GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Zeynal Nağdəliyev kimin adamıdır?

Zeynal Nağdəliyev kimin adamıdır?

Tarix: 13-11-2013, 15:23 Bölmə :Manşet Baxış: 26 086
Zeynal Nağdəliyev kimin adamıdır?

Prezidentin, Ayaz Mütəllibovun, Fərhad Əliyevin, yoxsa?...

O, vaxtilə Lənkəran rayonunun hakimi mütləqi idi. Bu gün isə daha böyük vəzifə kürsüsündə əyləşib. Ali məktəbi bitirdikdən sonra Əzizbəyov rayonundakı 12 saylı internat məktəbində işə düzəlib, sonra peşə məktəbində komsomol katibi, Azərbaycan Komsomolunun MK-da şöbə müdiri, Lənkəranın icra başçısı və s. vəzifələrdə çalışıb. Yəqin söhbətin cənab Zeynal Nağdəliyevdən getdiyini bildiniz. O, 2001-ci ildə Rusiya azərbaycanlıları Konqresinin icraçı direktoru vəzifəsində çalışıb. Lakin onun 1994 – cü ildən 2001 – ci ilə qədər nə ilə məşğul olduğu barədə heç bir məlumat verilmir.
Deyilənə görə, Zeynal Nağdəliyevin həyatının qaranlıq səhifələrinin bir qismi də 1990-cı illərə təsadüf edir. Belə ki, 1990– cı ilin 20 yanvar faciəsi baş verərkən bu hadisələr ona heç bir təsir göstərməmişdir. Belə ki, o, bu ərəfədə SSRİ-yə daha böyük xidmətlər göstərirmiş, bunun nəticəsində mükafat olaraq vəzifəsini komsomol şöbə müdirliyindən Mərkəzi Komitəyə qədər yüksəltməyi də bacarıb. Qeyd olunur ki, bu, Z.Nağdəliyevin 90-cı il “qəhrəmanlığı” idi. Amma hamıya məlum həqiqətdir ki, həmin illərdə mərhum prezident Heydər Əliyev qanlı qanlı yanvar faciəsinə etiraz edərək partiya biletindən imtina etmiş və Kommunist Partiyasını tərk etmişdi. Z.Nağdəliyev isə 1991-ci ildə Kommunist Partiyasının sıralarına qatıldığı, kommunist vəsiqəsini ürəyinin başında daşıdığı söylənilir.
Zeynal Nağdəliyevin bundan sonra taleyində də bir çox qaranlıq məqamlar var. Belə ki, barəsində məlumat verənlər onun 1995-ci ildə Rusiyaya getdiyini bildirir. Belə ki, o, 1995-ci ilin mart hadisələrindən, XTPD-nin süqutundan sonra Moskvaya üz tutmuşdur. Aldığımız məlumata görə Heydər Əliyevin hakimiyyətə qayıdışı zamanı Z.Nağdəliyev Azərbaycan Sahibkarlar Partiyasının təşkilat şöbəsinin müdiri postunu tutub. Partiyanın dirçəlməsi istiqamətində gördüyü işlər sırasında onun Lənkərana gələrək iclas keçirdiyi, yerli təşkilatın özəyini yaratdığını xəbər verirlər. Maraqlıdır, görəsən, həmin illərdə əhalinin kütləvi şəkildə YAP-a üz tutduğu dövrdə ona rəqib olan siyasi partiyanın yerli təşkilatını yaratmaq cənab Nağdəliyevin nəyinə lazım imiş? Bəlkə o, Heydər Əliyevin siyasətini bəyənmirmiş? Elədirsə, onda bəs niyə indi bu ideologiyaya xidmət göstərməsiylə fəxr edir? Bəlkə vəzifədə olduğuna görə?
Lənkəranda olan zaman isə Z.Nağdəliyev “Burda mənəm, Bağdadda kor xəlifə” prinsipi ilə işləyib. Onun Lənkərana icra başçısı təyin edilməsində də müxtəlif müəmmalı məqamlar var. Belə ki, o, keçmiş XTPD-nin yüksək çinli məmurların vasitəsilə Lənkarana icra başçısı təyin edildiyi haqda informasiyalar var. Bu təyinatda daha çox Fərhad Əliyevin əməyi olduğu barədə bilgilər dolaşır.
Aldığımız məlumata görə, vaxtilə Z.Nağdəliyev dövlətə 200 milyon manat ziyan vurub. Belə ki, o, icra başçısı kimi icra aparatının üzvlərilə elə ilk görüşündə Lənkəran şəhərinə daş–kömür gətirilməsi məsələsini qaldırmışdı. Bundan sonra isə Sumqayıtda yerləşən “Alternativ enerji” MMC şirkəti Lənkərana 700 ton daş–kömür verib. Bu daş – kömürlər büdcə təşkilatlarına zorla paylanılıb. Yararsız olan daş – kömür üçün şirkətə 200 milyon manat məbləğində vəsait ödənilib. Yararsız halda olan daş – kömürdən isə heç istifadə olunmayıb. Beləliklə, dövlətə 200 milyon manat məbləğində ziyan dəyib.
Bu gün Z.Nağdəliyevin adı çəkiləndə yada onun Həzi Aslanovla bağlı dedikləri düşür. Deyilənə görə, Z.Nağdəliyev Lənkəranda vəzifə başına gəldikdən təxminən bir ay sonra Həzi Aslanovun büstünü götürdərək, bunun Baqramyanın büstü olduğu iddiasını irəli sürüb. Z.Nağdəliyevin Rəsul Quliyevlə əlaqəsi olması da deyilir. Bunun nə dərəcədə doğru olub – olmadığını deyə bilmərik. Amma Z.Nağdəliyevin Lənkəranın icra başçısı olduğu vaxt Ayaz Mütəllibovla əlaqəsi olduğu faktdır. Bildirilir ki, Moskvada yaşadığı illərdə Z.Nağdəliyev A. Mütəllibovla tanış olmuş, onlar arasında münasibətlər yaranmışdır. Bildirilir ki, Z.Nağdəliyevin Lənkəranın icra başçısı keçməsində Fərhad Əliyevin böyük rolu olub. Z.Nağdəliyev icra başçısı olan zaman iqtidar adamı olsa da, qardaşı Sahib Nağdəliyev AMİP-çi olub və parlament seçkiləri zamanı Etibar Məmmədovun vəkili qismində çıxış edib. İndi isə o da vəzifədədir-bələdiyyə sədridir. Bir ailədən iki nəfər ayrı – ayrı mövqelərə xidmət edib.
Bu gün Zeynal Nağdəliyev daha böyük vəzifələr arzusundadır. Onun ABŞ və Avropa dövlətlərinin bəzi təşkilatları ilə münasibəti olduğu, Fərhad Əliyevin müdafiəsi üçün gizli şəkildə xahişlər etməsi də verilən xəbərlər sırasındadır. Son aldığımız məlumata görə son hədəf baş nazir postudur. Amma...
Çinarə VÜQAR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 60
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zeynal Nağdəliyevdən icra başçılarına xəbərdarlıq“

    Zeynal Nağdəliyevdən icra başçılarına xəbərdarlıq“ ...

    7-05-2013, 00:16

  • 
  • DYP şefinin qardaşı da «qara siyahı»ya düşüb

    DYP şefinin qardaşı da «qara siyahı»ya düşüb ...

    23-08-2013, 14:47

  • 
  • Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri müəyyənləşib"

    Zeynal Nağdəliyev: "30 minə yaxın iş yeri ...

    4-02-2016, 20:27

  • 
  • Kürdəmirdə qəzaya düşən Zeynal Nağdəliyev Bakıya gətirildi

    Kürdəmirdə qəzaya düşən Zeynal Nağdəliyev Bakıya ...

    6-08-2014, 00:34

  • 
  • Zeynal Nağdəliyevin oğlunun 100 minlik maşını oğurlandı

    Zeynal Nağdəliyevin oğlunun 100 minlik maşını ...

    4-12-2014, 23:33


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu