“Milli Şuradan istefamı istəyənlərin kimliyini sabah sessiyada görəcəksiniz”.
Bunu açıqlamasında Milli Şuranın sədri Rüstəm İbrahimbəyov deyib. O bildirib ki, Milli Şuranın sabah keçiriləcək növbəti sessiyasında onun istefa ərizəsi müzakirəyə çıxarılacaq: “İstefamın qəbul olunub-olunmamasına sessiya qərar verəcək”.
“İstefa ərizəsi qəbul edilməyəcəyi təqdirdə hansı addımları atacaqsınız” sualını da cavablandıran R. İbrahimbəyov indidən hansısa mülahizənin irəli sürülməsinin tərəfdarı olmadığını qeyd edib: “Bu gün hər hansı bir fikir söyləmək tezdir. Bunu Milli Şura üzvlərindən soruşmaq lazımdır. Gəlin, hamımız səbirlə sabaha qədər gözləyək. Görək, sessiya mənim istefa ərizəmlə bağlı hansı qərarı verəcək? Bilirəm ki, mənim Milli Şura sədrliyində qalmağımı istəyənlərlə yanaşı, getməyimi arzulayan insanlar da var”.
Xatırladaq ki, Rüstəm İbrahimbəyov ötən həftə Milli Şuranın sədrliyindən istefası ilə bağlı ərizə ilə qurumun sessiyasına müraciət edib.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?