Xəzər Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Adət İbrahimov yüksək vəzifə gözləyir
Prezident İlham Əliyev tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi naziri postuna etimad göstərilən Səlim Müslümov ciddi kadr islahatları ilə gündəmdədir. Ötən həftə 14 rayonun Tibbi Sosial Ekspertiza Komissiyası rəhəbərlərini elə müşavirə otağından qovan nazir bundan sonra da kadr islahatlarının davam edəcəyini bəyan etdi. Təbii ki, növbədə Sosial Müdafiəsi Mərkəzlərinin rəhbərləridir və artıq bunun işartıları görünür. Elə buna görə də, SMM-lərin rəhbərləri əl ayağa düşərək bərk narahat olmağa başlayıb. Eks nazir Füzuli Ələkbərovun zamanında milyonlar qazanan Sosial Müdafiəsi Mərkəzlərinin rəhbərləri indi özlərinə dayaq axtarışındadırlar. Lakin redaksiyamıza daxil olan məlumata görə, Xəzər Rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru Adət İbrahimov özünə dayaq tapıb. Və qətiyyən narahat deyil. Yaxın ətrafının yanında Səlim Müslümovla yaxın dost olduğunu gizlətməyən Adət İbrahimov bildirib ki, yaxın günlərdə onu daha böyük vəzifə gözləyir. Səlim Müslümovun nazir təyinatı zamanı sevincini açıq şəkildə gizlətmyən A.İbrahimov hətta “Füzuli Ələkbərov az qalmışdı məni vəzifədən atsın” fikirlərinin də işlədirmiş… İndi gün onun üzünə necə deyərlər doğub… “Gündəm Xəbər”ə daxil olan məlumatda A.İbrahimovun ƏƏSMN-də hansı yüksək vəzifəyə təyin olunacağı barədə heç bir bilği verilməsə də, Səlim Müslümovun öz ətrafını ciddi postlara təyin etməsi artıq subut olunmuş faktlardandır. Adət İbrahimovun isə sevincinin həddi hüdudu yoxdur.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?