GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şəki Heyvandarlıq necə darmadağın edildi? Prezidentin açılışını etdiyi müəssisədən əsər-əlamət yoxdur – Araşdırma

Şəki Heyvandarlıq necə darmadağın edildi? Prezidentin açılışını etdiyi müəssisədən əsər-əlamət yoxdur – Araşdırma

Tarix: 31-01-2022, 14:36 Bölmə :Manşet / GündəmXəbər Baxış: 313


Beynəlxalq Bankın kreditləri hesabına yaradılan və 100 milyonlarla vəsait yatırılan, qeyri-neft sektorunun gələcəyi hesab olunan müəssisələr 6 il ərzində darmadağın edildi, əmlakı əldən-ələ keçirildi, üstəlik bu illər ərzində onların adı ilə milyonlarla vəsait alınaraq mənimsənildi. Qazanan məmurlar, itirən isə Azərbaycan dövləti və Azərbaycan iqtisadiyyatı oldu…

Prezident İlham Əliyev 2008-ci sentyabrın 19-da Şəki “Aqro-İndastri” MMC-nin rayonun Orta Zəyzid kəndində, keçmiş Kökəltmə Birliyinin ərazisində tikilmiş müasir tipli süd emalı zavoduna baş çəkəndə bu müəssisənin sonralar məhv ediləcəyi heç kimin ağlına gəlməzdi.

Gununsesi.info-nun araşdırması zamanı bəlli olub ki, bu müəssisənin tikintisinə Azərbaycan Beynəlxalq Bankı ilə Hollandiyanın “Roqobank”ı arasında imzalanmış kredit müqaviləsi əsasında 2006-cı ildə başlanmışdır. Müqavilənin ümumi dəyəri 7,28 milyon avro idi.

Şəki–Oğuz şosesinin kənarındakı 70 hektar ərazidə müasir tipli heyvandarlıq kompleksi, damazlıq və südçülük sahələri, pendir zavodu və mal-qara üçün yem istehsalı sexi yerləşirdi. Kompleksə Hollandiyadan yüksək məhsuldarlığı olan 660 cins inək gətirilmişdir. Kompleksdə adi və mexanikləşdirilmiş tövlələr tikilmişdi. İcarəyə götürülmüş 400 hektara yaxın ərazidə yem üçün qarğıdalı, yonca və vələmir əkilirdi. Hər gün heyvanlara 10 tona yaxın yem verilirdi yem istehsalı üçün müasir tipli dəyirmanın tikiləcəyi planlaşdırılıdı.

Müəssisədə gün ərzində 15 min litr süd istehsal olunmaqla 1500 kiloqram Hollandiya pendiri hazırlanması nəzərdə tutulurdu, 200-ə yaxın yerli sakin işlə təmin olunmuşdu, normal əməkhaqqı alırdılar. Görülən işləri yüksək qiymətləndirən prezident

İlham Əliyev bölgələrdə bu cür müəssisələrin yaradılmasının əhəmiyyətinini vurğulamışdı. Amma necə deyərlər, sən saydığını say, görək fələk nə sayır…

2014-2015-ci illərdə Beynəlxalq Bankda baş verən hadisələrdən Bankın özünün və cəlb etdiyi xarici kreditlər hesabına qurulmuş müəssiələr əl dəyişməyə başladı. Bu müəssisələrin, demək olar ki, hamısının rəhbərləri saxlandılar, onlar Beynəlxalq Bankın balansına verildikdən sonra buraxıldılar. Həmin vaxt elan olundu ki, müəssisələrin heç biri kredit müqaviləsi üzrə öhdəliklərinə əməl etməyib. Amma onların rəhbərlərinin bir çoxu tamam fərqli açıqlamalar verərək, yaratdıqları müəssisələrin gəlir gətirdiyini, kredit ödənişlərini vaxtında yerinə yetirdiklərini, buna baxmayaraq, müəssisənin əllərindən alındığını bildirdilər.

Bu açıqlamalara rəğmən şirkətlər Beynəlxalq Bankın balansından toksik aktiv kimi alınaraq “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına verildi. “Aqrarkredit” QSC isə nəinki onların fəaliyyətini səmərəli qura bilmədi, hətta bir çoxunu ləğv edib bazasında yeni müəssisələr yaratdı. 2017-ci ildə həmin müəssisələr dövlət aktivlərinin səmərəli idarə edilməsi, dövlətə məxsus müəssisələr arasında əlverişli kooperasiya əlaqələrinin qurulması, qeyri-neft sektorunun inkişafına təkan verilməsi və s. məqsədlərlə yaradılan “Azərbaycan Sənaye Korporasiyası” ASC-nin balansına verildi. Korporasiya isə həmin müəssisələrin bəzilərini 2018-ci ildə fərqli hüquqi adlarla yenidən təşkil etdi.

“Şəki Heyvandarlıq” MMC də həmin zaman dövlət qeydiyyatından keçib. Şirkətin nizamnamə kapitalı 18 mln. 415,5 min manat, qanuni təmsilçisi isə Elşən Ağalarov, Müşahidə Şurası Rauf Qarayev, Vüqar Yaqubov, Samir Osmanovdan ibarət olub.

MMC-nin bu illər ərzində fəaliyyəti ilə bağlı olduqca az məlumat var. ASK-nın rəsmi saytında müxtəlif illləri əks etdirən bir neçə xəbər tipli informasiya yerləşdirib. Eləcə də internet resurslarında da müəsssisənin gəliri, yenilikləri ilə bağlı bir neçə xəbər var. Onların birində qeyd olunur ki, “ASK Heyvandarlıq” MMC-nin südlük-maldarlıq üzrə özəl heyvandarlıq təsərrüfatında olan inəklərin hər birindən 2018-ci ildə 6 min 935 kiloqram süd sağılıb. Bu göstərici əvvəlki illə müqayisədə 365 kiloqram çoxdur. Gün ərzində hər inəkdən orta hesabla 19 kiloqram süd sağılıb. Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin heyvandarlıq sektorunun müdiri Nazim Rəcəbov bildirib ki, ötən il bu müəssisədə 4 min 64 ton süd istehsal olunub. Bu, əvvəlki illə müqayisədə 930 ton və ya 29,7 faiz çoxdur.

Hazırda təsərrüfatda saxlanılan 1321 baş iribuynuzlu mal-qaranın 586 başı ana maldır. Ana malın sayı əvvəlki illə müqayisədə 109 baş artıb. Ötən il müəssisədə 621 baş, yəni inişilkindən 60 baş çox buzov doğulub.

Rəsmi qəzetlərin birində isə “ASK Aqro” MMC-nin Şəki rayonunun Orta Zəyzid kəndində fəaliyyət göstərən südçülük-maldarlıq üzrə damazlıq təsərrüfatı rayonda cins maldarlığın inkişafında mühüm yer tutmasından bəhs olunur:

“Müasir tipli bu heyvandarlıq kompleksində hazırda “Holştin-friz” (Hollandiya) cinsindən olan 1400 baş iribuynuzlu heyvan saxlanılır. Heyvandarlıq kompleksinə böyük fermalar, sağım sexi, laboratoriya və yardımçı tiklilər daxildir. Sağım sexində quraşdırılan avadanlığın köməyi ilə bir dəfəyə 32 baş inəyin südünün ətraf mühitlə təması olmadan sağılması, toplanması, soyudulması və saxlanılması təmin olunur. Kompleksdə saatda 10 ton südün pasterize edib istehsal edilməsi üçün pendir zavodu, hər biri 500 ton tutumu olan ot saxlamaq üçün 3 ədəd talvar, silos və senaj basdırmaq üçün 6000 ton tutumu olan anbar mövcuddur…”.

2018-ci ildə ASK-nin verdiyi məlumata görə “ASK Aqro” MMC-nin nizamnamə kapitalı 2 412 manat və yaxud 0,4% artırılıb. Beləliklə şirkətin kapitalı 642 594 manatdan 645 006 çatdırılıb.

Sənaye Korporasiyasının bu təmtəraqlı informasiyasından cəmi 3 il sonra 2021-ci ilin yanvarında ASK-nın tərkibində 9 müəssisə o cümlədən “Şəki Heyvandarlıq” ləğv edilib.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin yaydığı məlumata əsasən “Azərşüşətara” MMC, “Azərtütün”, “Bakı Ayaqqabı”, “Mingəçevir İzolit”, “Şəki Heyvandarlıq”, “Şəki Kərpic İstehsalı”, “Şəki İpək İstehsalı”, “Şəki Ət və Süd Məhsulları”, “Azərpambıq” ASC ləğv olunur. Artıq bu müəssiələrin özəlləşdirilməsinə başlanıb.

Beləliklə, ötən Beynəlxalq Bankın kreditləri hesabına yaradılan və 100 milyonlarla vəsait yatırılan, qeyri-neft sektorunun gələcəyi hesab olunan müəssisələr 6 il ərzində darmadağın edildi, əmlakı əldən-ələ keçirildi, üstəlik bu illər ərzində onların adı ilə milyonlarla vəsait alınaraq mənimsənildi. Qazanan məmurlar, itirən isə Azərbaycan dövləti və Azərbaycan iqtisadiyyatı oldu…


Gundemxeber.az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ermənilərin Şuşada "andiçmə mərasimi" keçirdiyi bina darmadağın edildi - FOTO

    Ermənilərin Şuşada "andiçmə mərasimi" ...

    5-10-2020, 11:54

  • 
  • EBRD ilə əməkdaşlıqda əsas hədəflər müəyyənləşib

    EBRD ilə əməkdaşlıqda əsas hədəflər müəyyənləşib ...

    6-02-2021, 16:48

  • 
  • Hacıyevin 70 milyonluq «barama» əməliyyatı

    Hacıyevin 70 milyonluq «barama» əməliyyatı ...

    11-11-2015, 18:19

  • 
  • Gürcü bankının Azərbaycandakı törəməsi olan “TBC Kredit”də nələr baş verir ?- Görəsən, Elman Rüstəmovun “TBC” BOKT-dan xəbəri varmı ?

    Gürcü bankının Azərbaycandakı törəməsi olan “TBC ...

    1-06-2021, 14:19

  • 
  • AİB ilə Azərbaycan arasında kredit müqaviləsi imzalanacaq

    AİB ilə Azərbaycan arasında kredit müqaviləsi ...

    28-11-2019, 13:51


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (59)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu