GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İsgəndər Həmidov: KQB-nin arxivləri açılmalıdır

İsgəndər Həmidov: KQB-nin arxivləri açılmalıdır

Tarix: 3-12-2012, 02:53 Bölmə :Manşet Baxış: 997
İsgəndər Həmidov: KQB-nin arxivləri açılmalıdır

“Radikal addımlar atılmasa ölkə 1917-ci il bolşevik inqilabına doğru gedəcək”
“Gündəm xəbər” qəzetinin ölkə və onun kənarında baş verən proseslərlə bağlı suallarına sabiq daxili işlər naziri, millətçi siyasi xəttin əsas tərəfdarı olan İsgəndər Həmidov cavab verib.
- İsgəndər bəy, Rusiyanın şimal sərhədlərimizə ordu topladığı, bu ordunun şəxsi heyətini və texnikanın sayını hər gün artırdığına dair hər gün aldığımız xəbərləri necə qiymətləndirirsiniz?
- Rusiya heç vaxt imperiya ambissiyasından əl çəkmək istəmir və bu niyyəti yaxınına da buraxmır. Əgər xatırlayırsınızsa, Rusiya Şimali Qafqazdan öncə silahlı qüvvələrini Şimali Osetiya və Abxaziyada cəmləşdirdi. Hətta sonradan bu regionda özünün hərbi bazalarını yerləşdirməklə Gürcüstanın qanuni ərazilərinə təcavüz etmiş oldu. Saakaşvilinin dönəmində isə bu təcavüzkar siyasətini bir qədər də möhkəmlətdi. Bu təbii ki, birinci Pyotrun siyasətini xatırladır. Hazırda Şimali Qafqazda qeyri sabitliyi əsas gətirir, burada terrorçuların, quldur dəstələrinin olduğunu iddia edərək regiona qoşun yeridir. Bununla da faktiki olaraq Azərbaycanın şimal hissələrinə qoşun yerləşdirir. Əslində bundan qabaq da, onlar Azərbaycana təzyiq üçün orada bir qurum yaratdılar və s. Bu çox böyük təhlükədir və gələcəkdə də, real təhlükəyə çevrilə bilər. Çünki bizim şimal regionumuzda rusmeyilli insanlar yetərincədir. Hətta orada bir kənd var ki, Azərbaycan dövlətinin vətəndaşlığını qəbul eləmək istəmirlər. Açıq şəkildə bildirirlər ki, biz Rusiya Federasiyasının vətəndaşlığını qəbul etmək arzusundayıq. O tərəfdə insanların arasında “Sadval” adlandırılan qrum müəyyən iş aparmaqdadır. Fikrimcə, bu amil gələcəkdə faciə ilə nəticələnə bilər. Yəni cürbəcür təxribatlar baş verə, sərhəd pozuntuları ola bilər. Beləliklə də, bizi istəmədiyimiz bir lazımsız münaqişəyə çəkə bilərlər. Əlbəttə ki, bu cür məsələləri biz gözardı etməməliyik. Və şimaldan hər an təhlükənin ola biləcəyini nəzərə alaraq ayıq-sayıq olmalıyıq. Mən bu gün Azərbaycanın şimal, Rusiyanın isə cənub hissəsində baş verən hərəkətləri diqqətlə izləyirəm və bunu təhlükəli hal hesab edirəm.
- “Sadval”ın fəallaşdırılması faktı nə dərəcədə təhlükəlidir?
- Əslində mən onu deyirəm ki, bu adda qurumun fəallaşmasını mən çox pis qiymətləndirir, həm də buna təhlükəli hal kimi yanaşıram. Mənim üçün mahiyyət baxımından “Sadvalın”, Dağlıq Qarabağdakı separatçı rejimin və “Talış Muğan Respublikası” adı altında separatizmi təbliğ edənlər arasında fərq yoxdur. Çünki biri Azərbaycanın şimal hissəsini istəyir, biri Qarabağı, üçüncüsü də, cənub tərəfi istəyir. Ona görə də, “Sadval”ın fəallaşması Rusiyanın Azərbaycanla sərhəddə ordu toplaması, səfirin Zaqatalaya səfər edərək milli etniklərlə məxfi müzakirələr aparmasının davamıdır. Yəni bu qurumu Rusiya aktivləşdirib. Bu proseslərə diqqət eləmək lazımdır.
- Son həftə süni şəkildə talışların məsələsi də gündəmə gətirildi, heç bir ehtiyac olmmadan talışlar adına bir qeyri hökumət təşkilatı yaradıldı və bəyan edildi ki, məqsəd talışların hüququnu qorumaqdır. Bu halı necə şərh edirsiniz?
- Biz millətçilərin belə məsələlərə birmənalı münasibəti və baxışı var. Azərbaycan bütöv, vahid və bir olmalıdır. Hələ Təbriz, Dərdənd və İrəvanda biz istədiyimiz Azərbaycanın içində olmalıdır. Bu vaz keçilməz məsələdir və heç bir halda bu məsələdə bizim baxışlarımız dəyişə bilməz. Konkret suala gəldikdə söyləyim ki, bu tərəfi də İran qurdalayır. Yəni fars-molla rejiminin apardığı siyasətin nəticəsində bundan Azərbaycana təsir vasitəsi kimi istifadə etmək istəyirlər. Ancaq mən bu tərəfdən arxayınam. Çünki talış məsələsini qabartsalar da, bu təhlükə deyil. Baxmayaraq bunu fəaliyyətə çevirməyə çalışırlar və bunun da səbəbi İrandakı fars molla rejimidir. Ən böyük təhlükəni mən şimalda görürəm. Şimal istiqamətimizdə Rusiyanın qoşun toplaması və “Sadvalın” aktivləşməsi əsas təhlükədir və buna xüsusi diqqət yetirmək lazımdır.
- Siz Bakıda ruspərəst siyasətçilər və qüvvələr görürsünüzmü ki, Rusiya şimalda təxribat yaratsalar bu qüvvələr paytaxtda aktivləşib hakimiyyəti ələ almağa cəhd göstərsinlər?
- Mirzə Ələkbər Sabir Azərbaycanın böyük kişilərindən biridir. Hələ yüz il əvvəl dahi Sabirin “Rusbaşlılar” adlı şeir yazmışdı. Sabir deyirdi: Ay, aman qoymayın, gəldilər, gündən-günə rustlaşdılar. Bəli, Azərbaycanda Rusiyameylli qüvvələr mövcuddur və bunu inkar eləmək doğru olmaz. Amma bu qüvvələrin xalq içərisində təsiri elə də güclü deyil. Yəni, ruspərəst qüvvələrin nüfuzu yoxdur. Mənim fikrimcə, burada ən təhlükəlisi hakimiyyətin daxilində olan ruslara meylli insanlardır. Azərbaycana ən böyük təhlükə burdan gəlir. Yəni hakimiyyət içində yerləşib gecə-gündüz Rusiyanın təəbəliyini qəbul edərək bu ölkəyə xüsusi simpatiya bəsləyənlər əsl təhlükə mənbəyidir. Xalqın daxilində Rusiyaya böyük meyl olmasa da, hakimiyyətdə olan ruspərəstlər təhlükə ocağıdır. Əgər fikir verirsinizsə, bu gün Azərbaycanda klanarası mübarizədə çoxu Rusiyanın adamı olaraq çıxış edir.
- Siz konkret nəyi nəzərdə tutursunuz?
- Siz fikir verin, hakimiyyət daxilində struktur dəyişikliyi gözlənilən kimi Rusiya şimal hissəmizdə, İran isə cənubda aktivləşir. Sanki Bakıya təzyiq edib mesaj verirlər ki, bizim adamlarımıza toxunma. Odur ki, bu proseslərdə ən təhlükəli tərəf baltanın sapıdır. Bu saplar isə özümüzdəndir. Amma xalqın içərisində nüfuzlu ruspərəst partiya və siyasi xadim yoxdur ki, ortaya çıxa bilsin. Hakimiyyətin apardığı rüşvətxor və korrupsioner siyasi xəttin nəticəsində insanlar arasında sovet nostalgiyası var. İnsanlar düşünürlər ki, heç olmasa Sovet İttifaqı zamanı bir şikayətə baxan var idi. Bu da təhlükəli məqamdır. Amma müxalifət partiyaları daxilində Rusiyaya meyl edən təşkilatlar çox azdır.
- Hakimiyyət daxilində Rusiyaya yaxın qrup kimi Naxçıvanlı qruplaşması göstərilir, amma ən kəskin anti Rusiya bəyanatları da bu qrup tərəfindən verilir...
- Gəlin məsələləri konkretləşdirək. Mən konkret ad və soyad demədim. Amma rusmeylli qüvvələri dəqiq bilmək üçün KQB-nin arxivini açmaq lazımdır. Bu zaman bəlli olacaq ki, o zaman sovet KQB-sinə xidmət edənlər, indi də Rusiyanın xüsusi xidmət orqanlarına xidmət edirlər. Bu elə bir qarmaqdır ki, bu qarmaqdan çıxmaq qeyri mümkündür. Sabah Moskvada arxivə baxıb deyə bilərlər ki, filankəs bu şeyləri edib. Odur ki, arxivlər açılsaydı daha yaxşı olardı. Mən arxivlərin açılması məsələsini 20 il əvvəl deyirdim, indi də deyirəm, sabah da bu fikirdə olacağam. Mən Rusiyaya qarşı verilən bəyanatları alqışlayıram. Amma siz dediyiniz qrup və ya siyasətçilər Rusiyaya qarşı bəyanat vermədilər. Onlar Moskvada təsis olunan Rusiya Azərbaycan Təşkilatı İttifaqına qarşı bəyanatlarla çıxış etdilər. Bir var Rusiya hakimiyyətinə bəyanat verib deyəsən ki, sən normal qonşuluq eləmirsən, imperiya ambissiyasından çıxış edib mənə gələcək vassalın kimi baxırsan. Amma bu deyilmədi. Əvəzində Rusiyada yaşayan zəngin insanların bir araya gələrək qurduqları təşkilatın əleyhinə bəyanatlar oldu.
- Siz indi də, KQB-nin aarxivlərinin açılmalı olduğunu düşünürsünüz?
- Bəli, hökmən açılmalıdır. Mən sizə bir söz deyim ki, Litvanın aparcı azadlıq təşkilatı, eləcədə xanım baş naziri var idi. Orada qanun qəbul edildi ki, KQB-nin arxivləri açılsın və SSRİ KQB-sində agentura şöbəsində olanlar vəzifə tutmasın. Bu qərar həyata keçirildi və hətta xanış baş nazir kimi siyasətçi proseslərdən kənarda qalmalı oldu. Elə bu səbəbdən də, orada tam sakitlik və sabitlik hökm sürür və belə təhlükə yoxdur. Odur ki, mən 20 il əvvəl dediyim sözün üstündə duraraq bir daha qeyd edirəm ki, arxivlər açılmalıdır.
- Arxivlər açılsa nə olacaq?
- Birincisi, çoxlu sayda insan bundan narahat olacaq. İkincisi, yüzlərlə şəxs tutduğu kreslo ilə vidalaşacaq, partiya sədrliyindən gedəcək və s.
- Hesab edirsiniz ki, hətta Moskvaya yaxın olan partiya sədrlərimiz də var?
-Mən hesab etmirəm, bunu dəiq bilirəm.
- Onlar hansı partiyalardır?
- Mən hüquqşünasam və əlimdə fakt, sübut olmadan ad çəkə bilmərəm. Gərək faktım olsun ki, məndə bu haqda daha rahat danışım. Amma mən 20 il əvvəldə arxivlərin açılmasını tələb edirdim, bu gündə tələb edirəm. Milli Məclisdə bu haqda danışdıqlarım durur. Bu arxivlər açılmayana qədər Rusiyanın burada beşinci koloniyası olacaq. Nəzərə alın ki, müharibə dövrü yerli separatçılara beşinci koloniya deyiblər.Almanların bəzi ölkələrdə 5-ci koloniyası olub, hazırda Rusiyanın özünün belə koloniyası var. Bizsə ruslara “böyük qardaş” deyib yaxalarından yapışırıq. Bu adamlar bizi istəmirlər də... Jirinovski dəlinin birini televiziyya çıxarırla. O da bildirir ki, Rusiya özünü onda rahat hiss edəcək ki, əsgəri bir ayağını sakit, digərini atlantik okeanındaa yusun. Deməli bu tərəflərin hamısı qalmaladır əsgər çəkməsinin ayağı altında. Sonra deyir ki, İstanbul alınmayana qədər sakitçilik ola bilməz. Yəni bunlar Jirnovskinin deyil, Rusiyanın apardığı siyasətin sözüdür. Bu da Dumada sədr müavinidir. Sadəcə hökumət özü deyə bilmədiyi sözü onun vasitəsilə deyir.
- İsgəndər bəy, siz ölkədəki real vəziyyəti necə qiymətləndirirsiniz?
- Maraqlı məsələdir, amma siz məndən də yaxşı bilirsiniz ki, olmayan şeyi qiymətləndirmək çətindir. Vəziyyət var ki, onu da qiymətləndirək? Ola bilər ki, rüşvət çoxalıb və ya azalıb. Bundan başqa heç bir vəziyyət yoxdur. Siz inanın ki, bu saat ən kiçik şikayətə belə baxan yoxdur, ağlayan bir vətəndaşın gözlərinin yaşını saxlamaq üçün heç kim düşünmür. Odur ki, ölkədə vəziyyət yoxdur. Sadəcə olaraq hər gün yatıb-duran, günorta və axam yemək yeyib yatıb durmaq var. Vəziyyət olduqca acınacaqlıdır.
- Bu situasiya hara gedir?
- Əgər radikal dəyişikliklər baş verməsə, radikal, demokratik istiqamətdə addımlar atılmasa, biz 1917-1918-ci ilə gedəcəyik.
- Orta əsrlərə?
- Xeyr. 1917-ci ildə bolşevik inqilabını nəzərdə tuturam. İndi ölkəmizdə bu şərait yoxdur, amma ona doğru gedir. Şərait onda yaranır ki, yuxarılar idarə edə bilmir, aşağılar isə həyat tərzini dəyişmək niyyətində olur. Onda bu şərait yaranır. Hazırda bizdə yuxarılar idarə etmir, aşağılar isə həyat tərzini dəyişmək istəmir. Ona görə də, islahatlara getmək lazımdır ki, bu şərait yaranmasın və neqativ proseslər baş verməsin. Çünki heç kəsə vətəndaş qarşıdurması lazım deyil. Fikrimcə, bu hər kəsi narahat edən məsələdir.
- Amma hakimiyyət bu haqda hamıdan çox düşünməli deyilmi?
- Təbii ki, birinci onlar istəməməlidir və islahatlarla getməlidirlər. Çünki məsuliyyət hamıdan çox onların üzərinə düşür. Bu boyda korrupsiya, rüşvət və inhisarçılığın qarşısını onlar almalıdırlar. Siz v mən istəsək də monopoliyanın qarşısını ala bilmərik. Siz diqqət edin, Azərbaycanın bazarlarında kənd təsərrüfatı məhsullarının qiyməti günü-gündən qalxır. Bu inhisarçılıığın hesabına baş verir. Özləri gətirib baha qiymətə satırlar. İmkan versələr camaat gətirib ucuz qiymətə satar. Başqa sahələrdə bu gündədir.
- Bir müddət əvvəl İsrail Fələstin ərazilərinə hücum edib yüzlərlə dinc sakini qətlə yetirdi. Bu məsələdə Türkiyə İsarilin hərəkətlərini pislədi, rəsmi Bakı isə susmağa üstünlük verdi. Sizcə, nədən bəzi hallarda Ankara ilə Bakının siyasətində belə fərqliliklər meydana çıxır?
- Bir var ayrı-ayrı terrorçular, bir də var terrorçu dövlətlər. İsrail, ABŞ, Fransa və Britaniya terrorçu dövlətlərdir. Bir müsəlman qumbara ilə özünü və ətrafında olan 3 nəfəri partladanda hammı buna pis baxır. Ancaq qırıcıları havaya qaldırıb camaatın toyunu bombarduman edirlər, yüzlərlə sivil insanı qırırlar və buna da demokratiya deyirlər. Türkiyənin bu yöndəki fəaliyyətini mən alqışlayıram. Biz İsrail və ABŞ-a nə qədər qardaş desək də, onlar bizə islam aləminin bir qanadı kimi baxırlar. Odur ki, Azərbaycan hakimiyyəti Fələstində nahaqdan öldürülən, qanı axıdılan insanları müdafiə eləməlidir. Heç olmasa bəyanatını verməlidir.
- Bəs niyə vermir?
- Ya qorxudan, ya da masson yəhudi siyasətinin Azərbaycanda inkişafından əmələ gəlir.
HÜSEYN ABBASOĞLU
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 40
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İsgəndər Həmidov da Milli Şuradan imtina etdi

    İsgəndər Həmidov da Milli Şuradan imtina etdi ...

    10-01-2014, 18:15

  • 
  • İsgəndər Həmidov sərbəst buraxıldı

    İsgəndər Həmidov sərbəst buraxıldı ...

    29-05-2013, 19:08

  • 
  • İsgəndər Həmidov bu çıxışa görə həbs olundu- VİDEO ÇIXIŞ

    İsgəndər Həmidov bu çıxışa görə həbs olundu- ...

    29-05-2013, 17:02

  • 
  • İsgəndər Həmidov: "Üstümə tapança çəkdilər"

    İsgəndər Həmidov: "Üstümə tapança ...

    29-05-2013, 20:03

  • 
  • Rus general: “İsgəndər” raketləri Avropaya yerləşdirildi

    Rus general: “İsgəndər” raketləri Avropaya ...

    17-12-2014, 00:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (258)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu