GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » “Azərbaycanın müharibəyə başlamaq üçün əli gicişir”

“Azərbaycanın müharibəyə başlamaq üçün əli gicişir”

Tarix: 18-11-2013, 16:12 Bölmə :Manşet Baxış: 1 720
“Azərbaycanın müharibəyə başlamaq üçün əli gicişir”
Rusiyalı hərbi ekspert Qarabağda savaşın başlayacağı təqdirdə mümkün ssenarilərdən yazır

Rusiyanın “Russkaya planeta” jurnalında nüfuzlu hərbi ekspert Aleksandr Xramçixinin “Dağlıq Qarabağada müharibə nə vaxt başlayacaq?” başlıqlı geniş təhlili dərc edilib.
Jurnalın saytına istinadən xəbər verir ki, müəllif əvvəlcə Azəbaycan və Ermənistanın hərbi imkanlarını, qüvvələr nisbətini təhlil edib.

Birinci Qarabağ müharibəsi dövründə tərəflərin hərbi itkilərini sadalayan A.Xramçixin qeyd edir ki, atəşkəsin əldə olunmasından sonra hər iki tərəf öz silahlı qüvvələrini gücləndirir. Eyni zamanda bunu yeni müharibəyə başlamaq üçün etdiklərini gizlətmirlər.



Məqalədə Ermənistan ordusunun malik olduğu silah və texnikanın miqdarı göstərilir. Açıq mənbələrdən əldə edilmiş məlumatlara əsasən hazırda Ermənistan ordusunda 2 ədəd “Toçka” raket sistemi, 8 ədəd R-17 raket kompleksi, 110 tank, 200-ə qədər PDM, 120-dən çox BTR, 50-dən artıq reaktiv artilleriya sistemi, o cümlədən Çin istehsalı olan 4 WN-80 reaktiv sistemi, 300-ə yaxın HHM kompleksi və digər silahlar var.

Dağlıq Qarabağdakı erməni qüvvələrinin imkanları haqda məlumat yoxdur. Lakin ayrı-ayrı mənbələrdə göstərilir ki, Qarabağ qüvvələrinin 316 tankı, 324 PDM-i, 233 artilleriya qurğusu və s. var.

Ekspert qeyd edir ki, bir vaxtlar Ermənistan ordusu Belarus ordusundan sonra keçmiş SSRİ-də ən yaxşı hazırlıqlı və döyüş qabiliyyətli ordu hesab edilirdi. Lakin indi vəziyyət dəyişib, çünki pul olmadığından Ermənistan öz ordusunu yeni hərbi texnika ilə təchiz edə bilmir.

Daha sonra Xramçixin Azərbaycan ordusunun imkanlarını təhlil edir. Bildirilir ki, hazırda Azərbaycan Silahlı Qüvvələri postsovet respublikalarında ən sürətlə inkişaf edən ordudur və hətta Rusiya ilə rəqabət apara bilər (təbii ki, miqyas fərqi nəzərə alınmaqla).

Xramçixinin qənaətinə görə, Azərbaycan zəngin neft gəlirləri sayəsində öz ordusunu ən yeni silahlarla təchiz edib və keçmiş SSRİ respublikalarının ordularını üstələyib.



Daha sonra açıq mənbələrdə yer alan məlumatlara əsasən göstərilir ki, Azərbaycan ordusunda 381 tank, 300-dən çox PDM, 300-dən çox BTR, 300-dən çox özüyeriyən artilleriya qurğusu, 60 reaktiv yaylım atəşi sistemi, o cümlədən 12 “Smerç” qurğusu, onlarla təyyarə, yüzlərlə vertolyot, S-300 kompleksləri, İsrail istehsalı olan HHM sistemləri mövcuddur.

Həmçinin qeyd olunur ki, Azərbaycan güclü hərbi-sənaye kompleksi də formalaşdırıb və keçmiş sovet respublikaları arasında ən güclü hərbi sənayeyə malik olan beşinci ölkədir.

A.Xramçixin Azərbaycanın silah idxalını davam etdirdiyini yazır və son illər Rusiyadan, Türkiyədən, digər ölkələrdən alınan silahları sadalayır. Ekspertin qənaətinə görə, Azərbaycan Qarabağda hərbi əməliyyatlara başlasa, Rusiyanın Ermənistanın köməyinə gələcəyi hələ məlum deyil. Çünki Azərbaycan Ermənistana yox, Qarabağa hücum etməyə hazırlaşır.



A.Xramçixin bildirir ki, Ermənistanın vəziyyəti çıxılmazdır. İrəvan Rusiyanın Azərbaycana yeni silahlar satmasından nə qədər incisə də “düşərgəni dəyişmək” imkanı yoxdur. Rusiya isə müharibə başlayacağı təqdirdə demək olar ki, neytral qalacaq. Rusiya o zaman müharibəyə qarışardı ki, Azərbaycan Ermənistana hücum etsin. Ekspert hesab edir ki, müharibə başlasa, ancaq Azərbaycanla Ermənistan arasında, Qarabağda gedəcək.

“Lakin Azərbaycanın tam qələbə qazanmaq üçün hələ yetərli qüvvəsi yoxdur. Bununla belə heç bir şübhə yeri yoxdur ki, vaxt Azərbaycanın xeyrinə işləyir. Belə vəziyyətdə Ermənistanın ancaq bir yolu qalır ki, özü birinci müharibəyə başlasın və Azərbaycanın hərb potensialını zəiflətsin. Ancaq bu variantın da ciddi minusları var. Çünki Ermənistan işğalçı kimi tanınacaq və beynəlxalq təcridlə üzləşəcək. Ona görə də Ermənistan ancaq onu edə bilərdi ki, Azərbaycanı hərbi əməliyyatlara birinci başlamağa təhrik etsin. Xüsusən də Azərbaycanın müharibəyə başlamaq üçün əlləri gicişir” - deyə Xramçixin yazır.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Siyasi-hərbi müstəvidə təşəbbüs bütünlüklə Bakıya keçəcək

    Siyasi-hərbi müstəvidə təşəbbüs bütünlüklə Bakıya ...

    21-11-2013, 11:45

  • 
  • Rusiya Qarabağda müharibəyə hazırlaşır

    Rusiya Qarabağda müharibəyə hazırlaşır ...

    21-01-2013, 10:42

  • 
  • Rusiya Azərbaycanla sərhəd ərazilərdə yeni hərbi texnikalar toplayır

    Rusiya Azərbaycanla sərhəd ərazilərdə yeni hərbi ...

    8-10-2013, 15:43

  • 
  • Azərbaycan və Ermənistan ordusunun hərbi gücü – Statistika

    Azərbaycan və Ermənistan ordusunun hərbi gücü – ...

    27-01-2014, 15:00

  • 
  • Ekspert: "Rusiya münaqişəyə müdaxilə etməyəcək"

    Ekspert: "Rusiya münaqişəyə müdaxilə ...

    4-04-2016, 00:05


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (261)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu