Türkiyəni sarsıdan əməliyyatı xarici mətbuat “əməliyyatın arxasında Fətullah Gülən var” kimi qələmə verib.
“Tayms”:
“Polisin həyata keçirdiyi əməliyyatın Türkiyə siyasəti və biznes dünyasının ən üst təbəqəsinə çatması Ərdoğan ilə Gülən hərəkatı arasındakı böyüyən davanın məhsuludur. Gülən hökumətə düşmən kəsildi”.
“Nyu York Tayms”:
“Əməliyyatlar Baş nazir Ərdoğanı təhdid edir. Ərdoğan ilə Gülən hərəkatı bir vaxtlar Türkiyə siyasətini ordunun təsirindən qurtarmaq üçün siyasi ortaq idilər”.
“Vol Strit Jurnal”:
“Əməliyyat ölkədə şok dalğalar yaratdı. İqtisadi sabitliyin və investor etibarını təhdid edən bu reaksiyalara Ərdoğanın qarşılıq verməyi gözlənilir”.
“Qardian”:
“Basqınlar “Gəzi” hadisələrindən sonra Ərdoğanın avtoritarlığına ən böyük hücum kimi görünür”.
“Blomberq”:
“Gülən hərəkatı sistemli bir şəkildə dövlətə nəzarət edə bilmək üçün dövlət qurumlarına sızdığı deyilir”.
“Faynənşnl Tayms”:
“Başladılan qanunsuzluq istintaqının pərdəarxasında başda polis və məhkəmə olmaq üzrə Türkiyənin bir çox qurumuna sızan Fətullah Gülən hərəkatı arasında böyüyən böhran var”.
“Vaşinqton Post”:
“Ərdoğan ilə Gülən hərəkatı arasında gərginlik dərinləşir. Politoloqlara görə, bu əməliyyat Gülən hərəkatının Ərdoğan hökumətinin təhsil müəssisələrini bağlamaq cəhdinə bir cavab olaraq dəyərləndirilir”.
“BBC”:
“Politoloqlar bu istintaqın özəl təhsil müəssisələrinin bağlanmasından sonra gündəmə gələn Gülən hərəkatı ilə əlaqəli ola biləcəyini ifadə etdi”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?