GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » İqtisadiyyat » “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq”

“Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq”

Tarix: 24-11-2013, 11:37 Bölmə :İqtisadiyyat Baxış: 753
  “Azərbaycan Gömrük İttifaqına qoşulmayacaq”
Natiq Mirinin fikrincə, Yanukoviç AB ilə inteqrasiyanı təxirə salmaqla Ukraynanın yox, məhz maraqlarını üstün tutub
Xəbər verildiyi kimi, Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramı çərçivəsində Vilnüsdə keçiriləcək zirvə toplantısına sayılı günlər qalmış Ukrayna hökuməti bu qurumla assosiativ üzvlüklə bağlı müqavilənin hazırlanmasını təxirə salmaq qərarı verib. Buna paralel olaraq, rəsmi Kiyev Avropa Birliyinə Rusiya və Ukraynanın iştirakıyla üçtərəfli ticarət komissiyasının yaradılmasını təklif edib.

Yanukoviç hakimiyyətinin gözlənilmədən verdiyi bu qərar şok effekti yaradıb. Avropa Birliyi Ukrayna hökumətinin qərarından məyus olduğunu bəyanlayıb. Qurumun xarici işlər naziri Ketrin Eşton deyib ki, Avropa Birliyinin öz hüdudlarından kənarda təklif etdiyi sazişin imzalanması ilə Ukrayna gələcəkdə islahatlar kursunu möhkəmləndirəcəkdi və bütün dünyanın sərmayəçi və beynəlxalq maliyyə təsisatlarına özünün beynəlxalq bazarlarda necə etibarlı və ciddi tərəfdaş olduğunu bir daha nümayiş etdirəcəkdi.
Ancaq belə görünür ki, rəsmi Kiyev hansısa səbəbdən bu şansı dəyərləndirməyi vacib saymayıb. Bəzi ehtimallara görə, Ukraynanın bu qərarında Rusiyanın Yanukoviç hakimiyyətinə təzyiqləri həlledici rol oynayıb. Və belə anlaşılır ki, Rusiyanın rəsmi Kiyevin Avropaya inteqrasiya istiqamətində atdığı addımları durdurması istər-istəməz Azərbaycanın mövqeyinə də təsir edə bilər. Bu baxımdan, Azərbaycanın Gömrük İttifaqı ilə bağlı prinsipial qərar vermək məcburiyyətində qalacağı təqdirdə, Ukraynanın tutduğu yolla gedib-getməyəcəyi maraq doğurmaqdadır.



Politoloq Natiq Miri hesab edir ki, bu məsələdə Azərbaycan və Ukraynaya bir qədər fərqli yanaşmaq daha doğru olardı: “Azərbaycan Ukraynadan fərqli olaraq, Vilnüsdə keçiriləcək toplantıda Avropa Birliyi ilə hər hansı strateji xarakterli sənədin imzalanmasını planlaşdırmirdı. Çünki Ukraynanın Vilnüsdə Avropa Birliyi ilə azad ticarət zonası və bu quruma assosiativ üzvlük anlaşması üşzalamaq niyyətindəydi. Rəsmi Bakısa orada bir neçə strateji əhəmiyyət daşımayan sənəd, o cümlədən viza rejiminin sadələşdirilməsini nəzərdə tutan razılaşma imzalamalıdır. Bu baxımdan, Azərbaycanın Ukrayna ilə eyni yolla addımlaması ehtimalı barədə danışmaq bir qədər çətindir”.

Politoloqun fikrincə, əslində rəsmi Kiyevin qəbul etdiyi qərar Ukraynanın da birmənalı şəkildə Gömrük İttifaqına üzv olmaq qərarı verməsi anlamı daşımır: “Ola bilsin, Ukrayna da Gömrük İttifaqına üzv olmasın. Böyük ehtimalla rəsmi Kiyev manevr etmək qərarına gəlib. Çünki prezident V.Yanukoviç hakimiyyətinin ömrünü uzatmaq üçün Rusiyanın dəstəyinə ehtiyacı var. Ukraynanın şərq hissəsi Rusiyameyilli əhali kimi qəbul edilir. Və Yanukoviç hakimiyyəti də 2015-ci ildə keçiriləcək prezident seçkilərində bu elektoratın dəstəyini qazanmağa çalışır. Rusiyadan belə bir dəstək vəd edildiyindən Yanukoviç hakimiyyəti həmin seçkilərdə qələbə xətrinə Avropa Birliyinə inteqrasiya prosesini dayandırıb”.

Natiq Mirinin fikrincə, Yanukoviç hakmiyyətinin verdiyi bu qərar Ukraynaya kifayət qədər ciddi itkilər bahasına başa gələ bilər: “Məsələ ondadır ki, ABŞ dünyada yeni planın reallaşdırılmasına start verib. ABŞ-ın israrla inkişaf etdirməyə çalışdığı qloballaşma prosesi artıq bölgələşmə prosesilə əvəzlənib. ABŞ bu plan sayəsində dünya iqtisadiyyatının 75 faizini eyni bazarda birləşdirməyə çalışır. Türkiyənin son vaxtlar regional güc olaraq ciddi şəkildə fəallaşmasının əsas səbəblərindən biri də bununla bağlıdır. Rəsmi Ankaraya vəd olunub ki, Türkiyə yeni münasibətlər sisteminin yaradılacağı və yaxın 5 ildə formalaşdırılması planlaşdırılan bu dünya bazarında iştirak hüququ qazanacaq. Həmin plana görə, yaxın 50 ildə bu dünya bazarının iştirakçısı olmayan ölkələr, xüsusilə də Rusiya, Hindistan və s. itirən dövlətlər olacaqlar. Ukraynaya da həmin bazar daxil olmaq imkanları vəd olunmuşdu. Ancaq Yanukoviç Avropa Birliyi ilə inteqrasiyadan imtina etməklə əslində özünün siyasi maraqlarını Ukraynanın maraqlarından daha üstün tutdu. Ancaq Azərbaycan bunu mütləq nəzərə almalıdır və Ukraynanın tutduğu yolla getməməlidir. Yəqin ki, Bakı Gömrük İttifaqına üzv olmayacaq. Və bu məsələ ilə bağlı qərarın verilməsi prosesini mümkün qədər uzatmağa çalışacaq. Çünki müəyyən zamandan sonra Azərbaycanın öz maraqlarına uyğun qərarı qəbul etməsi üçün daha sərfəli situasiya yarana bilər. Bu baxımdan, Azərbaycanın hələ bir müddət hər iki tərəf arasında manevr etməyə çalışacağı daha inandırıcı görünür”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Avropa Birliyi Rusiyanı təəccübləndirib

    Avropa Birliyi Rusiyanı təəccübləndirib ...

    27-11-2013, 00:23

  • 
  • “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər dəyəcək” - ŞƏRH

    “Ukrayna Vilnüsdə saziş imzalamasa ciddi zərər ...

    28-11-2013, 13:03

  • 
  • Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na qoşulmayacaq”

    Deputat: “Azərbaycan “Gömrük İttifaqı”na ...

    25-11-2013, 15:05

  • 
  • Ukraynanın qərarı ABŞ-ı məyus etdi - (Video)

    Ukraynanın qərarı ABŞ-ı məyus etdi - (Video) ...

    24-11-2013, 11:42

  • 
  • İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi?

    İsa Qəmbərin müşaviri Vilnüsdə nələr eşitdi? ...

    27-11-2013, 16:48


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu