GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Qərib Məmmədov hökuməti necə aldadıb?

Qərib Məmmədov hökuməti necə aldadıb?

Tarix: 8-10-2013, 21:18 Bölmə :Ölkə Baxış: 1 071
Qərib Məmmədov hökuməti necə aldadıb?

Görəvindən kənarlaşdırılacağına özü də əmin olan komitə sədri səmimiyyət nümayiş etdirərək, problemləri də dilə gətirmək yolu seçib

Ölkədə aparılan torpaq islahatları zamanı yanlışlıqlara yol verilib. 1998-ci ildə torpaq islahatlarının aparılmasına baxmayaraq bölgələrdə bəzi vətəndaşlar öz sənədlərini hələ də ala bilməyiblər. Səbəb isə çox sadədir: yerli məmurların laqeydliyi və bəzi vətəndaşların islahatlar aparılan zaman xarici ölkələrdə olmalarıdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədovun bununla bağlı açıqlamaları da deyilənləri təsdiqləyir. Komitə sədri bildirib ki, bu kimi halların qarşısın almaq üçün rəhbərlik etdiyi qurumda xüsusi iş aparılır. Bundan əlavə o, bələdiyyələrin iş prosesində yol verdiyi nöqsanlara da toxunub.
Hazırda torpaqların satılmasına ən başlıca problem əksər bələdiyyələrin dövlət torpaqlarınada sərəncam verməsidir. Dövlət Torpaq və Xəritəçəkmə komitəsində bu kimi hallarla da mübarizə aparılır. Sədrin sözlərinə görə dövlət torpaqlarına yalnız yerli icra hakimiyyəti başçıları sərəncam verə bilər. Qalmaqallı olan Bakı Oğuz Qəbələ su kəmərinin çəkilişi zamanı yaranan narazılıqların da yenidən araşdırılacağı planlaşdırılır.
Qeyd edək ki, indiyədək torpaq islahatları ilə bağlı biz Qərib Məmmədov və onun rəhbərlik etdiyi komitədən fərqli fikirlər eşidirdik. Məsələn, Qərib Məmmədov xeyli müddət əvvəl özünün “Aqrar islahatlar və perspektivlər” adlı məqaləsində yazırdı ki, “Torpaq islahatları nəticəsində respublikamızda mövcud olmuş 2042 təsərrüfat, yəni kolxoz və sovxozlar ləğv edilərək, onların mülkiyyətində olan torpaqlar əhaliyə paylanıldı. İşğal olunmuş rayonlarımız istisna olmaqla, ölkəmizdə torpaq payı almaq hüququ olan 870 min ailəyə torpaq payı verildi. Bu, 3.442.778 subyekt deməkdir. Torpaq islahatları nəticəsində torpaq üzərində üç mülkiyyət forması müəyyənləşdi. Ölkə əhalisinin az qala yarısı, yəni 3.500.000 nəfəri torpaq mülkiyyətçisinə çevrildi. Torpaq islahatlarının sosial məzmunlu olması və ümummilli rifaha xidmət etməsi sonrakı mərhələlərdə müvafiq sahənin dinamik inkişafını təmin etdi. Həyata keçirilən məqsədyönlü və ardıcıl siyasət torpaq islahatlarının növbəti mərhələlərini də uğurla həyata keçirməyə zəmin yaratdı”.
Həmin məqaləsində torpaq islahatları ilə bağlı birmənalı olaraq müsbət məlumatlar, fikirlər açıqlayan komitə sədrinin son açıqlamalarından görünür ki, heç də hər şey indiyə kimi təqdim olunduğu qədər uğurlu olmayıb. Torpaq islahatları kifayət qədər nöqsanlarla müşahidə edilib və bu, vətəndaşlarla bərabər, yerli məmurlarla, əlbəttə həm də Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rayon şöbələrinin rəhbərlərinin məsuliyyəti ilə əlaqəlidir.
Qərib Məmmədovun birdən-birə bu cür etiraf səsləndirməsinin səbəbi isə əlbəttə, maraq doğurur. Son vaxtlar onun rəhbərlik etdiyi qurumun ləğv edilərək səlahiyyətlərinin Əmlak Məsələləri Dövlət Komitəsinə veriləcəyi barədə iddialar səslənir. Hətta Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmazsa belə, Qərib Məmmədovun qarşıdan gələn prezident seçkisindən sonra formalaşacaq yeni hökumət kabinetində yer almayacağı ehtimal edilir.
Belə bir vaxtda Məmmədovun açıqlamasını iki cür izah etmək olar: ya komitə sədri ehtiyatsızlıq və diqqətsizlikdən bu cür tənqidi məqamları dilə gətirib və beləliklə, onun “vurulmasında” maraqlı olan iqtidariçi rəqiblərinin əlinə kompromat vermiş olub, ya da artıq görəvindən kənarlaşdırılacağına özü də əmin olan Qərib Məmmədov səmimiyyət nümayiş etdirərək, problemləri də dilə gətirmək yolu seçib. Eyni halı biz sabiq təhsil naziri Misir Mərdanovla da bağlı müşahidə etmişdik. Mərdanov “vurulması” ərəfəsində təhsildəki problemlərlə bağlı etirafedici fikirlər səsləndirirdi, məsələn, müəllimlərə 200 manat aylıq maaş verib, onlardan yüksək göstəricilər tələb etməyin doğru olmadığına işarə vurmuşdu. Görünür, Qərib Məmmədov da həmin taktikanı seçib.

Samir
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • QƏRIB MƏMMƏDOVUN CEYRANBATAN BATAQLIĞI

    QƏRIB MƏMMƏDOVUN CEYRANBATAN BATAQLIĞI ...

    4-02-2014, 22:03

  • 
  • KOMİTƏ SƏDRİ PUL YIĞIMINA BAŞLAYIR

    KOMİTƏ SƏDRİ PUL YIĞIMINA BAŞLAYIR ...

    25-11-2013, 16:00

  • 
  • Qərib Məmmədovdan baş prokurora şikayət olundu

    Qərib Məmmədovdan baş prokurora şikayət olundu ...

    5-12-2012, 09:48

  • 
  • Qərib Məmmədov Baş nazirin sərəncamını niyə yerinə yetirməyib?

    Qərib Məmmədov Baş nazirin sərəncamını niyə ...

    11-12-2012, 14:11

  • 
  • Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür

    Qərib Məmmədovla Kərəm Həsənovun ədavəti böyüyür ...

    15-05-2014, 10:56


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu