Azərbaycanın eks-prezidenti Ayaz Mütəllibov guya yoxa çıxması barədə mətbuatda yayılan xəbərlə bağlı virtualaz.org-a açıqlama verib.
O bildirib ki, Azərbaycan ərazisindədir: “Mənim qeybə çəkilməyimlə bağlı yayılan xəbərlərin heç bir əsası yoxdur. Sadəcə olaraq istirahətdəyəm və bu səbəbdən də qərara gəldim ki, hələlik media ilə təmasda olmayım”.
* * *
Bir aya yaxındır Bakını tərk edən Azərbaycanın sabiq prezidenti Ayaz Mütəllibov hələ də geri qayıtmayıb.
Bu barədə Modern.az saytına Ayaz Mütəllibovun yaxın dostu, ASDP sədri Araz Əlizadə məlumat verib.
A.Mütəllibovun hazırda Bakıda olmadığını deyən ASDP sədri onun nə zaman qayıdacağından xəbərsiz olduğunu deyib. A.Əlizadə hətta eks-spikerin harada olmasını da bilmədiyini söyləyib.
“Ayaz müəllim hazırda Bakıda deyil. Bilmirəm hardadır. Onun nə zaman Bakıya qayıdacağından da xəbərsizəm”, - deyə partiya sədri qeyd edib.
Xatırladaq ki, mətbuatda yayılan məlumatlarda Ayaz Mütəllibovun doğma Şamaxı şəhərində olduğu bildirilirdi.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?