GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Amerika hansı məmurların istefasını tələb edib?

Amerika hansı məmurların istefasını tələb edib?

Tarix: 12-12-2013, 21:13 Bölmə :Manşet Baxış: 820
Amerika hansı məmurların istefasını tələb edib?
Seçkilərdən sonra Bakı ilə Vaşinqtonu üz-üzə qoyan şok səbəblər

«Prezident seçkilərindən sonra hakimiyyətin köklü dəyişikliklərə gedəcəyi hələ xeyli əvvəldən proqnozlaşdırılsa da, xəfif islahatlarla yola davam deyildi ki, bu da bir çox dairələrdə, xüsusən də Azərbaycanda marağı olan bəzi beynəlxalq güclərdə rəsmi Bakıya qarşı qəzəb yaratdı. Məsələn, uzun müddətə Azərbaycan hakimiyyəti ilə Obama administrasiyası arasında yaşanılan hadisələr də bu qəbildən idi. Amma artıq vəziyyət tamamən dəyişib ki, bu da Azərbaycan hakimiyyətinin uğuru kimi qəbul olunmalıdır». Bu barədə qəzetimizə danışan hökumət içindəki mənbə olduqca ilginc faktları da açıqlayıb.
9 oktyabr tarixinə qədərki dövrlə bağlı məlumat verən mənbə bildirir: «Əslində Azərbaycan hakimiyyətini təşkil edən qüvvələr çox ehtiyatlı şəkildə öz maraqlarını müdafiə etdilər. Halbuki seçkilərə qədər çox ciddi təzyiqlər var idi. Doğrudur, bu təzyiqlərin heç biri Azərbaycanda hakimiyyət dəyişikliyinə hesablanmamışdı. Yalnız Kremlin basqıları xüsusi şiddət daşıyırdı. Bunun isə hansı maraqlara xidmət etdiyini təxmin etmək o qədər də çətin deyildi.
Rusiya çalışırdı ki, Bakını öz maraqları müstəvisinə dartsın. Amma Azərbaycan hakimiyyəti Kremlə münasibətlərini elə bir həddə çatdıra bildi ki, şərtləri eşitmək zorunda olan tərəf mövqeyindən çıxaraq, bərabərhüquqlu danışıqlar aparan pozisiyaya keçid etməyə müvəffəq oldu. Və bu da Qərbdə, daha dəqiqi regjionda Rusiyanın əsas rəqibi kimi çıxış edən Amerikada qıcıqla qarşılandı. Çünki 9 oktyabr prosesində Amerika demək olar ki, təcrid olunmuş vəziyyətə düşmüşdü. Hətta dünənə qədər Qərbin yandaşı kimi görünən Azərbaycan müxalifəti belə Rusiyanın əlində rəsmi Bakıya qarşı bir alət funksiyasını həyata keçirməkdə idi.
Təbii ki, burada Qərbin Azərbaycan müxalifətini yetərincə yorması faktı da mühüm rol oynayırdı. Artıq Azərbaycan müxalifəti də dəyişmə kursu götürmüşdü. Hər seçkidə olduğu kimi «ABŞ gəlib Azərbaycanda hakimiyyəti dəyişəcək» ovqatı mövcud deyildi. Əksinə, Azərbaycanın müxalifət liderləri dünənə qədər söydükləri Kremli bir partnyor kimi görməə başlamışdılar. Hər halda, Rüstəm İbrahimbəyovun vətəndaşlığı ilə bağlı problemin həlli ilə əlaqədar Rusiyanın prezidenti Vladimir Putinə ünvanlanan müraciətdə tək maraq Milli Şuranın o zamankı vahid namizədinin vətəndaşlıq əngəlinin aradan qaldırılmasından ibarət deyildi. Eyni zamanda Azərbaycan müxalifəti ilk dəfə olaraq Kremlə müştərək müstəvidə oynamağa maraqlı görünürdü.
Amma təbii ki, ruslar Azərbaycanda çətin olanı yox, daha asanını seçdilər. Rəsmi Bakı ilə anlaşma çıxış yolu idi. Və bu zaman Azərbaycan müxalifəti Rusiyanın əlində yalnız rəsmi Bakının Kremlə danışıq masasına oturdulmasına qədər istifadə üçün bir alət rolunu oynaya bildi. Digər mərhələdə Kreml Azərbaycan müxalifətindən imtina etdi.
Və bunun ardından müxalifət yenidən Qərbin yanına qayıtma kursu götürdü. Amma bu zaman tərəflər arasındakı ənənəvi səmimiyyətin olmaması diqqətçəkici idi. Hətta Obamanın İlham Əliyevin qələbəsi münasibətilə təbrikini gecikdirməsi, sonradan isə ikibaşlı təbrikdə bulunması belə müxalifət üçün siyasi material rolunu oynaya bilmədi. Çünki vəziyyət kifayət qədər dəyişmişdi. Sanki Qərbə xəyanət etdiyini anlayırmış kimi davranan müxalifət Amerika qarışıq, bir neçə Avropa ölkəsinin «təbrik təzyiqindən» yetərincə istifadə edə bilmədi. Yəni son nəticədə İlham Əliyevin qələbəsi tanındı. Hətta müxalifətin özü tərəfindən də.
Buna isə nail olan tərəf hakimiyyət idi. Və bu zaman Qərb öz istədiyini net şəkildə bəyan etdi. Kadr islahatları və özü də fundamentalından. Amma rəsmi Bakı artıq Qərbin naz-qəmzəsini çəkəcək halda olmadığını və əlində yetərincə manevr imkanlarının olduğunu nümayiş etdirməyə başladı. Təsəvvür edin, seçkilərə qədər Azərbaycan hakimiyyəti sıxılır, seçkilərdən sonra Azərbaycan hakimiyyətini sıxan qüvvələr rəsmi Bakı üçün manevr meydançasına çevrilir. Yəni artıq YAP iqtidarı bütün tərəflərə öz şərtlərini diqtə etmə mərhələsinə qədər irəliləyə bili rvə bu zaman kimdən daha çox nəsə qopara biləcəyi məntiqi ilə seçimini edir».
Mənbəmiz bu arada maraqlı bir faktı da açılayır: «Prezident seçkilərində proseslərdən artıq dışlandığını anlayan Obama administrasiyası rəsmi Bakı qarşısında ağır şərtlər səsləndirir. Onlar Azərbaycan hakimiyyətinə konkret siyahı təqdim edir və adları siyahıda yer alan məmurların istefaya göndərilməsini tələb edirlər. Amma rəsmi Bakı buna əməl etmir».
Onu da bildirək ki, həmin siyahı ilə bağlı redaksiyamızda müəyyən bilgilər var. Yaxın vaxtlarda araşdırmalarımızın ardından həmin məmurların kimliyi ilə bağlı əlavə bilgiləri də diqqətinizə təqdim edəcəyik. Bu arada məlumatı verən qaynaq iddia edir ki, artıq yerini kifayət qədər möhkəmləndirə bilmiş Azərbayca hakimiyyəti Qərbin təzyiqləri fonunda ifadə etdiyi təklifləri qulaqardına vurduqdan sonra, yeni bir mərhələ start götürüb: «Artıq tərəflər belə bir təklif formatlı tələbin səsləndirildiyini də unudurmuş kimi davranırlar».
Davamı var… Bizi izləyin…

Fəxri QAYALI
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hakimiyyət çox ciddi dəyişikliklərə gedir

    Hakimiyyət çox ciddi dəyişikliklərə gedir ...

    11-12-2013, 18:05

  • 
  • YAP da Ramiz Mehdiyevə qarşı çıxır

    YAP da Ramiz Mehdiyevə qarşı çıxır ...

    26-12-2012, 12:19

  • 
  • Kreml ölkəmizin iç siyasətində

    Kreml ölkəmizin iç siyasətində ...

    14-12-2012, 12:29

  • 
  • Şok gəlişmə: İqtidar daxilində yeni silkələnmə vədi

    Şok gəlişmə: İqtidar daxilində yeni silkələnmə ...

    28-11-2013, 20:25

  • 
  • FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI

    FAZİL MƏMMƏDOVUN PREZİDENTƏ QARŞI ŞOK TƏXRİBATI ...

    14-10-2013, 09:42


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu