GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Putin-Əliyev görüşü ərəfəsində Moskva-Bakı taktiki savaşı

Putin-Əliyev görüşü ərəfəsində Moskva-Bakı taktiki savaşı

Tarix: 1-08-2013, 17:26 Bölmə :Siyasət Baxış: 722
Putin-Əliyev görüşü ərəfəsində Moskva-Bakı taktiki savaşı
Rusiya Azərbaycanla sərhədlərin demarkasiyasını təxirə sala biləcəyinə işarə edir, rəsmi Bakının isə MDB Gömrük İttifaqına qarşı alternativi var

Rusiya prezidenti Vladimir Putinin Bakıya yaxın günlərdə baş tutacaq səfəri ərəfəsində Moskva ilə Bakı arasında üstüörtülü şəkildə taktika savaşı gedir. Səfər ərəfəsində Rusiya Federal Ləzgi Milli-Mədəni Muxtariyyətinin rəhbəri, neçə vaxtdır Azərbaycana qarşı separatçı fəaliyyətlə məşğul olan Arif Kərimov sərhədlərin delimitasiyası və demarkasiyasına dair Azərbaycan-Rusiya hökumətlərarası komissiyasının rusiyalı həmsədri, XİN-in baş maşviri Vadim Postnovla görüşüb.

Virtualaz.org-un rus qaynaqlarına istinadən verdiyi xəbərə görə, ləzgi təşkilatının saytının bu günlərdə yaydığı xəbərdə deyilirdi ki, görüşdə Azərbaycanla Rusiya arasında sərhəd razılaşmasının Dağıstanda yaratdığı problemlər müzakirə olunub.

“Görüşdə diplomat razılaşıb ki, delimitasiya razılaşması nəticəsində Dağıstandan keçən sərhəd xəttinin dəyişməsi, nəticədə Xraxoba və Uryanoba kəndlərinin Azərbaycanın tərkibində qalması, o cümlədən demarkasiya razılaşmasına uyğun olaraq Dağıstanın 2 min hektarlıq dağotlaq sahəsinin Azərbaycana verilməsi muxtar respublikada vəziyyəti gərginləşdirə bilər” - deyə ləzgi təşkilatı bildirir.

Xəbərə görə, V.Postnov bu problemin vəziyyəti daha yaxşı bilən Dağıstan rəsmilərinin danışıqlara cəlb olunmaması nəticəsində yarandığını təsdiq edib.

Qeyd edək ki, Rusiya ilə Azərbaycan arasında sərhədlərin delimitasiyasına dair razılaşma 2011-ci ildə imzalanıb və artıq ratifikasiya edilib. Bu razılaşma o zamankı prezident Dmitri Medvedyev tərəfindən imzalanmış və Xaçmaz rayonu ərazisində yerləşən anklav Rusiya ərazisi olan iki kənd Azərbaycanın tərkibinə verilmişdi. Bu razılaşma Dağıstanda narazılıq doğurub. Lakin razılaşma ratifikasiya olunduğundan onu dəyişdirmək mümkün deyil.

Bəs Rusiya XİN-in delimitasiya və demarkasiya danışıqlarına rəhbərlik edən rəsmisi ləzgi təşkilatının rəhbərini niyə məhz indi qəbul edir və bildirir ki, razılaşma Dağıstana problem yarada bilər?

Belə görünür ki, Rusiya tərəfi artıq hüquqi qüvvəyə minmiş dövlətlərarası razılaşmanın həyata keçirilməsini ləngidə biləcəyinə eyham edir və bununla rəsmi Bakıya təzyiq göstərməyə çalışır.

Xəbər verdiyimiz kimi, Bakıda prezidentlər Vladimir Putin və İlham Əliyev arasında keçiriləcək danışıqlarda Azərbaycanın MDB Gömrük İttifaqına qoşulması ən kritik müzakirə mövzusu olacaq. İstisna deyil ki, Rusiya bu məsələdə güzəştə nail olmaq üçün “ləzgi kartı”ından istifadəyə eyham vurur.

Lakin Azərbaycan tərəfinin də öz taktiki gedişləri var. Putinin səfərindən dərhal sonra Bakıda Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının toplantısı keçiriləcək. Bu toplantıda türkdilli ölkələr arasında Gömrük İttifaqının yaradılması məsələsi müzakirəyə çıxarılacaq. Məlumatı jurnalistlərə bu günlərdə TürkPA-nın rəhbəri Ramil Həsənov vermişdi.

Yada salaq ki, türkdilli ölkələrin Gömrük İttifaqının yaradılması ideyası hələ 2010-cu ildən gündəmə gəlib. Bakı sammitində məsələ yüksək səviyyədə ilk dəfə müzakirəyə çıxarılacaq. Beləliklə, Rusiyanın Azərbaycanı MDB Gömrük İttifaqına çəkmək cəhdlərinə qarşı Bakının əlində mühüm “kozır” yaranır. Azərbaycan tərəfi nümayiş etdirir ki, MDB Gömrük İttifaqına qarşı alternativ azad ticarət zonası variantına malikdir və bunlardan hansının daha cəlbedici olduğunu araşdırmaq lazımdır. Beləliklə də rəsmi Bakı Putinin Avrasiya İttifaqı ideyasının əsasını təşkil edəcək birliyə qoşulmaq üçün vaxt uda bilər. Baxmayaraq ki, türkdilli ölkələrin Gömrük İttifaqı ideyası hələ real hesab edilmir. Ən azından belə ölkələrdən Qazaxıstan MDB Gömrük İttifaqını quranlardan biridir.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Putinin Bakıya gəlişi ərəfəsində şok həbslər

    Putinin Bakıya gəlişi ərəfəsində şok həbslər ...

    12-08-2013, 10:01

  • 
  • Putin Azərbaycanda ləzgilərin həbsindən danışmaq istəmədi

    Putin Azərbaycanda ləzgilərin həbsindən danışmaq ...

    9-09-2013, 15:54

  • 
  • Putin Xaçmazdan iki kəndi köçürmək üçün oktyabrın 1-dək vaxt verib

    Putin Xaçmazdan iki kəndi köçürmək üçün oktyabrın ...

    11-09-2013, 11:17

  • 
  • Ləzgi separatçısı niyə ailəvi təşəkkür etdi...

    Ləzgi separatçısı niyə ailəvi təşəkkür etdi... ...

    19-12-2013, 09:46

  • 
  • Əbiyevin ABŞ-da məxfi İran danışıqları

    Əbiyevin ABŞ-da məxfi İran danışıqları ...

    6-08-2013, 11:30


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu