GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Şəhid anası nəvəsini MÜDAFİƏYƏ QALXDI... - Prezidentə müraciət olundu

Şəhid anası nəvəsini MÜDAFİƏYƏ QALXDI... - Prezidentə müraciət olundu

Tarix: 27-09-2022, 10:08 Bölmə :Manşet / GündəmXəbər Baxış: 417

Dövlət Sərhəd Xidmətinin Dövlət Sərhəd Nəzarəti İdarəsində “Heydər Əliyev Beynəlxalq Aeroportu” sərhəd nəzarəti şöbəsinin yük sərhəd nəzarəti bölməsinin nəzarətçisi vəzifəsində gizir rütbəsində xidmət etmiş Alim Cənnətov iki il əvvəl Mirzəyev Şahin Sahib oğlu adlı şəxsin şikayəti əsasında və İdarənin daxili təhlükəsizlik şöbəsinin rəisi Namiq Cəlilovun ona qarşı qərəzli mövqe nümayiş etdirərək təzyiq altında aldığı izahatla formalaşdırdığı mənfi rəy nəticəsində guya “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 41.0.6-cı maddəsinə (xidməti uyğunsuzluğa görə) müvafiq olaraq vəzifədən azad edilib.

Haqsızlıqla barışmayan Alim Cənnətov Bakı İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Sərhəd Xidməti rəisinin onun vəzifədən azad olunması və ehtiyata buraxılması barədə 11.03.2021-ci il tarixli 549Ş/H saylı əmrinin ləğv edilməsi, əvvəlki işinə bərpa olunmaqla məcburi iş buraxma dövründə ödənilməli olan əmək haqqının hesablanılaraq ona verilməsinin Dövlət Sərhəd Xidmətinə həvalə olunması barədə qərar çıxarılmasını xahiş etmişdir.

İşin halları Bakı İnzibati Məhkəməsində, daha əvvəl isə istintasq orqanında Rövşən Bayramov adlı müstəntiq tərəfindən araşdırılmış, Alim Cənnətovun xidməti uyğunsuzluq kimi dəyərləndirilə biləcək heç bir nöqsanının olmadığı qənaətinə gəlinmiş və hakim Mehriban Qarayevanın sədrliyi ilə Alim Cənnətovun iddiasının təmin olunması barədə qərar çıxarılmışdır.

Qarşı tərəf qərardan narazı qaldığı üçün Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına apellyasiya şikayəti vermişdi. Lakin Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun sədrliyi ilə keçən apellyasiya məhkəməsinin qərarı tutarlı əsaslara deyil, yalnız ümumi, mücərrəd mülahizələrə söykənmiş və birinci instansiya məhkəməsinin ədalətli qərarı ləğv edilmişdir.

Xatırladaq ki, “Dəryaz” qəzeti (“Deryaz.az” veb-saytı Alim Cənnətovun valideynlərininmüraciətləri əsasında artıq iki dəfə bu mövzuda məqalələr hazırlayaraq oxucularına təqdim etmişdir. Həmin məqalələrdə bu məsələ ilə əlaqədar təfərrüatlar, məhkəmə ədalətsizliyi ilə bağlı məqamlar öz əksini tapmışdır.

Bu dəfə isə Alim Cənnətovun nənəsi – şəhid anası, ahıl yaşlı Rəfiqə Cənnətova redaksiyamıza müraciət edərək fəryadının ictimailəşdirilməsini xahiş etmişdir.

Şəhid anası bildirir:“Məhkəmədən öncə yağışlı-qarlı havalarda sürünə — sürünə xəstə canımla, kor gözümlə mən Dövlət Sərhəd Xidmətində olmuşam. Pandemiyaya görə məni general Elçin Quliyev şəxsən özü qəbul etməsə də, başqa məmurlar mənə ürək-dirək verdilər ki, arxayın olun, tezliklə sizə şad xəbər veriləcək. Ancaq şad xəbər əvəzinə, sadəcə poçtla Dövlət Sərhəd Xidmətinin kadrlar şöbəsindən cavab məktubu göndərilərək Alimin xidmətə bərpasının mümkün olmadığı bildirildi. Dəfələrlə bir şəhid anası kimi Prezidentə, Vitse-Prezidentə ərizə ilə müraciət etmişəm. Əfsüslar olsun ki, həmin müraciətlərim baxılması üçün aidiyyəti üzrə Dövlət Sərhəd Xidmətinə göndərilsə də, yenə də kadrlar şöbəsindən eyni məzmunlu imtina cavabı gəldi. Məndə belə qənaət yarandı ki, təbiətcə humanist adam kimi tanınan general Elçin Quliyevin özünün bu olaylardan xəbəri yoxdur. Əks təqdirdə heç olmasa, sərhədçilərin peşə bayramında yazdığım təbriknamələrə cavab verilərdi. Əmin oldum ki, Namiq Cəlilov kimi öz günahlarını ört-basdır etmək istəyənlər, onu dəstəkləyənlər bizim müraciətlərimizi Dövlət Sərhəd Xidməti rəisinə çatdırmırlar. Bəs elə isə bizim ölkə başçısına ünvanladığımız, aidiyyəti üzrə göndərilən müraciətlərimizə niyə əhəmiyyət verilmir? Bunlar yəni o qədərmi dövlətə, dövlətşiliyə hörmətsiz yanaşırlar?

Bir şəhid anası kimi məınim göz yaşıma həssas yanaşan, haqqı nahaqqa qurban verməyən birinci instansiya məhkəməsinin hakimi Mehriban Qarayevanın ədalətli qərarını ləğv edən Bakı Apellyasiya Məhkəməsinin hakimi Azər Hüseynovun çıxardığı qərar isə qərar deyil, qəbahətdir. Aşkar göründü ki, hakim Azər Hüseynov və sifarişini yerinə yetirdiyi şəxslər oğulları Vətən uğrunda qurban getmiş, xalqımızın 30 illik həsrətinə son qoymuş dəyanətli, mətanətli şəhid analarına da hörmət etmirlər. Yəqin, Mehriban Qarayeva özü də ana olduğu üçün məni başa düşüb, amma Azər Hüseynova həm ədalət, həm də mərhəmət hissi yad olduğu üçün bizim fəryadımıza biganə yanaşdı, sifarişlə qərar çıxardı.
İnanmaq, özümü inandırmaq istəyirəm ki, Ali Məhkəmədə icraatda olan bu məsələ ilə bağlı tezliklə ədalət işartıları özünü göstərəcəkdir. Çünki, tezliklə (bu günlərdə səhhətimdə hiss etdiyim narahatçılıq sovuşan kimi) Prezident Administrasiyanın qarşısına gedib daha uca səslə fəryad qoparacağam. Əminəm ki, o halda Ali Baş Komandan İlham Əliyev səsimi eşidəcək, öz gizirinə sahib çıxacaqdır”. 


Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Şəhid anası nəvəsinə görə fəryad etdi: “Cənab Ali Baş Komandan, gizirinə sahib çıx”

    Şəhid anası nəvəsinə görə fəryad etdi: “Cənab Ali ...

    26-09-2022, 11:27

  • 
  • Heç bir əsas olmadan DSX-dən kənarlaşdırılan gizir məhkəmədən “war” sistemini incələməyi tələb edir...

    Heç bir əsas olmadan DSX-dən kənarlaşdırılan ...

    20-09-2022, 15:27

  • 
  • Apellyasiya məhkəməsindən Ali məhkəməyə şikayət olundu - TƏFƏRRÜAT

    Apellyasiya məhkəməsindən Ali məhkəməyə şikayət ...

    7-09-2022, 12:00

  • 
  • ​DTX əməliyyat keçirdi: XİN-in və DSX-nın əməkdaşları tutuldu

    ​DTX əməliyyat keçirdi: XİN-in və DSX-nın ...

    27-01-2018, 13:31

  • 
  • Sərhədçilər qəzaya düşüb, qərargah rəisi ölüb

    Sərhədçilər qəzaya düşüb, qərargah rəisi ölüb ...

    20-07-2020, 10:57


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (366)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu