GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ayaz Mütəllibov səssizliyini pozdu...

Ayaz Mütəllibov səssizliyini pozdu...

Tarix: 20-11-2013, 23:38 Bölmə :Manşet Baxış: 914
  Ayaz Mütəllibov səssizliyini pozdu...
Eks-prezident 20 noyabr vertolyot qəzasından danışdı: “Mənə bu cinayəti açmağa imkan vermədilər” ; “Tamerlan Qarayevə tapşırıq verdim, o isə...”
Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov 22 il əvvəl Qarabağ səmasında ermənilər tərəfindən vurulmuş vertolyotda həlak olanların xatirəsini bu gün yad edib.

İlk dəfədir ki, A.Mütəllibov bu terror aktında həyatını itirən komanda yoldaşlarının - dövlət katibi Tofiq İsmayılovun, nazirlərin xatirəsini yad etmək imkanı qazanıb. Faciədən 22 il keçsə də içərisində Azərbaycanın dövlət xadimlərinin olduğu vertolyotun vurulması ilə bağlı müəmmalar hələ də qalmaqdadır. A.Mütəllibov bu hadisə ilə bağlı fikirlərini virtualaz.org saytının əməkdaşı ilə bölüşüb.

- Qarakənd faciəsindən 22 il keçdi. Bu terror aktı nəticəsində sizin komandanızın praktiki olaraq bütün üzvləri həlak oldu. Əsas sualdan başlayaq: bu, kimə sərfəli idi?

- Bu, Azərbaycan ərazisində 90-cı illərin əvvəllərində həyata keçirilmiş ən irimiqyaslı terror aktı idi. Nəticədə mən demək olar ki, bütün komandamı itirdim və əlbəttə ki, dövlət başçısı kimi bu, mənə böyük zərbə oldu. 1991-ci il müstəsna il idi. Biz həmin il uğurlu “Həlqə” əməliyyatı keçirmişdik, ermənilərin Dağlıq Qarabağda və ona bitişik Azərbaycan rayonlarında sıx yaşadıqları ərazilərdə qanunsuz silahlı birləşmələri tərksilah etmişdik. Bu, birinci versiyadır. Lakin ikinci, geosiyasi versiya da var. Azərbaycan zəngin resurslara malik mühüm ölkədir və mümkündür ki, hansısa qüvvələrə burada vəziyyəti nəzarətdən çıxarmaq lazım idi. İstənilən halda bu, mənə və dövlətə qarşı yönəlmiş əsl terror aktı oldu.

- Dağlıq Qarabağa yola düşməzdən əvvəl onlar sizdən icazə almışdılar?

- Tofiq Kazımoviç İsmayılov onda dövlət katibi idi və Ağdamda regional müşavirə keçirməyi planlaşdırırdı. Faciəyə bir gün qalmış MDB-nin Kiyev sammitindən qayıtmışdım. Protokola görə, aeroportda məni rəsmi şəxslər, o cümlədən Tofiq İsmayılov qarşıladı. O, mənə dedi ki, noyabrın 20-də Ağdamda ətraf rayonların icra başçılarının iştirakı ilə müşavirə keçirməlidir. O, bu müşavirədən sonra münaqişə zonası üzərindən vertolyotla uçmağı planlaşdırırdı. Lakin mən buna qətiyyən icazə vermədim. Başa düşürdüm ki, bu necə təhlükəlidir. Biz razılaşdıq ki, o, Ağdama yola düşsün, orada müşavirə keçirsin və qayıtsın. Bu zaman ona dedim ki, həmin gün axşam mənim də müşavirəm var və axşama hökmən Bakıya dönməlidir. Bundan sonra biz ayrıldıq. Sonra eşitdim ki, Ağdamdakı müşavirədə hansısa mübahisə yaranıb və onlar həmin mübahisənin səbəblərini yerində aydınlaşdırmaq üçün vertolyota oturub və ora gediblər. Və həmin Qarakənd üzərində bu faciə baş verib.

- Belə versiya irəli sürülürdü ki, bu faciədə keçmiş səhra komandiri “Qatır Məmməd” də günahkardır. Hansı ki, Xalq Cəbhəsinin hakimiyyəti dövründə onu həbs etdilər və həbsxanada müəmmalı şəraitdə öldü. Siz bu barədə nə deyərdiniz?

- Bəli, mən də bu barədə eşitmişəm, lakin onun günahını təsdiq edə biləcək faktım yoxdur. Bununla belə bilirəm ki, o, yerli özünümüdafiə dəstəsinə rəhbərlik edirdi, Xalq Cəbhəsinin üzvü idi. Üstəlik həmin vaxt mənə bu cinayət işini sona çatdırmağa imkan vermədilər.

- Bu faktın araşdırılmasını o zaman siz Tamerlan Qarayevə həvalə etmişdiniz. Niyə?

- Mən bu cinayətin araşdırılmasını ona həvalə etməmişəm. Sadəcə olaraq xahiş etmişəm ki, ağdamlı kimi bu işin araşdırılmasında Dövlət Komissiyasına yardım etsin. Bundan əlavə, komissiyada hökumətin, Müdafiə və Daxili İşlər nazirliklərinin nümayəndələri yer alırdı. Həmçinin mən Qarabağ hərbi dairəsi yaratdım və onun rəhbərliyinə Tahir Əliyevi təyin etdim. Tamerlan Qarayevə isə tapşırdım ki, ona kömək etsin. Qarayev isə oradan komissiyanın işi ilə bağlı mənə hansısa teleqramlar göndərirdi. Təəssüf ki, o vaxt bir çox məmurların iş üslubu belə idi.

- Vertolyotun “qara qutusu” niyə Bakıda saxlanılmadı və Moskvaya göndərildi?

- Ona görə ki, Azərbaycanda “qara qutu”nu oxumaq üçün aparat yox idi. Biz onu Moskvaya göndərdik, ancaq oradan bildirdilər ki, “qara qutu” çox zədələnib və onu oxumaq mümkün deyil. Bir sözlə, bu işdə çox suallar var və cavablarını istintaq verməlidir. Mən isə bu istintaqı yekunlaşdıra bilmədim.

- Bu faciəyə ay yarım qalmış Məhəmməd Əsədovu daxili işlər naziri vəzifəsindən kənarlaşdırmışdınız. Bunun səbəbi nə idi?

- Birincisi, mən onu kənarlaşdırmamışdım, əksinə, özümə yaxınlaşdırmışdım. (Məhəmməd Əsədov dövlət müşaviri təyin edilmişdi-red.). İkincisi, mənim onunla bağlı böyük planlarım vardı, təəssüf ki, bunlar reallaşmamış qaldı.

- Faciədən sonra müdafiə naziri Valeh Bərşadlını da işdən azad etdiniz...

- Mən onu işdən azad etmədim, özü istefa verdi. Azərbaycan dilini bilmədiyi üçün onu sadəcə olaraq ələ salırdılar. Bərşadlı kadr zabiti idi, Rusiyada və Almaniyada xidmət etmişdi. Ancaq bizim cəbhəçilər - müxalifətçilər onu ələ salırdılar. Həmin demokratik özbaşınalıq şəraitində hadisələr belə cərəyan edirdi.

- Bu faciənin qarşısını ala bilərdinizmi?

- Əgər mənə imkan versəydilər, çox şeyin qarşısını ala bilərdim. Mən onda Qarabağ probleminin həllinə yaxın idim, lakin buna imkan vermədilər və mənə təzyiq göstərdilər. Ancaq mən vəzifədən yapışmadım, çünki mənim postum bir vətəndaşın belə həyatına dəyməzdi.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ayaz Mütəllibov Fəxri Xiyabana gedib (FOTO)

    Ayaz Mütəllibov Fəxri Xiyabana gedib (FOTO) ...

    20-11-2013, 13:51

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:45

  • 
  • Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – (Yenilənib)

    Ayaz Mütəllibov: “Mən yoxa çıxmamışam” – ...

    3-09-2013, 15:42

  • 
  • Ayaz Mütəllibov nəvəsinə toy edib

    Ayaz Mütəllibov nəvəsinə toy edib ...

    21-01-2014, 12:10

  • 
  • Ayaz Mütəllibov 21 ildən sonra ilk dəfə səs verdi – (Foto)

    Ayaz Mütəllibov 21 ildən sonra ilk dəfə səs verdi ...

    9-10-2013, 16:06


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (74)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu