GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Komitə sədri pullarını qoymağa yer tapmır

Komitə sədri pullarını qoymağa yer tapmır

Tarix: 25-11-2013, 15:26 Bölmə :Manşet Baxış: 734
Komitə sədri pullarını qoymağa yer tapmır

Kərəm Həsənov Fərhad Əlievin azadlığından sonra...

Fərhad Əliyevin azadlığa çıxmasından sonra yuxularına haram qatılan Kərəm Həsənovla bağlı ilginc məlumat almışıq. Əldə etdiyimiz məlumatlara görə, Azərbaycanda topladığı külli miqdarda vəsaiti xaricə çıxardaraq müxtəlif hesablara yatırdan Kərəm Həsənov bununla sahibi olduğu maddi sərvətin təhlükəsizliyini təmin etməyə çalışır.
Ötən gün özəl mənbədən redaksiyamıza daxil olan məlumatda K.Həsənovun Dubay banklarındakı hesabına yatırdığı vəsaitlə bağlı maraqlı məlumatlar yer alıb. K.Həsənovun öz vəsaitini Dubay şəhərində konkret olaraq iki müxtəlif bankda cəmləşdirdiyini söyləyən mənbə, milyon dollarlarla ölçülən pulların Dövlət Əmlak Komitəsinin sədrinin əlindən çıxa biləcəyini bildirib.
Mənbənin bildirdiyinə görə, K.Həsənovun Dubaydakı pulları əsasən iki bankda - Mərkəzi Ərəb Bankı və ingilislərə məxsus bir digər bir bankda saxlanılır. Hesabdakı pulların fantastik dərəcədə çoxluğunun diqqət çəkdiyini bildirən mənbə, bu pulların hər an itirilə biləcəyini də qeyd edib: “Sözügedən bankda dünyanın fərqli ölkələrində məskunlaşan yüzlərlə məmurla yanaşı komitə sədrinin Mərkəzi Ərəb Bankındakı vəsaiti daha çox diqqət çəkir. Qeyd edək ki, K.Həsənovun Dubaydakı vəsaitinin önəmli bir qismi məhz bu bankda saxlanılır. Hər 2-3 aydan bir bu hesablara ciddi miqdarda məbləğ əlavə olunur ki, bu da hər şeydən əvvəl bank rəhbərləri tərəfindən heyrətlə qarşılanır. Deyilənlərə görə, bank rəhbərləri öz aralarında hətta zarafatla bildirirlər ki, belə getsə, Mərkəzi Ərəb Bankı bu milyonlar üçün darlıq edəcək”.
Mənbənin sözlərinə görə, əmlak komitəsi sədrinə məxsus hesab nömrəsi ABŞ Dövlət Departamentinin göstərişi əsasında Birləşmiş Ərəb Əmirliyinin əlaqədar yetkililəri tərəfindən araşdırılır. Mənbə bank hesablarının yoxlanılmasının səbəblərinə də aydınlıq gətirib: »Azərbaycanlı məmurun hesablarının yoxlanılması tələbi Birləşmiş Ştatların Dövlət Departamentinin tələbindən sonra həytata keçirilib. Əslində, K.Həsənov hesabı araşdırılan yeganə məmur deyil. K.Həsənovla yanaşı hesabında milyon dollarla vəsait olan xeyli sayda insanın da bank hesabları təftişə məruz qalıb. Hesabı yoxlanılan bu insanların ən az yarıdan çoxunun vəsaitinə əl qoyulacağı ehtimal edilir».
Mənbənin məlumatına görə, ABŞ-ın belə bir addım atmasına səbəb ərəb ölkələrində baş verən hadisələrdir: “Ərəb ölkələrində baş verən olaylar, Suriyanın və Misirin hazırda cəhənnəmə çevrilməsi səbəbilə ABŞ Dövlət Departamenti keçmiş sovet məkanı və ərəb ölkələrində məskunlaşan insanların adına olan və ciddi məbləğdə vəsaitin cəm olduğu bütün hesabların yoxlanılmasına qərar verib. Ağ Ev rəhbərliyi bununla söügedən ölkələrdəki məmur-oliqarx və iri sahibkarların maddi qüdrəti və onların bu ölkələrdə baş verəcək proseslərə təsiretmə gücünü müəyyənləşdirməyə çalışır. ABŞ-ın bu informasiyadan həmin məmurlara təzyiq etmək, onları ələ almaq məqsədilə istifadə edəcəyi də güman edilir. Həmçinin, Birləşmiş Ştatların bu məlumatlardan istənilən ölkəyə qarşı da uğurla istifadə edəcəyi, bu informasiyalarla bağlı həmin ölkələrin ictimaiyyətini mlumatlandırmaqla bu dövlətlərdə daxili qarışıqlıq yaratmaq planlarını müvəffəqiyyətlə yerinə yetiriləcəyi ehtimal olunur».
Mənbənin sözlərinə görə, Dubaydakı maliyyə yoxlamaları K.Həsənovun bu şəhərdəki təmsilçisini yaşamaq izni aldığı ölkədən dirdərgin salıb. Ordakı işlərini milliyyətcə hindli olan Pariş adlı şəxsə həvalə edərək Bakıya gəldiyi bildirilən şəxsin K.Həsənovdan da töhmət aldığı söylənilir: “ABŞ-ın Dubay rəsmiləri ilə birgə apardığı araşdırmalarda əsas məqsədlərdən biri çirkli pulların mənbəyini müəyyənləşdirmək və korrupsiyaya qurşanan məmurların kimliyini aşkarlamaqdır. Artıq ərəb ölkələri və keçmiş sovet məkanında yaşayan bəzi məmurların oradakı təmsilçiləri daha genişçaplı araşdırma məqsədilə gözaltına alınıb. Onların və eləcə də həmin şəxslərin himayəsindəki məmurlarla bağlı məlumatlar həmin ölkələrin rəhbərliyinə göndərilir. Hesab təftişinin K.Həsənovu da hədəf aldığını və Dubay şəhərində daha bir neçə gün ləngiyəcəyi təqdirdə həbs ediləcəyini anlayan komitə sədrinin oradakı təmsilçisi isə artıq Birləşmiş Ərəb Əmirliyini tərk edərək Azərbaycana gəlib. Lakin oradakı işlərini hind əsilli Pariş adlı şəxsə tapşıraraq qaçan şəxs Bakıda K.Həsənov tərəfindən o qədər də yaxşı qarşılanmayıb. Qaçqın düşən nümayəndəsini səriştəsizlikdə və məsuliyyətsizlikdə ittiham edən K.Həsənov əsəblərinə hakim olmayaraq həmin şəxsi otağından qovub”.
Mənbənin bildirdiyinə görə, K.Həsənovla bağlı yaşananlar digər məmurlar arasında da ciddi təlaşa səbəb olub. Artıq Avropa və varlı ərəb ölkələrindəki pullarının güvəndə olmadığını anlayan ölkə məmurları illər uzunu topladıqları sərvəti qorumaq üçün yeni üsullar axtarışındadır: “Komitə sədri ilə bağlı baş verən olay siyasi hakimiyyətin yuxarı eşalonunda yer turtan məmur ordusu arasında vahiməyə səbəb olub. Min bir qorxu və təzyiq altında oğurluqca yığdıqları milyonların bir anda əldən çıxacağından narahat olan məmurlar, bu pulları qorumaq üçün yeni üsul və vasitələr axtarışındadır. Məsələ bundadır ki, artıq bu milyonları hansısa adi və ya iş adamının adına sənədləşdirmək öz effektini itirib. Belə ki, konkret şəxsin adına sənədləşdirilən pulların nə dərəcədə qanuni olduğunu müəyyənləşdirmək üçün aparılan təşftiş nəticəsində həmin şəxsin bu qədər vəsaitə sahib olub-ola bilməyəcəyi son dərəcə dəqiqliklə araşdırılıb ortaya çıxarılır. Bu isə həmin hesaba əl qoyulması və əlaqədar şəxslərin məsuliyyətə cəlb edilməsi ilə nəticələnir. Odur ki, yaxın aylarda ölkə məmurlarının öz milyonlarının təhlükəsizliyini təmin etmək üçün analoqu olmayan üsullara əl atacağı ehtimal edilir”.

Tərlan
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən qudasına hansı vəzifəni verib?

    Eldar Mahmudov Kərəm Həsənovun DYP-də işləyən ...

    30-10-2015, 15:54

  • 
  • Kərəm Həsənov hədəfdə

    Kərəm Həsənov hədəfdə ...

    13-12-2012, 12:37

  • 
  • Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür

    Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür ...

    15-05-2014, 10:56

  • 
  • Kərəm Həsənovun “vurulur”

    Kərəm Həsənovun “vurulur” ...

    11-12-2012, 14:01

  • 
  • Zakir Həsənovla Kərəm Həsənovun məhkəmə çəkişməsi başlayır

    Zakir Həsənovla Kərəm Həsənovun məhkəmə çəkişməsi ...

    19-07-2014, 14:03


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (119)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu