Nəqliyyat nazirinin birdəfəlik “yola saldığı” Bəhram Yaradanquliyev yenidən Bakıda…
1998-2000-ci illərdə Dövlət Dəmir Yol İdarəsində ”Azərreyl” Yük Daşıma Şirkətinin rəhbəri, həmçinin eyni adlı voleybol klubunun prezidenti olan və hazırkı nəqliyyat naziri Ziya Məmmədovun yaxın dostu Bəhram Yaradanquliyev müəmmalı şəkildə ölkədən yox olmuşdu. Sonralar məlum oldu ki, Bəhram Yaradanquliyev milyonlarla manat dəyərində yeyintiyə yol verib. Bu isə həmin illərdə iqtisadi gərginlik yaşayan Azərbaycanda böyük məbləğ idi və anındaca diqqəti cəlb etdi. Elə buna görə Ziya Məmmədov başda olmaqla dəmir yolçuların bu əməlinin araşdırılmasına start verildi. Bu isə o demək idi ki, Bəhram Yaradanquliyev dövlət əmlakını mənimsədiyinə görə sözsüz həbs olunacaq. Hətta o bu işdə şəriklərinidə çıxılmaz duruma sala bilərdi. “Gündəm xəbər” bildirir ki, bu haqda “Unikal”a danışan mənbənin sözlərinə görə, Bəhram Yaradanquliyev həmin illərdə ölkədə ki, bütün yükdaşımaları həyata keçirirdi və bu sahədə ən nüfuzlu şəxs hesab edilirdi. Hətta həmin illərdə əksəriyyət hesab edirdi ki, O, Dövlət Dəmiryol İdarəsinin rəisi təyin olunacaq. Amma Yaradanquliyev Ziya Məmmədovla dost olduğu üçün bu vəzifədən imtina etmişdi. Amma sonradan Ziya Məmmədovla arasıda yaranan gərginliyə görə, həyatını qorumaq üçün o, ölkədən birdəfəlik qaçdı. Bu gün isə Bəhram Yaradanquliyev yenidən Bakıda peyda olub. Amma onun yenidən Bakıya qayıtması və bizneslə məşğul olması Ziya Məmmədovun çevrəsini təşvişə salıb. Görünür razılıq əsasında ölkəyə qayıdan və ciddi nüfuz sahibi olan Bəhram Yaradanquliyev köhnə dostları ilə haqq-hesab çəkməyə başlayacaq. Elə buna görə də onun müəmmalı şəkildə yoxa çıxıb elə müəmmalı şəkildə də geri dönüşü nazirin özünü də şoka salıb. Bildirək ki, Bəhram Yaradanquliyev “Azəryolservis”in şefi Cavid Qurbanovla dost, “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin rəhbəri Arif Əsgərovla kirvə olub. Həmçinin “Azərreyl” voleybol komandasının baş məşqçisi Faiq Qarayevin Bəhram Yaradanquliyevlə isti münasibətləri var idi. “Azərreyl” voleybol komandasının uğurları da əslində Bəhram Yaradanquliyevlə Faiq Qarayevin birgə zəhmətinin bəhrəsi olub. Məhz bu uğurlar Ziya Məmmədovu Bəhram Yaradanquliyevi “vurmağa” sövq edib. Nəqliyyat naziri bu uğurlardan sonra Bəhram Yaradanquliyevi özünə təhlükə sayıb və məşhur “Otel qalmaqalı” ilə onun “vurulmasına” nail olub. Bundan sonra isə Ziya Məmmədov Cavid Qurbanovla Arif Əsgərovu Bəhram Yaradanquliyevlə əlaqəni kəsməyə məcbur etmişdi. Nazim
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?