Komitə sədri Bakının 2 rayonunda qanunsuz torpaq satışına görə çətin suallar qarşısındadır
9 oktyabr seçkilərindən sonra adı daha çox mediada mənfi yöndə çəkilən köhnə məmurlardan biri də Qərib Məmmədovdur. Q.Məmmədov Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə uzun illərdir ki, başçılıq edir. Ötən il ərzində işçilərinin korrupsiya faktlarına görə həbs edilməsi faktı da məhz Q.Məmmədovun komitəsində müşahidə edilib. Lakin o hələ də işinin başındadır. Q.Məmmədov Azərbaycanda ən strateji bir komitəyə rəhbərlik edir. Torpaqlarının 20 faizdən çoxu işğal altında olan Azərbaycan Respublikasında torpaqların sənədini məhz o verir. Amma bəzən elə olur ki, Q.Məmmədovun komitəsində torpaqlara verilən sənədlərin arasından böyük korrupsiya faktları çıxır. Komitənin işçiləri həbs olunur. Ən çox mətbuatda tənqid edilməsinə baxmayaraq Qərib Məmmədov nəyinki zəifləyir, bir qədər də güclənərək əlavə səlahiyyətlər qazanır. Məsələn 2010-cu ildən etibarən bələdiyyələrin mülkiyyətində olan və bütün torpaqların icarəsi və satışı üzrə hərracları dövlət adına Qərib Məmmədovun komitəsi çıxarır. Amma onun da barəsində şikayət ərizələri üçün artıq limit dolub. Komitə sədrindən demək olar ki, hər saat yuxarı instansiyalara şikayətlər ünvanlanır. O isə hələ ki, yerindədir. Amma bununla belə onun vəzifəsində qalması məsələsi sayılı günlərlə ölçülür. Qərib Məmmədovun və onun komandasında təmsil olunan bir sıra şəxslərin taleyi demək olar ki, tükdən asılıdır. Bu barədə əldə etdiyi informasiyanı bizimlə paylaşan məlumatlı şəxsin sözlərinə görə, Hesablama Palatası, Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi, eləcə də Maliyyə Nazirliyi və digər müvafiq qurumlar DTXK-da baş verən bir sıra maliyyə pozuntularını, yeyinti faktlarını ciddi şəkildə araşdırmağı qərarlaşdırıblar. Hələlik bu xəbəri ilin yekunu olaraq ənənəvi yoxmalar kimi təqdim etməyə çalışırlar. Yoxlamalar barədə məlumatlar demək olar ki, çox məxfi şəkildə saxlanılır. Hazırda həm komitə sədri Qərib Məmmədovun, həm onun müavini Azad Sabir oğlu Nağıyevin, həm də komitənin iqtisadiyyat, maliyyə və mühasibat şöbəsinin müdiri Həsən Hümbət oğlu İsayevlə yanaşı, onun müavini, sektor müdiri Sabir Cəlal oğlu Əliyevin aidiyyəti orqanlar tərəfindən nəzarətə götürüldüyünü deyən mənbə iddia edir ki, DTXK-nın adıçəkilən rəhbər şəxsləri baş tutacaq araşdırmanın sonunda tutduqları vəzifələrilə vidalaşa bilərlər: "Həm komitə sədrinin, həm də onun yaxın ətrafının - Azad Nağıyevin, Həsən İsayevin və Sabir Əliyevin fəaliyyətilə bağlı yoxlamalar aparılması planlaşdırılır. Yoxlamaların əsas məqsədi ölkədə dövlət balansında olan torpaqların faktiki vəziyyətini müəyyənləşdirməkdən, maliyyə pozuntularını aşkarlamandaq, indiyədək yol verilən qanunsuzluqları üzə çıxarmaqdan ibarətdir. Mənbə olan bilgilərə görə, yoxlamanın nəticəsində toplanılan bütün məlumatlar, faktlar əsasında geniş bir rəy hazırlanılacaq və həmin sənəd ölkə başçısına təqdim olunacaq. Toplanan məlumatlar sonradan komitənin ləğv edilməsi, eləcə də Qərib Məmmədovla bərabər, Azad Nağıyevin, Həsən İsayevin və Sabir Əliyevin vəzifədən kənarlaşdırılması zərurətini də ortaya qoya bilər. Odur ki, həm Qərib Məmmədov, həm də onun komandası uzun illərin maliyyə-uçot, gəlir və xərclərlə bağlı, həmçinin digər bir sıra məqamlarla əlaqədar geniş hesabat vermək məcburiyyətindədir". Adıçəkilən şəxslərin birləşərək bələdiyyələr üzərində bütün səlahiyyətləri şəriksiz olaraq ələ keçirmək niyyətində olduqlarını vurğulayan məlumatlı şəxsin sözlərinə görə, bu, bir sıra qurumlarda sərt şəkildə tənqid olunmaqla yanaşı, kəskin etirazla qarşılanıb: "Heç şübhəsiz ki, komitə sədri və adamları - Azad Nağıyevin, Həsənİsayevin və Sabir Əliyev bələdiyyələrə aid bütün səlahiyyətləri öz əllərində cəmləşdirmək istəyirlər. Bununla da onlar bələdiyyə torpaqlarının satışından, eləcə də icarəsindən gələn gəlirlərə və bu sahədə əldə olunan digər mənfəətlərə sahiblənmək niyyətindədirlər. Bu cür addımlar isə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin konkret hədəfə çevrilməsini şərtləndirir".
Qərib Məmmədovun əsas hədəfi kimdir?
Ölkənin iri oliqarxlarından ikisi arasında son bir həftə gərgin bir mübarizə başlandığı barədə məlumat daxil olub. Məlumata əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəhbəri Qərib Məmmədov Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun “torbasını tikmək” qərarı verib. DTXK-də işləyən vəzifəli şəxslərdən biri deyib ki, Bakı şəhərində yeni yaşayış binalarına texniki torpaq sənədlərinin verilməsi işi bir aya yaxındır komitədə saxlanılır və sənədlərin verilməməsinə dair göstəriş sədrdən gəlib. Səbəb isə ondan ibarətdir ki, BŞİH heç bir qanuni əsası olmayan torpaq sahələrində hündürmərtəbəli binaların inşasına dair razılıq verib. Qanunvericiliyə əsasən 40 dövlət qurumundan alınmalı olan sənədlərin yekunu DTXK!dən alınır. Binaların inşasından sonra isə əsasən onların sənədlərinin yekunu olaraq komitənin verməli olduğu sənədlər demək olar ki, yubanır. Məlumatlara əsasən Qərib Məmmədov fövqəladə hallar naziri Kəmaləddin Heydərovdan aldığı net tapşırıqla BŞİH!dən gələn binaların paket sənədlərini imzalamamaq tapşırığı verib. Məlumatlara əsasən Qərib Məmmədov dirəniş göstərərək Hacıbala Abutalıbovun vəziyyətini kritikləşdirməkdə qararlıdır.
Kənd Təsərrüatı Nazirliyinə qarşı fəaliyyət
İri taxılçılıq təsərrüfatlarının yaradılmasında məqsəd kiçik fermer təsərrüfatlarını birləşdirməkdir. Bu barədə bir qədər əvvəl Qərib Məçmmədov jurnalistlərə açıqlamasında demişdi. Q.Məmmədov deyirdi ki, fermerlər nisbətən kiçik ərazilərdə yüksək məhsuldarlıq əldə edə bilməzlər: 0,5-3 hektar ərazidə yüksək məhsuldarlıq əldə edilə bilməz. Kollektor sistemi olmasa, Azərbaycanda məhsul əldə etmək olmaz. Bunu da hər bir kiçik fermer həyata keçirə bilməz. İri taxılçılıq təsərrüfatlarının yaradılmasında da məqsəd odur ki, bunlar hamısı birləşsin və müasir səviyyəli təsərrüfat əldə edilsin. Bundan başqa, fermerlərin birləşməsi söhbəti də gündəmdə durur. Bununla bağlı Milli Məclisdə qanun layihəsi hazırlanıb. Fermerlər öz torpaq sahələri qədər əmlak payı almaqla təsərrüfatlarını birləşdirməlidirlər. Təsərrüfatdan başı çıxan fermerlər buna rəhbərlik etməli və hər kəs də öz torpağına görə məhsul götürməlidir. Məlumat üçün bildirək ki, artıq ilkin olaraq, Beyləqan və Ağcabədi rayonlarında ümumilikdə 4800 hektar ərazidə Özəl Pilot Taxılçılıq Təsərrüfatı yaradılıb. Hansı ki, bu layihənin həyata keçirilməsi uğrunda uzun müddət sabiq kənd təsərrüfatı naziri İsmət Abbasovla Qərib Məmmədov arasında ciddi qalmaqal da yaşanmışdı. Q.Məmmədovun demək olar ki, sahəsi olmasa da, torpaqın sahibi olaraq komitə sədri sözün bütün mənalarında fəaliyyətə keçmişdi. Bu layihənin dəyəri isə milyonlarla manat həcmində müəyyən edilirdi. Lakin uzun sürən mübahisələrdən sonra fermerlərə torpaqları verən komitə kimi layihənin də söz sahibi Qərib Məmmədov oldu.
Prezident seçkiləri dövründə onun haqqında çox maraqlı bir informasiyaya rast gəldik. Bu informasiya seçkilərdən bir qədər əvvəl Rusiyanın projesi olduğu iddia olunan «El» Hərəkatının ofisi ilə bağlı idi. Məlumatlarda bildirilirdi ki, EL hərəkatının Novxanıda yerləşən və ehtiyat statusunda olan ofisinin gerçək sahibi Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovdur. 3 mərtəbəli möhtəşəm bağ evi formal olaraq Q. Məmmədovun Rahim Bağırov adlı xalası oğlunun adına sənədləşdirilib. Bu barədə mötəbər mənbələrdən məlumat daxil olub. Mənbənin məlumatlara əsasən yazılırdı ki, şəhərdəki ofisi bağlanandan sonra Q. Məmmədovun razılığı ilə Novxanıdakı mülk EL hərəkatına təmənnasız icarəyə verilib. Ancaq bundan xəbər tutan hakimiyyət nümayəndələri həmin bağ evinə polis postu qoyublar və oraya kimsəni buraxmayıblar. Hazırda da EL hərəkatının Bakıda bağlanan ofisindəki bütün əşyalar, texniki və s. avadanlıqlar Novxanıdakı həmin bağ evində yerləşir. Yada salaq ki, aprelin 5-də çoxsaylı hakimiyyət nümayəndələri EL hərəkatının Novxanıda yerləşən ofisinə gələrək hərəkat üzvlərinə burada işləməyin mümkün olmayacağını bildirib, ev sahibində xəbərdarlıq ediblər. Nəticədə faktiki olaraq hərəkatın ofisi qapadılıb.
Bütün bunlarla yanaşı Qərib Məmmədov mətbuata dəfələrlə bir-birini təkzib edən açıqlamalarverib. Məsələn dünən komitə sədri qanunsuz torpaqların sənədləşdirilməsi məsələsindən danışıb. Komitə sədri qanunsuz sənədlərin rəsmiləşdirilməyəcəyini bəyan edib. Hansı ki, seçkilər dövründə komitə sədri açıqlamasında Bakı şəhərində qanunsuz tikililərin sənədləşdirilməsi məsələsində ciddi problemlərin olmayacağından bəhs edirdi. Apardığımız araşdırmalar zamanı məlum olub ki, komitəyə 2011-2015-ci illər üçün ayrılan pliot layihə də yarımçıq qalıb. Söhbət Bakının Binəqədi və Abşeron rayonlarında torpaqların yenidən inventarizasiyanın aparılması layihəsindən gedir. Dünyanı Bankının qrant layihəsi hesabına 40 milyonluq layihənin icra edilməsinin müdhiş sirrləri ortaya çıxıb. Məlumatlara əsasən layihənin icrası zamanı aşkarlanan qanunsuz torpaqların çoxunun DTXK-nin xətti ilə vətəndaşlara satılmış ərazilər olduğu faktı ortaya çıxıb. Bu layihə zamanı qanunsuz torpaq satışın bələdiyyələrlə yanaşı, rayon icra hakimiyyətlərindəki müvafiq idarələr tərəfindən də həyata keçirildiyi faktı ortaya çıxıb. Məlumatlara əsasən bu layihənin icrası zamanı ortaya çıxan faktlar həm də hüquq-mühafizə orqanlarına da təqdim edilib. Məlumatda o da vurğulanır ki, layihəninicra edilməsinin yubanması əslində Nazirlər Kabinetinin faktlarla bağlı Prezident Adminstrasiyasına müvafiq faktları yollaması olub. Bildirilir ki, bu faktların təqdim edilməsindən sonra adıçəkilən komitəyə sorğular da yollanıb. Hələlik həmin sorğulara hansı cavabların verildiyi barədə heç bir bilgi əldə etmək mümkün deyil. Lakin bu barədə bizimlə söhbət edən mənbə deyir ki, faktların araşdırılması zamanı pilot layihəyə cəlb edilmiş 2 rayonun torpaq komitəsinin müvafiq idakrələrində təftişlər də başlanıb. Buna səbəb qanunsuz torpaq sahələri ilə bağlı verilmiş saxta sənədlərdə məhz adıçəkilən komitənin də möhürlərinin olduğu faktları ortaya çıxıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?