GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Müsahibə » Siyasi-hərbi müstəvidə təşəbbüs bütünlüklə Bakıya keçəcək

Siyasi-hərbi müstəvidə təşəbbüs bütünlüklə Bakıya keçəcək

Tarix: 21-11-2013, 11:45 Bölmə :Müsahibə Baxış: 767
 Siyasi-hərbi müstəvidə təşəbbüs bütünlüklə Bakıya keçəcək
Rusiyalı nüfuzlu hərbi ekspert: “Zaman Azərbaycanın xeyrinə işləyir...”
Rusiyalı nüfuzlu analitikə görə, az müddət sonra siyasi-hərbi müstəvidə təşəbbüs bütünlüklə Bakıya keçəcək; “Ermənistanı üçün yeganə çıxış yolu Azərbaycanı müharibəyə məhz indi təhrik eləmək, silahlanma üçün təcili pul tapmaqdır...”
“Aleksandr Xramçixin: “Azərbaycan Dağlıq Qarabağı qaytarmaq istəsə, Rusiya neytral qalacaq...”
Rusiyadakı Siyasi və Hərbi Təhlil İnstitutunun direktor müavini, tanınmış siyasi-hərbi ekspert Aleksandr Xramçixin “Russkaya planeta” dərgisində Qarabağda labüd müharibənin mümkün ssenariləri və onların nəticələri ilə bağlı analitik məqaləsi dərc olunub. Materialın aktuallığını və Rusiya tərəfdən münaqişəyə bir baxış bucağı olduğunu nəzərə alıb ixtisarla təqdim edirik.

Məqalədə müəllif atəşkəs dövründə münaqişə tərəflərinin öz silahlı qüvvələrini gücləndirməkdə olduğunu və bunun yeni müharibəyə hazırlıqdan ötrü etdiklərini qeyd edir.

Düşmən ölkə ordusunun silah və texnikasının miqdarına toxunan ekspert Ermənistan ordusunda 2 ədəd “Toçka” raket sistemi, 8 ədəd “R-17" raket kompleksi, 110 tank, 200-ə qədər PDM, 120-dən çox BTR, 50-dən artıq reaktiv artilleriya sistemi, o cümlədən Çin istehsalı 4 WN-80 reaktiv sistemi, 300-ə yaxın HHM kompleksi və digər silahların olduğunu yazır. ”Dağlıq Qarabağdakı erməni qüvvələrinin imkanları haqda isə məlumat yoxdur. Lakin ayrı-ayrı mənbələrə görə, Qarabağ qüvvələrinin öhdəsində 316 tank, 324 PDM, 233 artilleriya qurğusu və s. var".

****
Azərbaycan ordusunun imkanlarını təhlil edən Xramçixin onu postsovet məkanında ən sürətlə inkişaf edən ordu kimi təqdim edir. Ekspertin fikrincə, Bakı zəngin neft gəlirləri sayəsində ordusunu ən yeni silahlarla təchiz edib və hətta keçmiş sovet respublikalarının ordularını üstələyib. Məqalədə şəffaf mənbələrə istinadən yer alan məlumatlar əsasında Azərbaycan Silahlı Qüvvələrində 381 tankın, 300-dən çox PDM-in, 300-dən çox BTR-in, 300-dən çox özüyeriyən artilleriya qurğusunun, 60 reaktiv yaylım atəşi sisteminin, o cümlədən 12 “Smerç” qurğusu, onlarla təyyarə, yüzlərlə vertolyot, S-300 komplekslərinin, İsrail istehsalı olan HHM sistemlərinin olduğu bildirilir. Azərbaycanın güclü hərbi-sənaye kompleksi formalaşdırdığı və keçmiş sovet respublikaları arasında ən güclü hərbi sənayeyə malik olan beşinci ölkə olduğu vurğulanır.
Regionun hərbiləşdirilməsində Rusiyanın roluna toxunan ekspert Moskvanın Güney Qafqaz bölgəsində öz kommersiya maraqları olduğunu qeyd edir və bu xüsusda bildirir: “Bakı pul verir, İrəvan isə - yox. Ona görə ən yeni hərbi texnikanı Ermənistan deyil, Azərbaycan alır. Lakin hələ ki, Ermənistan və Dağlıq Qarabağın toplam hərbi potensialı əlverişli coğrafi mövqe də nəzərə alınmaqla Azərbaycan tərəfdən zərbəni dəf etməyə yetir - əgər Rusiya Türkiyənin müdaxilə etməyəcəyinə zəmanət versə.
Ancaq tendensiya Azərbaycanın həddən artıq böyük iqtisadi imkanları üzündən erməni tərəfi üçün heç də əlverişli deyil. Bakı artıq indinin özündə havada əzici üstünlüyə malikdir, hansı ki, hələlik yalnız Qarabağın və Ermənistanın güclü yerüstü havadan müdafiə sistemi hesabına kompensasiya olunur. Rusiyadan alınan silahlar quruda da Azərbaycana əhəmiyyətli üstünlüyü təmin edir. O cümlədən TOÇ-1 və “Smerç”lər Qarabağ ermənilərinin müdafiə istehkamlarını dağıtmaq üçün çox əlverişlidir".
****
Daha sonra mümkün müharibə variantında Rusiyanın Ermənistana kömək edib-etməyəcəyi məsələsinə toxunan müəllif yazır: “Ermənistan KTMT-nin üzvüdür. Bu, o deməkdir ki, Rusiya, Belarus , Qazaxıstan, Qırğızıstan, Tacikistan və Özbəkistan müharibə variantında (əgər təbii ki, savaşa Azərbaycan başlasa) Ermənistanın köməyinə gəlməlidir. Amma reallıqda bunun baş verməyəcəyinə, demək olar, şübhə yoxdur. Bakı ilə mübahisəyə mane olan neft-qaz məsələləri səbəbindən, ümumiyyətlə, ciddi müharibəyə qarışmaq istəyinin yoxluğundan (axı, Rusiya Azərbaycana hətta böyük həcmdə hücum silahları verir) Moskva özünə belə bir ”sürüşkən bəhanə" tapıb neytral qalacaq ki, Azərbaycan Ermənistana yox, heç kim tərəfindən tanınmayan və KTMT üzvü olmayan Dağlıq Qarabağa hücum edir.
Və bu zaman 2008-ci ildə baş vermiş, tamamilə analoji bir hal - Gürcüstanın tanınmayan Abxaziya və Cənubi Osetiyaya hücumunun Rusiya tərəfindən işğal aksiyası elan edilməsi də yada düşməyəcək. KTMT-nin digər üzvlərinin Ermənistana köməyə gələcəyini təsəvvür eləmək isə o qədər absurddur ki, bunu hətta müzakirə eləməyə dəymir. Başqa yandan, Türkiyə də Rusiya ilə (onun Ermənistandakı hərbi qruplaşması timsalında) birbaşa hərbi toqquşma riskinə görə müharibəyə qarışmayacaq, hərgah Ermənistanla sərhəddə hansısa güc nümayişi təşkil edə bilər.
****
İran isə hələ birinci erməni-azərbaycanlı savaşında müsəlman (üstəlik şiə!) Azərbaycanı qoyub pravoslav Ermənistanı müdafiə eləməklə “islam həmrəyliyinin” ondan ötrü bir görüntü olduğunu artıq ortaya qoyub. Bu, o zaman Tehranın Ankara ilə - Bakının əsas himayəçisi ilə pis münasibətlərdə olması ilə izah edilirdi. Hazırda İran-Türkiyə, İran-Azərbaycan əlaqələri əhəmiyyətli ölçüdə yaxşılaşıb, lakin Tehran-İrəvan münasibətləri də əsla pisləşməyib. Odur ki, İranın yeni savaş zamanı neytrallığı saxlamayacağına əsaslar yoxdur. Ola bilsin 90-cı illərlə müqayisədə neytrallıq daha balanslı şəkildə təmin edilsin.
Qərbə gəlincə, onun mövqeyinə iki bir-birinə zidd amil təsir edəcək - güclü erməni diasporu (xüsusilə ABŞ və Fransadakı) və Azərbaycanın Rusiya layihələrinə alternativ olan çoxsaylı neft-qaz layihələri üçün xüsusi önəmi. ABŞ-ın Qarabağ müharibəsinə hərbi müdaxiləsi istənilən halda istisnadır, o ki ola Avropa ölkələrinin. Qərb yalnız İrəvan və Bakıdan qəzəbli şəkildə tələb edəcək ki, müharibəni tezliklə dayandırsınlar. Yeri gəlmişkən, elə Rusiya da.
****
Bu mənada İrəvanın durumunun çıxılmaz olduğunu vurğulamaq lazım gəlir. Ermənistan Bakıya silah satan Moskvadan inciyə bilər, ancaq o, “düşərgəni dəyişmək” imkanına malik deyil. Azərbaycan Qarabağı qaytarmaq istəsə Rusiya demək olar, neytral qalasaq, ancaq təxminən 100 faizə yaxın əminliklə demək olar ki, Ermənistan ərazisi zərbəyə məruz qalarsa (fərqi yoxdur, bu zərbəni Azərbaycan vuracaq, yoxsa Türkiyə) - o zaman işə qarışacaq.
Ermənistanın NATO-dan birbaşa hərbi kömək almaq şansı isə hadisələrin hər hansı inkişaf ssenarisində və ya İrəvanın alyans qarşısında “əyilməsi”nin dərinliyindən asılı olmayaraq yoxdur. Doğrudur, istisna deyil ki, hələ heç də hamı 2008-ci il müharibəsinin dərslərini (Gürcüstanın qəmli taleyini) başa düşmür və əxz eləməyib. Bununla belə, reallıq məhz bundan ibarətdir".
****
Beləliklə, ekspert bu qənaətə gəlir ki, əgər 20 il qabaqkı kimi müharibə başlayarsa, hərbi əməliyyatlar böyük ehtimalla Azərbaycanla (bir tərəfdə) Ermənistan və “DQR” arasında (digər tərəfdə) gedəcək: “Lakin Azərbaycanın öz qələbəsini tam təmin etmək üçün hələ yetərli qüvvəsi yoxdur. Bununla belə, zaman birmənalı şəkildə Azərbaycanın xeyrinə işləyir. Məhz bu səbəbdən indi müharibə ermənilərə daha sərfdir. Nə qədər ki, tərəflərin potensialı müqayisə edilə bilən səviyyədədir, ermənilər müharibəyə birinci başlayıb qələbəyə ümid edə, Azərbaycanın hərbi potensialını əhəmiyyətli ölçüdə zəiflədə bilərlər - hansının bərpasına ki, Bakı minimum 15-20 il sərf eləməli olar.
Lakin bu variantın çox böyük minusları var: birincisi, erməni tərəfinin Azərbaycan üzərində heç bir say üstünlüyü yoxdur, ona görə də hərbi uğura yalnız qəfil hücum variantında ümid edə bilər - bu da praktik olaraq mümkünsüzdür. İkincisi isə hücumun ermənilər üçün çox ağır siyasi nəticələri olacaq, çünki onlar istənilən halda Azərbaycana məxsus olan ərazilərə hücum edən işğalçılar olacaqlar. Yekunda ermənilər nəinki İranın, demək olar ki, həm də Rusiyanın, Qərbin siyasi dəstəyindən məhrum olacaqlar və Türkiyənin birbaşa müdaxiləsi təhlükəsi ilə üz-üzə qalacaqlar. Ona görə də Ermənistan üçün ən əlverişlisi Azərbaycanı hərbi əməliyyatlara birinci başlamağa təhrik etməkdir. Onsuz da Bakının müharibəyə başlamaq üçün əlləri çoxdan qaşınır.
****
Beləcə, gec-tez qaçılmaz olan müharibənin sərhədində balanslaşma prosesi gedir. Hərgah, erməni tərəfi savaşı başlamağa cəsarət eləmir. Bu da psixoloji və siyasi cəhətdən anlaşılandır. Ancaq bir müddət (özü də çox böyük olmayan müddət) sonra imkanlar qəti olaraq əldən çıxacaq və təşəbbüs bütünlüklə Azərbaycan tərəfinə keçəcək. İrəvan üçün yeganə variant silahlanmaq üçün pul tapmaqdır".
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Azərbaycanın müharibəyə başlamaq üçün əli gicişir”

    “Azərbaycanın müharibəyə başlamaq üçün əli ...

    18-11-2013, 16:12

  • 
  • Ekspert: "Rusiya münaqişəyə müdaxilə etməyəcək"

    Ekspert: "Rusiya münaqişəyə müdaxilə ...

    4-04-2016, 00:05

  • 
  • Rusiya Qarabağda müharibəyə hazırlaşır

    Rusiya Qarabağda müharibəyə hazırlaşır ...

    21-01-2013, 10:42

  • 
  • Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını qaytarmağa hazırlaşır.

    Azərbaycan Ermənistanın işğal etdiyi torpaqlarını ...

    15-09-2015, 15:44

  • 
  • Hərbi ekspert “SOS” siqnalı verdi: dövlət müstəqilliyi təhlükədədir!

    Hərbi ekspert “SOS” siqnalı verdi: dövlət ...

    14-08-2013, 13:08


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu