İnanmırdım.Ancaq "makler"lərin bu yalanlarını görəndən sonra internetdə axtarışlara başladım.Gördüm ki, düz deyirmişlər.Kirayə ilə məşğul olan firmalar hər şeyi dəqiq edirlər.Hətta kirayə verilən evin ünvanını, şəklini də çəkib saytlarına yerləşdirirlər. Hətta dedilər ki, biz müştəridən yox, ev sahibindən pul alırıq. Mənə bir neçə ev göstərdilər. Sonda birini bəyəndim.Məndən bir qəpik də olsun pul almadılar. Ancaq evə kirayəçi tapdıqlarına görə ev sahibindən 90 manat pul aldılar. Hətta kirayəçi ilə ev sahibi arasında müqavilə də bağladılar. İndi hər hansı problemim olanda həmin firmaya müraciət edirəm.Adını xatırlamıram, ancaq bilirəm ki, onların ofisi "Xaqani" Ticarət Mərkəzindədir.Hamıya məsləhət görürəm ki, "makler"lərdən uzaq olsunlar.Xüsusən də ev alanda belə firmalara müraciət eləsinlər ki, sonradan aldadılmasınlar".

Elmin BƏDƏLOV
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakının mənzil bazarında yarıbayarı bahalaşma

    Bakının mənzil bazarında yarıbayarı bahalaşma ...

    1-04-2014, 10:14

  • 
  • Bakıda kirayə evlərdən vergi tutulacaq - Siyahı hazırlanır

    Bakıda kirayə evlərdən vergi tutulacaq - Siyahı ...

    25-05-2016, 11:58

  • 
  • Bakıda evini kirayə vermək istəyən şəxs digər kirayəşininin meyitini tapdı

    Bakıda evini kirayə vermək istəyən şəxs digər ...

    9-01-2014, 02:23

  • 
  • Bakıda köhnə evlərə qiymət və tələbat niyə artır?

    Bakıda köhnə evlərə qiymət və tələbat niyə artır? ...

    3-05-2014, 12:21

  • 
  • Fazil Məmmədov terror şəbəkəsinə qapı açıb

    Fazil Məmmədov terror şəbəkəsinə qapı açıb ...

    18-07-2013, 12:16


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu