GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Türkiyəni silkələyən istintaq Azərbaycana keçir

Türkiyəni silkələyən istintaq Azərbaycana keçir

Tarix: 20-12-2013, 16:26 Bölmə :Manşet Baxış: 1 088
Türkiyəni silkələyən istintaq Azərbaycana keçir
Ərdoğanın belə aciz qaldığı əməliyyat tədbirləri Sədərəkdən Bakıya qədər uzana bilər

Tam o zamana təsadüf etdi ki, Azərbaycanda çox əhəmiyyətli qaz sazişi imzalandı. «Şahdəniz-2» layihəsi üzrə müqavilə Avropanın Rusiyadan qaz asılılığını ortadan qaldıra bilən əsas strateji proje olaraq görüldü. Və bu projenin yürüməsində daha çox təsiri olan dövlətlərdən biri də Türkiyə, indiki AKP iqtidarı və Ərdoğan oldu.
Amma müqavilə imzalanar imzalanmaz, Türkiyədə dekabrın 17-i gecə saatlarından etibarən böyük bir skandal yaşanmağa başladı. Dövlətin təpəsindən milyonlarla rüşvət faktları fırtına kimi gündəmi zəbt etdi. Azərbaycan mediası da Türkiyədə baş verən bu hələ də davam edən «Yolsuzluq əməliyyatı» nı diqqətlə izləməkdədir. Türkiyədə bu əməliyyat sürdülərkən daha çox diqqəti çəkən məqam Ərdoğanla Gülən camaatı arasında gedən savaş olaraq təqdim edilməyə başlandı. Çünki cəmi 2 həftə öncə elə bizim yerli mediada da yazılar yazıldı ki, Bakıda belə Ərdoğana məxsus olan «Nurçu»ların dərsanələri bağlanılır. Türkiyə Milli Təhlükəsizlik Şurasının gizli bildirişlərinin Bakıya da çatdığı söylənildi.
İndi isə olduqca mötəbər olan bilgilər əldə etmişik. Bu bilgilərə görə, artıq «Cağ» Öyrətim Bakıdakı bütün təhsil ocaqlarını SOCAR-a sataraq ölkəni tərk etməyə hazırlaşır. Bu məlumatı verən mənbələr iddia edirlər ki, hətta AKP iqtidarına yaxınlığı ilə seçilən və illərdir ki, Bakıda fəaliyyət göstərən Qafqaz Universitet idə SOCAR-la müvafiq anlaşma əldə edib. Lakin hələlik hissələrin satışı barədə dolğun informasiyalar əldə etmək mümkün deyil. Bundan başqa Bakıda «nurçu»lara məxsus olduğu iddia edilən bir çox özəl səhiyyə obyektlərinin də satışa çıxarıldığı söylənilir.

Bu arada Türkiyədə başlanan əməliyyatın əsas qəhrəmanlarından biri olan iş adamı Rza Zərrabın Bakıdakı biznes şəbəkələri ilə bağlı da kifayət qədər ilginc bilgilər əldə etmişik. Məlumatlara əsasən R.Zərrab əsasən İranla əlaqədə olan mühim bir iş adamlarından biridir. Onun Azərbaycan üzərindən də çirkli pulların yuyulmasında iştirak etdiyi barədə bilgilər var. İnformasiyalar əsasən bir qədər əvvəl Azərbaycanda İranın çirkli pullarının uyulmasına dair iddiaları, «Texnikabank», «Royalbank» və hətta «Bank of Baku»nun belə adları çəkilirdi. Bu bankların məhz İrandan daşınan pulların realizə edilməsi istiqamətində çəkilirdi. Ötən ilin ortalarında isə «Vikileaks» saytında İranın Azərbaycan üzərindən, Azərbaycan bankları vasitəsilə çirkli pulları uymasına dair informasiyalar yer alırdı.
Bu prosseslərdən sonra isə ortaya kifayət qədər ilginc bilgilər çıxmağa başladı. Məlum oldu ki, əslində «Texnikabank»ın prezidenti Etibar Əliyevin həbs edilməsində, bankda hüquq-mühafizə orqanlarının əməkdaşlarının apardıqları əməliyyat nəticəsində çox ciddi pozuntular ortaya çıxmışdı. Maraqlıdır ki, «Texnikabank» olayları zamanı məlum oldu ki, əslində Etibar Əliyevin həbs edilməsində sifarişçi olanlar arasında hətta Türkiyə prezidenti Ərdoğan da var. Kifayət qədər maraqlı versiyalardan biri isə o idi ki, «Texnikabank» olayı Gürcüstanın sabiq prezidenti Mixail Saakaşvili ilə də bağlı idi.

İndi isə qayıdaq Türkiyədə baş verən həbslərə. Türkiyədə baş verən böhranlı durumun əslində guya Fətulla Gülən tərəfindən həyata keçirildiyi iddia olunur. Məntiqlə F.Gülənlə Ərdoğan arasında yaşanan qalmaqalın sonucu olaraq belə bir qənaətə gəlmək mümkün idi. Lakin ortada olan iddialar bir daha onu göstərir ki, əslində Ərdoğan Türkiyənin dövlət quruluşun tam dəyişmək iddiasındadır. Və bu iddialarının da bədəlini ödəyir. Məhz «Ergenekon» əməliyyatları zamanı Ərdoğan ordunun NATO ilə uzun illik bağlarını qırmaq üçün fəaliyyətə keçmşidi. Bu prosses yekunlaşdıqdan sonra Ərdoğan regionda İsrailə qarşı açıq təhdid dili ilə danışmağa başladı. İndi isə AKP-li baş nazir çalışır ki, ABŞ-la olan ilişgiləri də təmamilə ortadan qaldırsın. Əlbəttə ki, il kişi də «Gülən camaatı»nın şəbəkəsini çökdürməyə cəhd idi. Bədəlini isə kifayət qədər ağır ödəməli oldu.

Türkiyə ilə İran arasında gizli və böyük pul əlaqələrinə dair informasiyaları ortaya atan güc ABŞ-dan qaynaqlanır. Artıq bu iddia olan kifayət qədər türk mediası var. ABŞ-ın İranla münasibətlərinin yaxşılaşmaya doğru başladığı bir zamanda Türkiyənin müstəvidən çıxarılması prossesi artıq start götürüb. Türkiyə Misirdə, Livanda, Suriyada təşəbbüsü əldən verdikdən sonra indi ən yaxın qonşusu olan İranla da ilişgilərindən məhrum ediləək. Bu barədə redaksiyamıza daxil olan mötəbər bilgilərə görə, Ərdoğanın regionun hegemonluğu uğrunda başlatdığı layihəsini durdurmaq istəyənlər artıq konkret olaraq fəaliyyətə başlayıblar.

Əgər Ərdoğan iqtidarı yıxılsa, bu prosseslərdən heç şübhəsiz ki, Azərbaycan da əziyyət çəkəcək. Daha dəqiq ifadə etsək Türkiyə ilə bu və ya digər şəkildə açıq və gizli biznes əlaqələri olan məmurların da sıradan çıxacağı gözləniləndir. Yeni iqtidar olacaq siyasi qüvvənin Azərbaycanla bağlı münasibətlərində fundamental olaraq hansısa dəyişikliklər baş verməyə bilər. Lakin əsas strateji addımlarda köhnə qərarların və icranın təftişi mütləq aparılacaq. Bununla da nəticə etibarilə Azərbaycan qaranlıq əlaqələrinə görə yenidən Ərdoğan düzəltmək gücündə olmadığından əziyyət çəkəcək.

İndi Türkiyədə həm də son olayların qəhrəmanı olan Rza Zərrabı Azərbaycanda bir müğənni xanımla evli olmasına görə tanıyırlar. R.Zərrab məşhur sənətçi Ebru Gündeşdən əvvəl «Azəri qızı» Günellə yaşayırdı. Lakin gözlənilmədən bu münasibətlərə son qoyuldu. Bundan sonra isə medianın şou-biznes bölümünü məhz Rza Zərrab adlı birisi zəbt etdi. Lakin bu ilişgilərin sıradan bir ilişgi olmadığı, ayrılma və Ebru Gündeşlə əlaqələrə dair ortaya kifayət qədər mötəbər dəlillər çıxa bilər. İddialara əsasən indi əsas əməliyyat suçlusu olan Rza Zərrab əslində AKP iqtidarının mühim dayaqlarından biri olub. ABŞ-ın hədəfinə keçməsinə səbəb isə məhz onun sıradan çıxarılması ilə bağlı ola bilər. Məsələ burasındadır ki, bu gün Türkiyədə AKP iqtidarının artıq 4 mühim post sahibi olan naziri hədəfə alınıb. Nazirlər oğulları həbsə alınıb. Hətta dünən gecə saatlarında baş nazir Ərdoğanın qardaşının gizli seks görüntüləri belə sosial mediayaya çıxıb. Ardından isə türk mətbuatı «bu hələ harasıdır, daha 40 kasset var» mesajını tirajlayıb. Bu kassetlər arasında birbaşa olaraq Azərbaycana dəyə biləcək ziyanların olub-olmaması da hələlik sual doğurur.

Lakin fakt faktlığında qalır ki, bu prossesi başladan ABŞ-dır və Ərdoğanı sıradan çıxarmaq üçün böyük bir proje həyata keçirilir. Xatırlada bilərik ki, cəmi 2 həftə əvvəl Ərdoğanın əsas rəqibi olan Cümhuriyyət Xalq Partiyasının başqanı Kamal Kılıçdaroğlu ABŞ-a səfər etmişdi. O ABŞ-da çox mühim rəsmi görüşlər keçirmiş və sonuc olaraq da Fətulla Gülənlə şam yeməyi masasına oturmuşdu.
Təbii ki, burada təsadüfi heç bir məqam yoxdur. CHP başqanı durumdan xəbərdar idi. Və ona bəlliydi ki, Vaşinqton artıq Ərdoğanla yollarını ayırmaq qərarına gəlib. Məhz Türkiyəni idarə edə biləcək ikinci qüvvəni ABŞ-a dəvət etməklə bu qədər yüksək səviyyədə görüşün təşkil edilməsi ərdoğana bir siyasi xəbərdarlıq idi.

Bu məqamda isə CHP iqtidarbaşına ggələrsə, Azərbaycan iqtidarı ilə ilişgilər əvvəlki müstəvidə davam edəcəkmi sualı ortaya çıxır. Təbii ki, yuxarıda qeyd etdiyimiz kimi əsas strateji qonşuluq və qardaşlıq əlaqələri dəyişməyəcək. Lakin köhnə qaranlıq projelər, Ərdoğanın bu gün çox ağır rüşvət qalmaqalında adları keçən hökumət üzvlərinin fəaliyyəti də kifayət qədər diqqəti çəkir.

Və nəhayət ən mühimm məqam budur: Ebru Gündəşlə evlənəndən sonra bütün Türkiyədə tanınan və məşhurlaşan Rza Zərrab azərbaycanlı ailənin övladıdır. 1984-cü ildə Bakıda anadan olub. Zəngin ailənin övladı olduğu üçün kiçik yaşlarından etibarən ticarəti mənsimsəyib və öyrəndiyi qabiliyyətlərlə ailəsinin sərvətinə sərvət qatıb.Rza Zərrab daha çox qızıl alverində püxtələşib. O, neft nəqli biznesi, daş-qaş alveri kimi gəlirli sahələrə girib və qısa zamanda milyarderə çevrilib. Rza Zərrabın sürətlə varlanmasının sirlərindən biri də onun qızıl bazarını çox yaxşı bilməsi və bütün yatırımlarını qızılla etməsi ilə bağlıdır.
Bəzi məlumatlara görə, Rza Zərrabın atası hələ də Bakıda yaşayır və Azərbaycanda bizneslə məşğuldur. Lakin mətbuatla heç vaxt təmasda olmur.

Qeyd edək ki, Rza Zərrabın ailəsinin əslən İrandan olduğu məlumdur. Məlumatlara görə, Rza Zərrab və atası “Azersun Holdinq”lə neft nəqli biznesində ortaqdır, eyni zamanda Azərbaycan bazarına müxtəlif ərzaq mallarının idxalına da nəzarət edir… Bunlar türk mətbuatının təqdim etdiyi informasiyalardır.
Rza Zərrabın İstanbul Kalınca bölgəsində aparılan axtarışlar başa çatıb. Mülki geyimli polislər İran əsilli azərbaycanlı iş adamının evindən çemodanlarla dolu sənədlər aparıblar. Reza Zərrabın həmin villada həbs olunduğu bildirilir. Həmçinin Əli Ağaoğlunun sahibi olduğu “Ağaoğlu Group” şirkətinin baş ofisində də saatlarla davam edən axtarışlar yekunlaşıb. Ofisdən çantalarla dolu sənədlər, kompüterlər götürülüb.Digər məlumata görə saxlanılanlardan ətraf mühit nazirinin müşaviri Sadık Soylu AKP başqan müavini, Ərdoğanın yaxın adamlarından Süleyman Soylunun qohumudur.
Bu dosyedə «Azərsun» Holdinqin adının çəkilməsi də təsadüfi deyil. Türkiyəli iş adamlarının əslən azərbaycanlı olan R.Zərrabla əlaqələri olmamış deyil. Bu əlaqələrin də ən qısa zamanda araşdıralacağı barədə bilgilər var. Məlumatlara əsasən Ərdoğan iqtidarı ilə çox sıx əlaqələri olan «Azərsun» Holdinqin rəhbərliyi də istintaq nədəniylə sorğu-sual edilə bilər. Məsələ burasındadır ki, bu suallara artıq açar adam olaraq azərbaycanlı bir məmurun adı əlavə edilib. Söhbət Naxçıvan Muxtar Respublikasında Sədərək gömrük keçid məntəqəsinin sədrinin həbs edilməsindən gedir.Onun barəsində artıq İqdır məhkəməsi 3 aylıq həbs qəti-imkan tədbiri seçib. Deməli Türkiyəni silkələyən bu cinayət dosyesi Azərbaycana Sədərəkdən daxil olub artıq. Daha kimlərin bu istintaqa cəlb ediləcəyi isə prossesin hara qədər davam edəcəyi ilə bağlıdır. Görünən odur ki, «bu həbslərdən mənim xəbərim olmayıb» deyən Ərdoğan iqtidarı belə prossesi başladanların qarşısında acizdir. Deməli Azərbaycan iqtidarında da hətta nazirlər belə Türkiyədəki istintaqdan yayına bilməyəcəklər.

AZƏR

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Gülən camaatı” terrorçu elan olunacaq

    “Gülən camaatı” terrorçu elan olunacaq ...

    13-10-2014, 15:01

  • 
  • Türkiyədə üçüncü antirüşvət əməliyyatı

    Türkiyədə üçüncü antirüşvət əməliyyatı ...

    16-01-2014, 14:46

  • 
  • Əməliyyatların arxasında Gülən durur - Dünya mətbuatı

    Əməliyyatların arxasında Gülən durur - Dünya ...

    19-12-2013, 21:21

  • 
  • Ərdoğanın nurçularla savaşı davam edəcək

    Ərdoğanın nurçularla savaşı davam edəcək ...

    25-04-2014, 11:18

  • 
  • Nurçu məsələsinə görə Bakıya gəlir

    Nurçu məsələsinə görə Bakıya gəlir ...

    21-05-2014, 10:53


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (160)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu