Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovun əmri ilə Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinə yeni rəis təyin edilib. Mərkəzin yeni rəisi Samir Məmmədovdur.
Məlumatı adıçəkilən idarədən təsdiqləyiblər və qeyd ediblər ki, S.Məmmədovun əmri dünən verilib, bu gün isə yeni rəis işə çıxıb.
Qeyd edək ki, Binəqədi rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin sabiq rəisi Yasin Rüstəmovun vəzifəsi bir neçə gün öncə dəyişdirilib. Nazirin müavafiq əmri ilə o, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Təminat Xidmətinin Şəmkir rayonu Əhalinin Sosial Müdafiəsi Mərkəzinin rəisi təyin olunub.
Sorğu
Yeni dizaynımız necədir?