Həm Səfər Əbiyev və həm də Fizuli Ələkbərov yetərincə şanslı görünürlər
«Vəzifəsindən alınan nazirlərdən biri yeni təyinat gözləyir». Bu şok məlumatı qəzetimizə mötəbər mənbə verib. Xəbəri verən qaynaq iddia edir ki, hətta həmin keçmiş nazirə müsbət mənada vəd də verilib və qeyd olunub ki, yaxın günlərdə onunla bağlı təyinat mümkündür. Xatırladaq ki, prezident 22 oktyabr tarixində Nazirlər Kabinetinin yeni heyətini təsdiqlədi və bu zaman köhnə NK heyətindən 3 nazir - əmək və əhalinin sosial müdafiəsi naziri olmuş Fizuli Ələkbərov, müdafiə naziri olmuş Səfər Əbiyev və kənd təsərrüfatı naziri olmuş İsmət Abbasov əvəlki vəzifələrində təsdiqlənmədilər. İndi isə onlardan birinin yenidən başqa bir vəzifəyə təyin edilməsi ehtimallarının yüksək olduğu bildirilir. Qeyd edək ki, artıq baş nazirin müavini vəzifəsində olan knçmiş KTN şefi İsmət Abbasovun belə bir arzuda ola biləcəyi mümkün olmadığından yerdə qalan iki sabiq nazirin vəzifəyə gətirilə biləcəyi versiyası qalır. “Gündəm Xəbər” bildirir ki, əslində həm Səfər Əbiyevin və həm də Fizuli Ələkbərovun yenidən vəzifə ilə mükafatlandırıla biləcəkləri haqda bu günə kimi mətbuatda müəyyən informasiyalar verilib. Xəbərlərə görə, keçmiş müdafiə naziri Səfər Əbiyevin hətta Müdafiə Nazirliyindən ayrılması nəzərdə tutulan və hətta bu barədə Milli Məclisdə müvafiq prosedurları həyata keçirilən MN-dən müstəqilləşəcək Baş Qərargaha Səfər Əbiyevin rəhbər gətirilə biləcəyi gözlənilir. Qeyd edək ki, hazırda həmin postda Nəcməddin Sadıkovdur və zamanında Nəcməddin Sadıkov Səfər Əbiyevlə yollaşmayan birisi kimi tanınıb. Mətbuatın yazdığına görə, Səfər Əbiyevi həmin vəzifəyə təyin edə bilərlər. Eyni zamanda sabiq ƏƏSMN şefi Fizuli Ələkbərovun da yenidən vəzifəyə gətirilməsi ideyasının mövcudluğu mətbuatımızda yetərincə dartışılıb. Hələlik bu barədə də konkret qərar olmasa da, bu ehtimalların yüksək olduğu söylənilir. Yəni bu şəraitdə hansı sabiq nazirin yenidən etimada layiq görüləcəyini yalnız qərar verildiyi an bilmiş olacağıq. Bildirək ki, həm Səfər Əbiyevin və həm də Fizuli Ələkbərovun vəzifəyə gətirilməsi imkanları yetərincədir və hər iki sabiq məmur şanslıdır. Çünki onların heç biri vəzifədən alınsalar da, hakimiyyətlə bağlarını qırmayıblar. Hətta Səfər Əbiyevin vəzifədən alındıqdan sonra oğlunun toyunda yüksək ranqlı məmurların iştirak etməsi də əvvəlki əlaqələrin itməməsini sübutlayır.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?