GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycan “qış müharibəsinə” hazırlaşır

Azərbaycan “qış müharibəsinə” hazırlaşır

Tarix: 26-11-2013, 11:51 Bölmə :Manşet Baxış: 608
 Azərbaycan “qış müharibəsinə” hazırlaşır
Vilnüs sammitindən sonra nə olacaq?


Rusiya Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində noyabrın 28-29-da keçiriləcək toplantısından sonra rəsmi Bakıya münasibətini qətiləşdirəcək; hakimiyyət müəyyən qabaqlayıcı tədbirlər görür; ölkədə referendum keçirilə bilərmi?

Ukrayna hökumətinin Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində noyabrın 28-29-da Vilnüsdə keçiriləcək zirvə toplantısına bir həftə qalmış bu qurumla əməkdaşlığı dayandırmaq qərarı ölkədə etirazlar dalğası başladıb. Qeyd edək ki, Vilnüs sammitində Ukraynanın Avropa İttifaqı ilə azad ticarət və assosiativ üzvlüklə bağlı razılaşma imzalaması gözlənilirdi. Ukrayna hakimiyyətinin qəfil verdiyi qərar prezident Viktor Yanukoviçdən narazı müxalifətə xalqı mitinqlərə çıxarmaq bəhanəsi verib. İndi hamını daha çox bir sual maraqlandırır: Ukraynada 2004-cü il inqilabı təkrarlana bilərmi?

Son məlumatlara görə, Kiyevin baş meydanında keçirilən aksiyalarda 25 mindən 100 minədək adam iştirak edib. Etiraz dalğası zəif də olsa, Ukraynanın qərb vilayətlərində başlayıb. Amma ekspertlər bu aksiyaların Yanukoviçin devrilməsi ilə nəticələnəcəyi proqnozlarına ehtiyatla yanaşır ki, bunun da bir neçə səbəbləri var.

Əvvəla, Ukrayna xalqı dəyişikliklərə 2004-cü ildəki kimi həvəsli deyil və bu, “Maydan”a çıxan aksiyaçıların əhval-ruhiyyəsindən də görünür. İkinci mühüm səbəb müxalifətin ötən 9 ildə parçalanaraq xeyli zəifləməsi göstərilir. Üçüncü səbəb Ukraynanın rusiyameylli şimal bölgəsinin Yanukoviçə dəstəkləridir.

Ekspertlər hesab edir ki, əgər müxalifət Yanukoviçi devirmək planını ciddiləşdirsə, ölkə qarşı-qarşıya dayanmış iki hissəyə parçalanar, hətta vətəndaş qarşıdurması başlaya bilər. Nəhayət, Yanukoviçin hakimiyyətdən asanlıqla çəkilməyəcəyi barədə iddialardır. Ukrayna hakimiyyəti yaxşı başa düşür ki, hadisələrə nəzarəti əldən versə, indi həbsdə olan Yuliya Timoşenkonun yerinə Yanukoviç və tərəfdarları salınacaq.

Etirazlar başlayandan polisin aksiyaçılara qarşı sərt davranması da Yanukoviçin hakimiyyətdən asanlıqla əl çəkməyəcəyinə işarədir. Ukraynanın baş naziri, müxalifətin “əsas satqın”lardan hesab etdiyi Nikolay Azarov Rusiya televiziyasına son müsahibəsində deyib ki, mitinqlərin xaricdən maliyyələşməsi ilə bağlı siqnallar alırlar. “Biz bu məlumatları diqqətlə araşdırırıq. Əgər aksiyalarda qanun pozuntuları olacaqsa, hakimiyyət müdaxilə edəcək. Biz 2004-cü ildəki kimi gözləmə mövqeyində olmayacağıq” deyə, baş nazir bildirib.

Moskva Dövlət Universitetinin keçmiş sovet məkanının öyrənilməsi üzrə informasiya-analitika mərkəzinin rəhbəri Aleksey Vlasov 2004-cü ildə Ukrayna xalqının seçkilərin nəticələrinin saxtalaşdırılmasına etiraz olaraq küçələrə çıxdığını xatırladıb: “O zaman saxtakarlıq faktı ortada idi və etirazlar öz bəhrəsini verdi. Bu dəfə isə situasiya fərqlidir”. Vlasov deyib ki, Ukraynada son sorğuların nəticələrinə görə, ölkədə 40 faiz Avropaya inteqrasiyaya, 35 faiz isə Gömrük İttifaqına üzvlüyə tərəfdardır. Siyasi analitiklərin rəyinə görə, Vilnüs sammitindən sonra etiraz dalğası səngiməyə doğru gedəcək, Yeni il ərəfəsi isə ümumiyyətlə nöqtələnəcək.

“Yeni Müsavat” Ukraynanın geri çəkiləcəyini proqnozlaşdırmışdı

Qeyd edək ki, “Yeni Müsavat” hələ sentyabr ayında Ukrayna hökumətinin Rusiyaya yönəlik mesajlarını bu dövlətin Avropa Birliyinə deyil, Gömrük İttifaqına üzvlüyə doğru getdiyini proqnozlaşdırmışdı. “Azərbaycan təkləndi” başlıqlı yazıda (bax: “Yeni Müsavat”, 27 sentyabr) Ukraynanın Rusiyanın iqtisadi sanksiyalarına sonadək tab gətirə bilməyəcəyini və Azərbaycanın Kremlin təzyiqləri qarşısında təklənə biləcəyini qeyd etmişdik. Təəssüf ki, bu ehtimallarımız doğruldu. Təsadüfi deyil ki, “Gömrük İttifaqı, yoxsa Avropaya inteqrasiya seçimində indi növbə Azərbaycanındır” deyənlərin sayı artıb.

Hakimiyyət təmsilçiləri və siyasi ekspertlər hesab edir ki, Azərbaycan Ukrayna kimi ciddi seçim qarşısında deyil. Bu iddianın tərəfdarları ölkəmizi Avropa Birliyi ilə əlaqələrinin ciddi iqtisadi sənədlər imzalamaqdan hələ uzun zaman ayırdığını deyirlər. Azərbaycana doğrudan da Avropa Birliyi ilə hərtərəfli əməkdaşlığı üçün uzun zaman lazımdır. Amma bunu Rusiyanın təzyiqlərindən sığortalanmaq kimi təqdim etmək də yanlışdır. Hakimiyyətin qərar verən mərkəzləri bunu əlbəttə ki, yaxşı bilirlər. Ermənistanın Gömrük İttifaqına üzvlüyü Azərbaycana ərazisini işğal etmiş bir ölkə ilə bir birlikdə olmamaq üçün də əlavə arqument verir. Amma onu da unutmayaq ki, Azərbaycan Ermənistanın üzv olduğu digər təşkilatlarda da təmsil olunur, MDB-də də birgə iştirakçıdır.
Prezident Ukraynanın qərarından xəbərdar olubmu?
Ukraynanın gözlənilmədən 90 dərəcə dönüş etməsi bir sıra strateji məsələlərdə ciddi tərəfdaşlıq etdiyi, o cümlədən Gömrük İttifaqına üzvlüklə bağlı Azərbaycanla birgə müqavimət mərkəzi yaradacağı barədə iddiaları da puç etdi. Ukraynanın Avropa ilə geniş tərəfdaşlıqdan geri çəkilməsi (belə hesab edirlər ki, bu hal müvəqqətidir və rəsmi Kiyev manevr edir) Azərbaycanı açıq hədəfə çevirir.

Amma diqqət çəkən daha bir mühüm məqam var. Nəzərə almaq lazımdır ki, Ukraynanın bu qərarı Azərbaycan prezidenti İlham Əliyevin Kiyevə son səfərindən iki gün sonra verilib. Böyük ehtimalla İlham Əliyev belə bir qərar veriləcəyindən öncədən xəbərdar edilib. Ukraynanın Azərbaycanla bundan sonra da birgə addımlar atacağı, strateji məsələlərdə əməkdaşlıq edəcəyi şübhəsizdir. Çünki Vilnüs sammiti ilə Avropaya siyasi-iqtisadi inteqrasiya prosesi bitmir, əksinə, yeni mərhələyə qədəm qoyur. Amma Azərbaycan yerində hərəkətsiz dayana da bilməz. Brüssel açıq bəyan edib ki, Gömrük İttifaqı ilə Avropa Birliyini bir yerdə “sintez” etmək mümkün deyil. Yəni bu məsələdə balanslaşdırma siyasəti uğursuzluğa məhkumdur. Rusiya isə Ukraynanı “ram etməklə” bir daha göstərdi ki, aqressiv siyasət kursunu dəyişməyib. Aydındır ki, Putin Avropaya rəqib kimi gördüyü Gömrük İttifaqına üzvlük məsələsində yaxın qonşularına təzyiqləri davam etdirəcək. Belə bir durumda Azərbaycanın “nə o tərəfə, nə bu tərəfə” seçimi özünü doğrultmayacaq. Əksinə, Azərbaycanı həm Avropa Birliyinin, həm də Rusiyanın təzyiqləri qarşısında tək qoyacaq.

“Azadlıq” qəzeti son sayında bu mövzuya toxunaraq maraqlı bir xəbər yayıb. Qəzetin iddiasına görə, Azərbaycan hakimiyyəti Vladimir Putinin layihəsi olan Avrasiya və Gömrük ittifaqları ilə Avropaya inteqrasiya arasında seçim etmək üçün referendum keçirmək barədə düşünür. Xəbərdə deyilir ki, Azərbaycan hakimiyyəti həm Avropanın, həm Rusiyanın təzyiqlərindən yayınmaq üçün referendum keçirməyi düşünür: “İlham Əliyev Avropa ilə əməkdaşlığa üstünlük verir. Lakin Rusiyanın təzyiqlərindən ehtiyat edir. Qarşıdan gələn Vilnüs sammitində iştirak barədə qərar var. Həmin sammitdə sadələşdirilmiş viza sisteminin tətbiqi ilə bağlı saziş imzalanması gözlənilir. Lakin Avropa ”Şərq Tərəfdaşlığı" proqramı çərçivəsində əsas məsələ assosiativ və azad ticarətlə bağlı müqavilələrin imzalanmasıdır. Bu, növbəti mərhələdə planlaşdırılır. Rusiya da məhz bu iki müqavilənin əleyhinə çıxır. Azərbaycan hakimiyyəti problemin həllini referendum keçirilməsində görür". “Azadlıq” yazır ki, referendum tərəfləri Avrasiya İttifaqı və ya Avropa arasında xalqın seçim etdiyinə inandırmaqdır: “Referendum ideyası reallaşacaqsa, bu halda da təbii ki, nəticə hakimiyyətin iradəsindən asılı olacaq. Səsvermə, sadəcə, görüntü olacaq”.

Qeyd edək ki, Ukraynada Avropa Birliyi ilə imzalanacaq assosiativ üzvlük haqqında razılaşmanın referenduma çıxarılması gündəmdə idi. Sonra bu məsələ müəmmalı şəkildə gündəmdən çıxdı.

Konstitusiya referendum haqda nə deyir?

Azərbaycan Respublikası Konstitusiyasının 3-cü maddəsində ümumxalq səsverməsi-referendum yolu ilə həll edilən məsələlərin əhatəsi göstərilib. Konstitusiyanın 3-cü maddəsində deyilir:

I. Azərbaycan xalqı öz hüquqları və mənafeləri ilə bağlı olan hər bir məsələni referendumla həll edə bilər.

II. Aşağıdakı məsələlər yalnız referendumla həll oluna bilər:

1) Azərbaycan Respublikası Konstitusiyasının qəbul edilməsi və ona dəyişikliklər edilməsi;
2) Azərbaycan Respublikasının dövlət sərhədlərinin dəyişdirilməsi.
III. Aşağıdakı məsələlər üzrə referendum keçirilə bilməz:
1) vergilər və dövlət büdcəsi;
2) amnistiya və əfvetmə;
3) seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi müvafiq olaraq qanunvericilik və (və ya) icra hakimiyyəti orqanlarının səlahiyyətlərinə aid edilmiş vəzifəli şəxslərin seçilməsi, təyin edilməsi və ya təsdiq edilməsi.

Azərbaycanın da belə bir seçim qarşısında qalacağı təqdirdə referenduma gedə biləcəyi istisna deyil. Mümkündür ki, belə bir variant hakimiyyət kuluarlarında müzakirə edilsin. Amma indilikdə referendumun keçirilməsi real görünmür.

Etibarlı mənbənin dediyinə görə, Ukraynanın itirilməsindən sonra Avropa da tərəfdaş ölkələrlə ehtiyatlı siyasət kursuna doğru gedir: “Ukraynanın hədəfə çıxarılması, Rusiyanın qıcıqlı siyasəti həm də Avropanın yanlışı idi. İndi Azərbaycan hakimiyyəti də xarici siyasət kursunda müəyyən dövr üçün ”susma, amma çox danışma da" balansını qorumağa çalışacaq. Buna nə qədər nail olunacağını Vilnüs sammitində və ondan sonra baş verən xüsusilə Rusiyanın siyasi hərəkətlilikdə biləcəyik».

Azərbaycanın Ukrayna kimi Rusiyadan enerji asılılığı yoxdur, ixrac etdiyi malların böyük əksəriyyəti başqa ölkələrə gedir. Bu səbəbdən də Kreml yenə də Azərbaycana təzyiqləri əlbəttə ki, nisbətən yumşaq tonda və qapalı formada aparmağa üstünlük verəcək. Məlumatlara görə, Vilnüs sammitindən sonra Rusiya Azərbaycana qarşı əlində saxladığı kartları açmaq məcburiyyətində qalacaq. Azərbaycanın buna necə hazır olduğunu indidən birmənalı demək çətindir. Belə ümidverici xəbərlər var ki, hakimiyyət Kremlin təzyiqlərini önləmək üçün bəzi qabaqlayıcı tədbirləri görüb, hətta nə qədər miqrant qarşılaya biləcəyi barədə də araşdırma apararaq müəyyən qış hazırlıqları edib. Qarabağ cəbhəsində də ordumuzun mövqelərinin möhkəmləndirilməsi prosesinin gücləndirildiyi də gələn xəbərlər sırasındadır.

Amma unutmaq olmaz ki, Rusiyanın əli Azərbaycanda hələ də uzundur...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Vilnüs sammitində hansı sənədlərin imzalanacağı məlum olub

    Vilnüs sammitində hansı sənədlərin imzalanacağı ...

    26-11-2013, 16:35

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq”

    “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq” ...

    24-11-2013, 11:37

  • 
  • Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı

    Avropa Birliyi Azərbaycana 30 mln. avro ayırdı ...

    6-11-2013, 23:00

  • 
  • Ukraynanın qərarı ABŞ-ı məyus etdi - (Video)

    Ukraynanın qərarı ABŞ-ı məyus etdi - (Video) ...

    24-11-2013, 11:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (262)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu