Milli Şura sabah sessiya keçirəcək. Sessiya AXCP-nin yeni qərargahında baş tutacaq.
Bu məlumatı virtualaz.org saytına Milli Şuranın üzvü Mehman Əliyev verib.
Saat 16:00-da keçiriləcək sessiyada Rüstəm İbrahimbəyovun Milli Şuranın sədrliyindən istefa verməsi məsələsi müzakirə ediləcək. Qurumun gələcək fəaliyyəti ilə bağlı qərarlar da veriləcək.
Qeyd edək ki, İbrahimbəyov Milli Şuranın sədrliyindən istefa verməsi ilə bağlı məsələ qaldırıb.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?