GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Kür fəlakətində “Azərsun” maraqları...

Kür fəlakətində “Azərsun” maraqları...

Tarix: 26-12-2012, 12:09 Bölmə :Manşet Baxış: 1 106
Kür fəlakətində “Azərsun” maraqları...
Hakimiyyətin yuxarı eşalonunda təmsil olunan “kürd qruplaşması” nın təmsilçisi Abdulbari Gözəl daşqından necə bəhrələnib?

gundemxeber.az Ötən sayımızda 2010-cu il Kür daşqınlarının baş verməsində Meliorasiya və Su Təsərrüfatı ASC və onun rəhbəri Əhməd Əhmədzadənin məsuliyyəti haqqında yazmışdıq. Araşdırmalar göstərir ki, on minlərlə insanın zərər görməsi, dövlətə milyonlarla manat ziyan dəyməsi ilə nəticələnən sel daşqınları yalnız təbii fəlakət olmayıb. Bu hadisənin baş verməsində adı çəkilən qurumun və birbaşa Əhməd Əhmədzadənin öz vəzifə borcunu lazımınca yerinə yetirməməsi, bir qədər də konkretləşdirsək 2004-2010-cu illər ərzində dövlət büdcəsindən Azərbaycanda su təsərrüfatı sisteminin idarə olunması, sahil bərkitmə və bəndvurma işlərinin həyata keçirilməsi üçün ayrılan bir milyard manatdan artıq vəsaitin təyinatı üzrə xərclənməyərək şəxsi mənimsəmə qurbanı olması böyük rol oynayıb.

Əhmədzadənin daha bir cinayəti-sel qəsdən törədilib
Mövzu ilə bağlı apardığımız araşdırmalar ortaya yeni və dəhşətli faktlar çıxarıb. Baş vermiş fəlakətin məmur özbaşınalığının nəticəsi olması bir yana, sonradan bu fəlakətdən biznes maraqları üçün istifadə edilməsi də mövcuddur. Düşünmək olar ki, 2010- cu il fəlakəti əvvəlcədən düşünlmüş şəkildə bir sıra məmurlar və mafioz qüvvələr tərəfindən məqsədli şəkildə törədilib. Daşqınların daha çox təsirinə məruz qalmış Sabirabadın Əsgərbəyli kəndi Kür çayının deyil, Mingəçevir Su Anbarından yüksək səviyyədə buraxılan su kütləsinin təsirinə məruz qalıb. Əgər daşqınlar hökümətin iddia etdiyi kimi dağlarda qarın əriməsi, aramsız yağan yağış suları hesabına əmələ gəlsəydi o zaman “sel suları” bulanıq, bir az da daş kəsəkli, hətta palçıqlı olmalı idi. 2010- cu ilin daşqınları isə göz yaşı kimi dup- duru göl suları idi ki, bu da Mingəçevirdən açılıb buraxılan Anbar suyu idi. Digər sübut odur ki, necə ola bilir ki, 2010- cu ilin yazında Kür çayının keçib gəldiyi qonşu Gürcüstan və Türkiyədə heç bir daşqın- filan olmur, amma Azərbaycanda olur? Özü də maraqlıdır ki, bu daşqınlar Kür çayının Azərbaycanda olan Qazax, Ağstafa, Tovuz, Şəmkir bölgəsində deyil, Mingəçevir Su Anbarından sonra- Ucar, Zərdab, Kürdəmir bölgəsində meydana gəlməyə başlayıb. Bunlar onu göstərir ki, 2010- cu ilin daşqınları Mingəçevir Su Anbarından açılıb buraxılan böyük həcmdə süni su kütləsi hesabına baş verib. Daşqınlar zamanı su səviyyəsi artan Kür çayı və Sarısı gölü aidiyyatı qurumlar və məmurların göstərişi ilə başqa yerdən deyil, Sabirabad ərazisindən bir neçə yerdən yarılaraq münbit torpaqlar, əkin- biçin, maldarlıq üçün geniş yararlı ərazilərə ötürülüb və insanlar zorla həmin ərazilərdən çıxarılıb. Yeri gəlmişkən onu da qeyd edək ki, Sarısı gölü zəngin balıq ehtiyyatı, göl ətrafı ərazilər isə meşəçilik, çöl quşları, xəz dərili heyvanlarla və münbit torpaqlarla zəngindir.
Azərbaycana qarşı müdhiş plan - Aran bölgəsinə kürd köçü

Baş verənlərin təhlili onu göstərir ki, 2010- cu ilin daşqınları süni şəkildə törədilib və məqsəd Sarısı gölü, Suqovuşanı deyilən böyük bir münbit Kür ətrafı torpaqları ələ keçirib yerli sakinləri ordan köçürsün. Gəzən söhbətlərə görə məqsəd kürd ailələrinin həmin ərazilərə gətirib yerləşdirilməsi olub. İlkin plana görə seldən zərər çəkən əhali Zəngənə deyilən, ilan mələşən düzə köçürülməli imiş. Hətta adamlarla həmin ərəfədə görüşən yüksək səviyyəli bir neçə dövlət məmuru da çox əminliklə bildirirdi ki, onlar üçün Zəngənədə müasir tələblərə cavab verən şəhərcik salınacaq və bütün insanlar yeni, hər cür şəraiti olan evlərlə təmin ediləcək. Lakin 24 iyun 2010- cu ildə “köçürmə siyasəti”- nə qarşı Sabirabadda keçirilən izdihamlı etiraz mitinqindən sonra bu plan yarımçıq qaldı. Maraqlıdır ki, Zəngənədə müasir tələblərə cavab verən evlər tikmək, bütünlükdə isə yeni şəhərcik salmaq istəyi sonradan insanların dədə-baba yurdlarında reallaşdırılmadı.

Arazın yeni qolu – zərurət, yoxsa biznes maraqları
Əhalinin başqa bir əraziyə köçürülməsi alınmadıqda Arazın yeni qolunun açılması ortaya atıldı ki, bu da zərurətdən deyil, bir sıra iş adamlarının və onları himayə edən dövlət məmurlarınının biznes maraqlarından irəli gəlirdi. Konkret olaraq yeni qolun aşağı hissəsində son illər Azərsun Holdinq Şirkətlər Qrupuna məxsus geniş ərazilər var ki, şirkət burda əkin- biçinlə məşğuldur. Şirkətin rəhbəri isə hakimiyyətin yuxarı eşalonunda təmsil olunan “kürd qruplaşması” ilə sıcaq əlaqələrə malik kürd əsilli Abdulbari Gözəldir. Maraqlıdır ki, Arazın yeni qolu açılarkən ərazidə olan torpaqlar zəbt olunmuş, orda fəaliyyət göstərən, maldarlıq və əkinçiliklə məğul olan sahibkarlar, fermerlər zorla ərazidən çıxarılıb. Fermerləri ərazidən çıxarmaq üçün bəzilərinin əkin- biçini Arazın yeni qolunun qurbanı olub. Bəzilərinin təsərrüfatı yeni qolun tapdağında və süni “sel sularının” altında qalıb. Yüzlərlə hektar çuğundur, taxıl və yonca sahələri Arazın yeni qolunun “sel suları” altında qalaraq bilərəkdən, şüurlu şəkildə məhv edildi
“Azərsun” şirkətinin adının çəkilməsini istəməyən əməkdaşının bizimlə söhbəti zamanı bildirdiyinə görə şirkətin həmin ərazidə 3500 hektardan artıq torpaq sahələri var ki, bu ərazilərdə geniş əkin- biçin işləri aparılır və daha çox həmin ərazidə bostan və tərəvəz məhsulları yetişdirilir. Becərilən məhsulların bir hissəsi şirkətə məxsus zavodlarda konservləşdirilir. Şirkət əkin sahələrini hələ ki, təbii üsulla deyil, su nasosları vasitəsi ilə suvarır ki, bu da onlara böyük izafi elektrik enerjisi və ya vəsait itkisi hesabına başa gəlir. Şirkət əməkdaşının bildirdiyinə görə yaxın gələcəkdə əkin sahələrinin genişləndiriləcəyi və suvarma üçün Arazın yeni qolundan istifadə ediləcəyi nəzərdə tutulur.
Araz yerində qaldı, milyonlarsa ciblərə axdı
Diqqət çəkən başqa bir məqam ondan ibarətdir ki, təkcə Arazın yeni qolunun açılması üçün 2010- cu ildə dövlət büdcəsindən 20 milyon manat vəsait ayrıldı və bu vəsait bir neçə ayın içində “pay- püşt” edildi. İmişli və Biləsuvar ərazində lazımsız 2 körpü də tikildi ki, guya Araz çayı yeni qolu ilə axaraq həmin körpülərin altından keçib Xəzər dənizinə töküləcək. Arazın yeni qolunun açılması zərurətini əsaslandıran başda Hüseynqulu Bağırov (Ekologiya və Təbii Sərvətlər naziri- red.), Torpaq Komitəsinin sədri Qərib Məmmədov, Əhməd Əhmədzadə, Abdulbarı Gözəl və s. olmaqla onları dəstəkləyən hakimiyyət məmurları bu fikri onunla əsaslandırırdılar ki, guya hazırda inşa olunan Arazın yeni qolu təxminən bir əsr öncə mövcud olmuş adı çəkilən çayın əski yatağı olub. O zaman bir çox alimlər və müstəqil ekoloqlar hakimiyyətin bu addımına kəskin etirazlarını bildirdilər.
Xatırlayırsınızsa həmin ərəfədə ümumiyyətlə Arazda suyun səviyyəsi çox aşağı idi. Hətta çay ətrafında yaşayan insanlar əkinlərini suvarmağa su tapmaqda çətinlik çəkirdilər. Yalan ayaq tutub yerimədiyi kimi milyonların sərf olunmasına baxmayaraq Arazın yeni qolundan da çay axmadı. Amma bu iş üçün ayrılan milyon manatlar yuxarıda qeyd olunan məmurlara və onların hakimiyyət havadarlarının cibinə “axdı”...
Əldə etdiyimiz başqa bir məlumata görə Arazın yeni qolunun açılmasında maraqlı olan qüvvələr, o cümlədən hakimiyyətin yuxarı eşalonunda təmsil olunan “Kürd qruplaşması” “Azərsun” şirkətinin İmişli – Biləsuvarda ələ keçirdikləri minlərlə hektar ərazilərini suvarmaq, bölgədə maldarlıq və əkinçilik planlarını genişləndirmək, eyni zamanda ölkənin “Ərzaq proqramı”- nın yerinə yetirilməsi məqsədilə həmin ərazilərdə salınacaq böyük buğda tarlalarına sahib olmaq üçün yeni planlar üzərində işləyirlər. Bu barədə növbəti yazımızda tanış ola bilərsiniz. Bizi izləyin.
P. S. Yazıda adları keçən şəxsləri və qarşı tərəfləri dinləməyə hazırıq. Araşdırmalarımız davam edir.
Şamil Əlibəyli
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Kür fəlakətində “Azərsun” maraqları...

    Kür fəlakətində “Azərsun” maraqları... ...

    26-12-2012, 12:29

  • 
  • Əhməd Əhmədzadənin Kür cinayəti

    Əhməd Əhmədzadənin Kür cinayəti ...

    25-12-2012, 12:03

  • 
  • Əhməd Əhmədzadənin Kür cinayəti

    Əhməd Əhmədzadənin Kür cinayəti ...

    25-12-2012, 13:17

  • 
  • Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi

    Əhməd Əhmədzadənin köhnə cinayət qovluğu təzələndi ...

    6-12-2012, 13:39

  • 
  • Əhməd Əhmədzadəni 12 il həbs cəzası gözləyir

    Əhməd Əhmədzadəni 12 il həbs cəzası gözləyir ...

    28-12-2012, 11:49


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu