GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » "Smartdom" MMC Bakıda QOÇULUQ EDİR... - ÖZBAŞINALIQ!

"Smartdom" MMC Bakıda QOÇULUQ EDİR... - ÖZBAŞINALIQ!

Tarix: 15-04-2022, 16:08 Bölmə :Manşet / GündəmXəbər Baxış: 284



Bakıda bir qrup sakin tikinti şirkətinin özbaşınalığına etiraz aksiyası keçirib. Yasamal rayonu A.M. Şərifzadə və İ. Talıblı küçələrinin kəsişməsində yerləşən 192 və 24 A, 26, 28 saylı binaların sakinləri onlarla razılaşdırılmamış, həmçinin ərazidəki binaların sakinləri köçürülməmiş binaların ətrafının hasarlanmasından şikayət edirlər.

Gundemxeber.Az-ın məlumatına görə, sakinlər Sputnik Azərbaycan-a bildiriblər ki, "Smartdom" MMC tikinti şirkəti Şərifzadə 192 ünvanında yerləşən 112 mənzilli binanı alaraq söküb yerində yeni bina inşa edəcək. 1, 74 hektar torpaq sahəsində yeni binanın tikintisinə sakinlərlə qarşılıqlı razılaşmadan sonra başlanılmalı olsa da, tikinti şirkəti artıq ərazinin bir hissəsini hasarlamağa başlayıb.
Sakin Nişad Mehdiyev bildirib ki, ərazidə yerləşən binalardan yalnız birinin sakinləri ilə müqavilə bağlanaraq köçürülüb. Digər binaların sakinləri ilə isə heç bir müqavilə bağlanılmayıb. Buna baxayaraq artıq şirkət sakinləri köçürülən binanı, həyətdəki qarajları sökərək yeni binanın tikintisinə başlamağa hazırlıq işləri görür:
"Burada yaşayan sakinlər bu həyətdən istifadə edirlər. Biz 47 ildir ki, bu binada yaşayırıq. İndi tikinti şirkəti bizə narahatlıq yaradır. Yolumuzu bağlayır, binanı hasara alır".

Sakinlər məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinə də müraciət ediblər. Onların İdarəyə ünvanladığı narazılıq məktubuna rəsmi cavabda da qeyd edilir ki, "Smartdom" MMC yalnız qarşılıqlı razılaşma əsasında, sənədləşmə işləri tam başa çatdıqdan sonra yeni yaşayış binasının tikintisinə başlaya bilər. Buna nəzarət isə Yasamal Rayon İcra Hakimiyyətinə tapşırılıb.
Biz ərazidə olarkən Yasamal Rayon İcra Hakimiyyətlərinin əməkdaşlarına rast gəlməsək də, ərazidə çoxlu polislər vardı. Sakinlər tikinti şirkətinin onları polislərlə hədələdiklərini bildirdilər. Onlar iddia edir ki, binaların həyətindəki ağaclar kəsilərək tikintiyə hazırlıq işləri aparılır. Sakin Ziya Məmmədov deyir ki, ərazi hasara alındıqdan sonra onlar blokada şəraitində yaşamalı olacaqlar: "Qərarda da göstərilib ki, ərazidəki dörd binanın sakinləri ilə razılaşdırıldıqdan sonra tikintiyə başlanılmalıdır. Amma şirkət yalnız bir binanın sakinləri ilə razılaşıb. Buna baxmayaraq bütün ərazini hasara alıb. Digər üç binanın sakinləri çətin durumda qalıb".
Digər sakin Əliağa Cəbrayılov binaların 1963-cü ildə inşa edildiyini söyləyib. Onun sözlərinə görə, artıq tikinti şirkətləri həyətin bir hissəsini hasara alıb. Digər binalarda yaşayan sakinlərin şikayətini isə qəti nəzərə almır.
Yaşayış binalarının həyətində tikintiyə hazırlıq işlərinin aparıldığının biz də şahidi olduq. Artıq həyətin bir hissəsində quyular qazılaraq hasara almaq üçün dirəklər basdırılırdı. Həyətdəki ağacların isə bir qismi kökündən çıxardılmışdı.
"Smartdom" tikinti şirkətinin direktoru Eldəniz Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, sakinlər iddialarında haqsızdırlar: Bu ərazidə beş bloklu bina inşa ediləcək. Ərazidəki digər binalar da söküləcək. Biz o binaların sakinləri ilə müqavilə bağlamağa çalışsaq da onlar gəlib razılaşmaq istəmirlər. Bizdən daha yüksək məbləğ tələb edirlər".
Onun sözlərinə görə, bütün binanın ətrafının hasarlanması təhlükəsizlik məqsədi daşıyır: "Biz binanı təhlükəszlik məqsədilə hasara alırıq. Sakinlərə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsindən verilən cavab məktubunda da bildirilib ki, sənədlər toplandıqdan sonra tikinti işlərinə başlanıla bilər. Biz də bütün sənədləri toplamışıq. Amma sakinlər gəlib imza atmaq istəmirlər. Onlar hazırda yaşadıqları mənzilin dəyərindən qat-qat artığını tələb edirlər".
Sakinlər isə direktorun dediklərinin doğru olmadığını söylədilər. Onlar bildirdilər ki, yaşadıqları binanın sökülməsi ilə bağlı onlarla heç bir danışıq aparılmayıb.
Yasamal Rayon İcra Hakimiyyətindən isə sakinlərin şikayəti ilə bağlı sualımıza cavab verən olmadı.
Qeyd edək ki, bir müddət öncə Şərifzadə 192 ünvanında yerləşən binanın sökülməsi zamanı "Smartdom" MMC ilə sakinlər arasında narazılıq yaranmışdı. Şirkət binanın sökülmədiyini bildirilsə də, binada yaşayış olmasına baxmayaraq əksər mənzillərin qapı-pəncərələrinin çıxarılmış, arakəsmələr sökülmüşdü. Sakinlər bildirmişdi ki, şirkət sakinlərlə razılaşmadan əl altından, digər sakinlərin adı ilə binanı sökür:
"Guya söküntünü şirkət yox, onlarla razılığa gələn sakinlər aparırlar. Tikinti şirkəti elə bir təəssürat yaradır ki, binanı sakinlər özləri sökürlər. Amma onların niyyəti bu yolla sakinləri mənzilindən çıxmağa razı salmaqdır" .
Xatırladaq ki, sakinlərlə tikinti şirkəti arasında narazılıq ötən ilin mart ayından bəri davam edir.


GundemXeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa olunacaq

    Bakıda 7-mərtəbəli eyni görkəmli bina inşa ...

    27-11-2013, 05:46

  • 
  • Bakıda 30 "Xuruşşovka" bina söküləcək - VİDEO

    Bakıda 30 "Xuruşşovka" bina söküləcək - ...

    15-03-2017, 08:56

  • 
  • Yasamalda tikinti özbaşınalığı: məmurlar gəldi, Ruslan özünü damdan atası olmadı

    Yasamalda tikinti özbaşınalığı: məmurlar gəldi, ...

    6-11-2017, 19:04

  • 
  • Bu binaların sakinləri köçürülür - RƏSMİ

    Bu binaların sakinləri köçürülür - RƏSMİ ...

    5-05-2021, 18:59

  • 
  • Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu bağladı

    Bakıda 112 ailənin evi sökülür - Sakinlər yolu ...

    7-07-2017, 19:43


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu