GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Elman Rüstəmov ətrafında cinayətkar şəbəkə

Elman Rüstəmov ətrafında cinayətkar şəbəkə

Tarix: 10-12-2013, 18:22 Bölmə :Manşet Baxış: 796
Elman Rüstəmov ətrafında cinayətkar şəbəkə
Milli Bank rəhbərinə yaxın şəxslərin şok əməlləri üzə çıxır; Briliant daş-qaşların qaçaqmalçılığı, kontur biznesi ilə "depozit silmələri” və "obnaliçka”...

Milli Bankın sədri Elman Rüstəmovun müşaviri Abdulla Məlik-Aslanov barəsində redaksiyamıza ilginc məlumatdaxil olub. Bizi məlumatlandıran mənbənin sözlərinə görə Abdulla Məlik-Aslanovunyaxını Dəmir Bankın "Mərkəz” filialının müdiri Müşfiq Tükanov öz şəriki, Dəmir Bankın "Mərkəz” filialının keçmiş kassiri olan İlqar Usubovun vasitəsi ilə respublikaya briliant daş-qaşların qaçaqmalçılıq yolu ilə gətirilməsinə yardımçı olur. Məlumatlı mənbə cumhuriyyet.az-a bildirib ki, bu iki şərikin briliant alverindən başqa kontur biznesi edərək "depozit silmələri” və "obnaliçka” ilə də məşğul olmaqları aşkar olunub. Qeyd edək ki, aldığımız məlumata görə Abdulla Məlik-Aslanov "Loqofon” şirkətinin sahibidir, bu şirkət mobil telefonların satışını və "Nar Mobile"-ın kontur satışını regionlarda və ölkə paytaxtında təşkil edir. Həmçinin mənbəmiz bildirib ki, İlqar Usubov "Dəmir Bank”da kassir vəzifəsində işləyərkən odlu silah gəzdirmək üçün, necə DİN-in Baş MP-in Yasamal MP-in əməkdaşı vəzifəsinə təyin olunmasına nail olub.
Eyni zamanda apardığımız araşdırma zamanı məlum oldu ki, "DəmirBank”ın "Mərkəz” filialının müdiri Müşfiq Tükanova Milli Bankın sədrinin müşaviri Abdulla Məlik-Aslanov himayədarlıq edir. Bu iki şəxs arasında qohumluq əlaqələri var. Daha dəqiq desək, Abdulla Məlik-Aslanov Müşfiq Tükanovun həyat yoldaşının xalasının əridir. Məhz bu qohumluğa görə də Abdulla Məlik-Aslanov ən gəlirli işləri qohumu Müşfiq Tükanova həvalə edir. Onu da qeyd edək ki, etibarlı mənbənin bildirdiyinə görə bir neçə ay əvvəl xeyli iqtisadi cinayətlərdə əli olduğuna görə hüquq-mühafizə orqanlarının əməkdaşları Müşfiq Tükanovun "qonağı” olublar. Mənbə onu da bildirir ki, bankın kollektivi Müşfiq Tükanovdan o dərəcədə narazı olublar ki, məlumatları hüquq-mühafizə orqanlarına onlar "sızdırıblar”. Aydındır ki, Müşfiq Tükanovun "Mərkəz” filialının müdiri olması sadəcə formal xarakter daşıyır. Onun əsas qazanc yeri , Abdulla Məlik-Aslanovun verdiyi "sifariş”lərdir. Yoxsa adi filial müdiri 200 min manatlıq avtomobillərdə gəzə, Bakıda bir çox bahalı obyektlər ala bilməzdi. Biz\ə daxil olan məlumatlarda ən maraqlı məqam bu iki qohum arasında olan maxinasiyalarda Milli Bankın sədri Elman Rüstəmovun roludur. Milli Bank rəhbəri bu qruplaşmaya nə dərəcədə bağlıdır?
Elman Rüstəmovun adı bu vaxta qədər bir neçə qalmaqalda halandırılıb. Həta 2009-cu ildə MBİH sədrinin işçiləri 7 milyon manat pulu oğurluqda suçlu bilinərək mühakimə olundular. Lakin bu prosesdə Elman Rüstəmov sudan quru çıxmağa müvəffəq oldu. Hətta onun arxasında duran qüvvələr özlərini o qədər əmin hiss etdilər ki, bu işdə iştirakının olması şübhə doğurmayan MBİH sədri mətbuat qarşısına çıxaraq, bir növ ictimaiyyəti ələ salan tərzdə açıqlamaları ilə də yadda qaldı. Gəlin hadisənin təfsilatına diqqətlə yanaşaq. Oğurluq faktının üstü açılandan sonra birbaşa hədəfə bankın İdarə Heyətinin rəhbəri Elman Rüstəmov götürülür. O isə az qala yalvarıcı sözlərlə günahını boynuna almaq həddinə çatır. Hətta sədrin ən yaxın adamının- Abdulla Məlik-Aslanovun həbs olunması əməliyyatı keçirilir.
Keçirilən əməliyyat nəticəsində Abdulla Məlik-Aslanov həbsə alınır və qısa müddətdə azadlığa buraxılır. Bu artıq E.Rüstəmovun həbsi üçün də əsas yaradırdı. Çünki A.M.Aslanov yeganə adam idi ki, illər boyu E.Rüstəmovun fəaliyyətinin ən gizli məqamlarını bilirdi və bu işdə ki, rolu artıq ortaya çıxırdı. A.M.Aslanovun həbs edilməsi bir tərəfdən E.Rüstəmovun azadlıqda qalmaq şansını artırırdısa, digər tərfdən müəyyən gizli faktlarında aşkarlanması prosesini sürətləndirirdi. Ən vacib məsələ isə bu idi ki, E.Rüstəmovun ən azı bir neçə gün vaxtı oldu və qabaqlayıcı tədbirlər həyata keçirə bildi. Məsələn, kimləri qurban vermək, özünün prosesdə ümumiyyətlə iştirakını təkzib etmək və prosesin istiqamətini dəyişdirmək baxımından.
Bu məqamda aldığımız dəqiq məlumata görə, E.Rüstəmova Prezident Adminstrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdən kömək istəyir. Daha doğrusu, A.M.Aslanovun atası ilə bu şəxs dostdur və o, imkanlarını işə salaraq ilk növbədə Abdulla Məlik-Aslanovun azadlığa çıxmasını təmin etməli olur. Hansısa yolla A.M.Aslanov azadlığa çıxır. Dərhal prosesin istiqaməti dəyişir. Bu ərəfədə isə artıq təşəbbüs E. Rüstəmovun əlinə keçir və o, rəsmi şəkildə belə Mərkəzi Bankda baş verənləri təsdiqləyir. Bundan bir neçə gün sonra gözlənilmədən növbəti olay baş verir. Həbsdən müəmmalı şəkildə azadlığa çıxan A.M.Aslanov gözlənilmədən yenidən müvəqqəti olaraq saxlanılır. Bir gün təcridxanada saxlanılıb izahat alındıqdan sonra A.M.Aslanovun nələr danışdığı və nələri «etiraf etdiyi» məlum deyil. Məlum olan budur ki, A.M.Aslanov həbsdən azad olunan günü (düzdür, A.M. Aslanov mətbuat nümayəndələrinə mətbuat konfransı keçirəcəyi vədini versə də, sonra bu fikrindən daşınır-red.) E.Rüstəmov mətbuat konfransı keçirir. Baş verənlərə görə, peşmançılıq çəkdiklərini və cinayətkarların cəzalanmasını istəyir.
Ən maraqlı başqa bir məqam isə budur ki, Abdulla Məlik-Aslanovun azadlığa çıxmasından sonra iş Respublika Prokurorluğuna verilir. Prezident Adminstrasiyasının rəhbəri istintaqın ünvanı dəyişdirilməsində Elman Rüstəmova yardımçı olur. Bununla da A.M.Aslanov azadlığa buraxılır, məhkəmə işi sürətlə həyata keçirilir və bu gün də bəlli olduğu kimi, bir neçə nəfər yaşlı qadın qurban verilir. Amma məsələ bununla bitmir. Redaksiyamızı bilgiləndirən mənbə iddia edir ki, hakimiyyətin içində Elman Rüstəmova qarşı fəaliyyətdə olan qüvvələr yetərincədir və onlar bu olaydakı qaranlıq məqamlrı hələ keçən ilin fevral ayında yenidən gündəmə gətirmək istəyiblər: «Həmin ərəfədə korrupsiyaya qarşı dövlətin ciddi mübarizəsi gedirdi və MBİH sədrinin rəqiblərinin əlinə gözəl fürsət düşmüşdü. Amma yenə də Ramiz Mehdiyev faktoru Elman Rüstəmovun görəvdə qalmasına və ittihamlardan kənarda tutulmsına rəvac vermiş oldu».
Mənbəmizin məlumatlarından aydın olur ki, amma buna rəğmən yenidən 2009-cu ilin «müdhiş olaylarının» gündəmə gətirilməi planlaşdırılır: «Hətta hazırda bu işlə bağlı qolları qandallanan MBİH-in sabiq işçilərindən biri ilə gizli anlaşma da əldə olunub. Və əgər planın icrasına qərar verilərsə, ilk əvvəl həmin şəxsin «açıq məktubu» yerli mətbuatın araçılığı ilə ictimailəşəcək».
Məlumatlara görə, həmin şəxs Elman Rüstəmovun nəinki 7 milyon manatın oğurlanmasında, daha böyük məbləğdə vəsaitin mənisənilməsində iştirakçı olduğunu sübuta yetirən faktları da açıqlaya bilər: «Hələlik bütün bu işlər məxfi qaydada həyata keçirilir. Amma bu faktlar açıqlanarsa, hətta Ramiz Mehdiyev də Elman Rüstəmovu orumağa müvəffəq olmayacaq”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DəmirBank”ın “Mərkəz” filialının müdiri milyonları necə əldə edib?

    DəmirBank”ın “Mərkəz” filialının müdiri ...

    29-11-2013, 17:31

  • 
  • "DƏMİRBANK"IN "MƏRKƏZ" FİLİALINDA YEYİNTİ

    "DƏMİRBANK"IN "MƏRKƏZ" ...

    28-11-2013, 14:58

  • 
  • Elman Rüstəmov işdən çıxarılır

    Elman Rüstəmov işdən çıxarılır ...

    30-03-2014, 15:00

  • 
  • Dövlət Dəmir Yolları ilə bağlı maxinasiyada bankirlərin də iştirakı olub

    Dövlət Dəmir Yolları ilə bağlı maxinasiyada ...

    23-09-2013, 12:16

  • 
  • Elman Rüstəmov hesabatı

    Elman Rüstəmov hesabatı ...

    10-02-2014, 12:52


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (413)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu