Nazirin iki əsas biznesini əlindən aldılar, məmurlarla toqquşma ona baha başa gəlməyə başlayıb
gundemxeber.az Kənd təsərrüfatı naziri İsmət Abbasovun əsas gəlir mənbəyi kimi qəbul edilən iki biznes sahəsi əlindən alınıb. Bu barədə qəzetimizə nazirlikdəki mənbələrdən məlumat daxil olub. Həmin məlumatda deyilir ki, bir neçə dövlət məmuru ilə yola getməyən nazirin biznesinin əlindən çıxması da bu «savaş»ın nəticəsidir. Belə ki, o, çox güvəndiyi adamlar tərəfindən tərk edilib. Nəticədə isə üzləşdiyi qüvvələr onu cəzalandırmaq üçün bizneslərini əlindən alıblar. Mənbə iddia edir ki, KTN başçısının əlindən çıxan həmin iki sahə onun biznesinin «şah damarı»nı təşkil edirmiş. Belə ki, qeyd olunan sahələr hər ay yüz minlərlə manat qazanc gətirirmiş. Hətta bu biznesləri sayəsində nazirin nəinki ölkədə, xaricdə də bir sıra əmlaklar aldığına dair məlumatlar var. Lakin bundan sonra o, başqa bir nazirin himayəsində olacaq. Qəzetimizə danışan mənbə onu da bildirib ki, yaxın vaxtlarda İsmət Abbasovun kənd təsərrüfatı sahəsindəki üçüncü əsas gəlir yeri də əlindən çıxarılacaq. İri üzüm sahələrindən ibarət olan bu biznesin əsas mərkəzi Şamaxı və Ağsu hesab olunur. İddialara görə, nazirə artıq xəbərdarlıq edib ki, könüllü olaraq üzümlükləri nəzərdə tutulan adamların adına keçirsin. Mənbə deyir ki, bu, İsmət Abbasov üçün son olmaya da bilər. Onun sözlərinə görə, nazirin bütün biznesinin əlindən alınması üçün addımlar atıla bilər. Amma bu baş verəcək proseslər və bunun fonunda nazirin davranışlarına bağlı məsələdir. Ramin
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?