Uzun illər Rusiya və Azərbaycan arasında qalmaqala səbəb olan kənd kürdləşdirildi: bu gün açılış olacaq
“Gündəm xəbər” qəzetinin redaksiyasına Xaçmaz rayonunun Xraxoba kəndi ilə bağlı şok informasiya daxil olub. Daxil olan məlumatda bildirilir ki, son zamanlara qədər Rusiya vətəndaşlarının yaşadığı və anklav ərazi sayılan Xaçmazın Xraxoba kəndinə kütləvi şəkildə kürd ailələri yerləşdirilib. Məlumat üçün bildirək ki, Xraxoba kəndi 1954-cü ildə SSRİ Nazirlər Kabinetinin qərarıyla müvəqqəti olaraq Dağıstanın nəzarətinə verilib. 1984-cü ildə isə Azərbaycan SSR Nazirlər Kabineti icarə müddətini 2004-cü ilə qədər uzadıb. 6 il ərzində həllini tapmayan bu məsələ 2010-cu ilin sentyabrında Azərbaycan prezidenti İlham Əliyevlə Rusiya prezidenti Dmitri Medvedev arasında keçirilən görüşdə çözülüb və adıçəkilən kəndlər Azərbaycanın ərazisi kimi qəbul edilib. Bundan sonra Azərbaycan Respublikası Milli Məslisinin qərarı ilə Xraxobanın adı dəyişdirilərək Palıdlı olub. Bütün bu dəyişikliklərdən sonar isə həmin kənddə yaşayan Rusiya vətəndaşları tədricən buranı tərk etməyə başlayıb. Əldə etdiyimiz məlumatda isə boşalmış həmin kəndə kütləvi şəkildə kürdlərin yerləşdirildiyi qeyd olunur. Məlumata görə, bu gün kürdlərin Palıdlıda məskunlaşması qeyd olunacaq və necə deyərlər, kəndin açılış mərasimi təşkil ediləcək. Dövlət Sərhəd Xidmətinin rəisi, general Elçin Quliyevin də həmin tədbirlərə qatılacağı gözlənilir.
Məlumat üçün bildirək ki, Xraxoba, indiki Palıdlı kəndi yaşıllıqlar içərisindədir. Yalnız bu kəndə yaxınlaşanda buranın yaşayış yeri olduğunu görmək olur. “Gündəm xəbər
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?