GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Arxasında böyük güclərin dayandığı “Qara poçt” əməliyyatı

Arxasında böyük güclərin dayandığı “Qara poçt” əməliyyatı

Tarix: 23-12-2013, 17:48 Bölmə :Manşet Baxış: 1 763
Arxasında böyük güclərin dayandığı “Qara poçt” əməliyyatı
Yaxud, “Taksimotornı”dan Kremlə və...geriyə axan milyardların izi ilə...

Rusiyada miqrantlara qarşı mübarizə artsa da, statistik göstəricilər Rusiyadan Azərbaycana pul köçürmələrinin azalmadığını göstərir. Məsələn, 2013-cü ilin ilk yarısında şimal qonşumuzdan ölkəmizə pul köçürmələrinin gündəlik həcmi orta hesabla 1,8 milyon dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 26 faiz çoxdur. Rusiyadan Azərbaycana pul köçürmələri Anelik, BLIZKO, Coinstar Money Transfer, Contact, InterExpress, Migom, MoneyGram, PrivatMoney, UNIStream, Western Union, AziyaEkspress, ALLUR, Blits, Bıstraya Poçta, Quta Sprint, Zolotaya Korona, Lider sistemləri vasitəsilə həyata keçirilib.

Rusiyada yaşayan azərbaycanlı mühacirlərin pul köçürmələrinin Azərbaycanın Ümum Daxili Məhsulunun (ÜDM) 1%-ni təşkil etməsi haqda rəsmi məlumatlar bir o qədər inandırıcı deyil. Rəsmi məlumatın doğru olduğunu fərz etsək, bu rəqəmin ölkənin pul vəsaitlərinə ciddi təsirindən söhbət gedə bilməz. Çünki ÜDM-nin 1%-i təxminən 380-400 milyon manata yaxın vəsait deməkdi və bu vəsaiti adambaşına bölsək, çox cüzi məbləğ alınar. Lakin Rusiya mənbələri azərbaycanlı mühacirlərin öz ölkələrinə pul köçürmələrinin 2,5-3 milyard dollar, bəzən isə daha artıq olduğunu iddia edirlər. Əgər bu rəqəm dogrudusa, kifayət qədər böyükdü - Azərbaycanın ÜDM-nin 8-9 faizinə bərabər vəsait deməkdi.

Ekspertlər də Rusiyadan ölkəmizə gələn vəsaitlərin əhəmiyyətli hissəsinin nəğd, yəni köçürmə yolu ilə yox, insanlar tərəfindən fərdi olaraq gətirildiyini bildirir. Və bu məqam statistik hesablamalar aparmağı çətinləşdirən başlıca amillərdən biridi.
Lakin hər bir halda ölkəyə gələn pulların, hökumətin göstərdiyi rəsmi rəqəmlərdən daha artıq olması haqda formalaşmış fikir var. Bizim mənzil bazarında aparılan tədqiqatlar da göstərir ki, gələn vəsaitlərin xeyli hissəsi Rusiyadan gələn pullar hesabına təmin olunur. 90-cı illərin axırlarında Rusiyada böhran olanda Azərbaycanın mənzil bazarı da böhranla üzləşdi və məlum oldu ki, Rusiyadan kifayət qədər böyük həcmdə vəsait gəlir.

Amma bunlar məsələnin necə deyərlər görünən hissəsidir. Və təbii ki, Rusiyadan Azərbaycana gələn paralardır. Bunun əksi də var axı? Və burda söhbət hansısa bazarda alver edənin paralarından getmir. Söhbət çamadanlarla daşınan milyardlardan gedir. Məlumata görə, ölkədəki pul köçürmə əməliyyatlarını nəzarətə alan qruplaşmanın üsulunu bu sahədə "evrika" da adlandırmaq olar. Belə ki, xaricə pul köçürmək istəyən şəxs banka müraciət etdikdə, həmin pulun qarşı tərəfə çatdırılması üçün elə də problem yaradılmır. Sadəcə, müştərinin verdiyi pul bankın hesabına salınmır. Telefonla göndəriləcək ölkədəki adama xəbər verilir ki, filan nömrəli abonentə zəng edib ondan pulu ala bilər. Bu köçürmənin müqabilində isə tutulan bank faizi müəssisəyə gəlir kimi deyil, "perevod" mafiyasının cibinə daxil olur.

Bildirək ki, bəzi hallarda belə köçürmələrdən istifadə zamanı yanlışlıqlar və ya bağışlanmayan hallar meydana çıxır. Məsələn, hardasa iki il əvvəl keçmiş "Röyal Bank”ın Nəsimi filalının rəhbəri Cahanbəxş adlı Iran vətəndaşı tanıdığı adamların əli ilə naməlum pul köçürmələri edib. Bu barədə mətbuata verilən məlumatda qeyd olunurdu ki, həmin pulun bir qismi Özbəkistana, bir qismi İrana, digər qismi isə Türkiyəyə göndərilib. Hətta bu zaman belə bir iddia meydana çıxmışdı ki, göndərilən pullar ayrı-ayrı terror təşkilatlarının adamlarına çatdırılıb və bu köçürmə məqsədli şəkildə həyata keçirilib. Köçürmə zamanı əldə olunmuş gəlir isə banka deyil, məhz Cahanbəxş adlı şəxsə çatıb ki, bunun da adını tapmaq mümkün deyil.

Amma bu da son deyil. Məlumata görə, qeyri-qanuni pul köçürmələri ilə məşğul olan iki "möhtəşəm" şəxs var. Bunlardan biri Bahadur, digəri isə Ramin adlı şəxsdir. Bir müddət əvvələdək, bu adamların hər ikisinə Bakı Hava limanında əlahiddə koridor verilib. Onlar demək olar ki, hər gün limandakı xüsusi koridorla 4-5 milyon dollar pul çıxararaq Çin, Dubay, Rusiya, Türkiyə, İran istiqamətinə və əks tərəfə "köçürülürdü".
Köçürmə zamanı aeroporta xüsusi inkassator maşınları gəlir və pul maneəsiz onlara ötürülür, ordan isə hansı məntəqəyə lazımdır ora.

Bir qədər əvvəl Rusiya FSB-si 20 milyon dollar pul müsadirə edibmiş. Həmin pulun 5 milyonu isə Raminin olub. Burda bir məqama qayıtmaq istərdik. Azərbaycanda bu işə vaxtı ilə "Banditski Peterburq" filmidən özünə ləqəb verən Nefyodov ləqəbli bir şəxs başlayıb və Ramini özünə işçi tutub. Xeyli vaxtdan sonra pülköçürmənin mexanizmini əzbərləyərək Nefyodova xəyanət edən Ramin, bu mexanizmi Bahadura satıb. Bundan sonra Bahadurla birgə müstəqil fəaliyyətə başlayıb. Bunu bilən Nefyodov Ramini cəzalandıraraq onu 1 milyon dollar cərimə edib, Respublikanın nüfuzlu adamları bu işə qarışsa da onu bağışlamayıb və bildirib ki, Azərbaycanda bu biznesi o, açıb, Ramin isə ona xəyanət edib.

Bunlarla bağlı Bahadura şikayət edən Ramin ondan xahiş edib ki, Nefyodovla bağlı bir tədbir görsün. Bahadur ehtiyat tədbir kimi Milli Məclisin adını çəkmədiyimiz, amma bizə bəlli olan bir deputatı ilə görüşərərək ondan kömək istəyib. Çünki həmin deputatın Rusiyada mövqeləri kifayət qədər yüksək olub. Deputatın Rusiyadakı adamları "FSB"nin əli ilə Nefyodova böyük bir zərbə vururlar. Onun 20-ə yaxın işçiləri isə bu qurum tərəfindən həbs olunur.
Tədbir başa çatdıqdan sonra Bahadur hörmət olaraq həmin millət vəkilinə "Mersedes- Gelenvager" markalı maşın hədiyyə edib. Mənbənin dediyinə görə, bu avtomobilin dəyəri 200 min dollardır. Beləliklə, “pulköçürmə ustaları”nın Rusiyaya yolları açılıb. Bahadur isə öz rəqiblərinə qalib gəlib. Nefyodova vurduğu zərbədən sonra o, bütün əməliyyatları özü tək həyata keçirməyə nail olub.

Adı çəkilən şəxslərlə bağlı apardığımız son araşdırmalarda isə şok sayıla biləcək məlumat əldə etmişik. Belə ki, ölkədə qeyri-qanuni pul köçürməsi ilə məşğul olan Ramin Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadənin yaxın qohumu, işadamı Hacı Mazanın oğlu ilə ortaq fəaliyyət göstərir. Bu barədə redaksiyamıza məlumat verən qaynaq iddia edir ki, bu yaxınlardan Rusiya xüsusi xidmət orqanları Raminə və Hacı Mazanın oğluna məxsus 20 milyon dollar pulu ölkəyə qeyri-qanuni daxil edilərkən müsadirə ediblər.
Apardığımız araşdırma nəticəsində müəyyən etdik ki, qanunsuz pul köçürmələri ilə təkcə bu adamlar deyil, başqa bir millət vəkilinə yaxın fiziki şəxslər də məşğul olur. Mexanizm sadədir, yaxınlaşırsan həmin şəxsə, Moskvaya və ya Rusiyanın başqa bir şəhərinə pul göndərmək istədiyini deyirsən. Məbləğin və pulun kimə, nə üçün göndərildiyi o qədər də önəmli deyil. Sadəcə, sən məbləği verirsən həmin adama, o da telefonla zəng edib deyir ki, filankəsə bu qədər pul verin. Bunun üçün bankların istədiyindən dəfələrlə az komisyon haqqı tutulur ki, bu da əhalinin qanunsuz pul köçürmələrinə meylini artırır.

Bir sıra parametrlərinə görə, "Qara poçt" adı verilən bu əməliyyat əhaliyə sərf etsə də, dövlət üçün olduqca ziyanlıdır. Əvvəla, bu prosesin həyata keçirilməsi nəticəsində iri həcmdə vergidən yayınma halları baş verir ki, bu da dövlət büdcəsinə daxilolmaları azaldır. İkinci bir tərəfdən isə, ölkəyə daxil olan pullara nəzarət imkanı itir. Bundan da narkobaronlar, terroristlər və mütəşəkkil cinayətkar şəbəkələr məharətlə istifadə edə bilər. Azərbaycanda fiziki şəxslərin analoji fəaliyyətlə məşğul olması çox yayılıb. Bakının bir neçə yerində bu fəaliyyət təklif olunur. Məsələn, "Taksimatornu" deyilən əraziyə yaxın bir yerdə 5-6 nəfər oturub sərbəst bu işlə məşğul olur, Bakı aeroportunda isə bu işə 2 məlum şəxs baxır və orada onların bu fəaliyyətlə məşğul olması üçün "yaşıl işıq" yandırılır. Onlar təkcə "pul köçürmələri" ilə yox, həmçinin zinət əşyalarının ölkədən çıxarılması ilə də məşğuldur. Dəmiryol vağzalı ətrafında isə bu işlə bir dəstə məşğuldur. Sadalanan bu yerlərdən Rusiyaya və dünyanın bir sıra ölkələrinə hətta milyonlarla dollar həcmində ölçülən məbləğləri də göndərmək olar.

Əslində, bu böyük həcmdə olan maliyyə əməliyyatlarının nəzarətdən kənarda aparılması anlamına gəlir. Həm də bu əməliyyatlardan tutula biləcək vergilər dövlət büdcəsinə daxil olmur. Başqa bir tərəfdən isə, bu cür əməliyyatlar müxtəlif mənfi tendensiyalara yol açır. Bu üsuldan qanunsuz əməliyyatların maliyyələşməsində də istifadə edilə bilər. Bir sözlə, proses təhlükəlidir və bunu doğuran səbəb bizim üçün maraqlı olmalıdır. Mərkəzi Bankın açıqladığı hesabatlardan fərqli olaraq, biz görürük ki, əslində iri həcmdə olan pul kütləsi Mərkəzi Bankın nəzarətindən kənarda dövr edir.

Bir qədər əvvəl Vaşinqtonda qərarlaşan Global Financial İntegrity təşkilatı dünya ölkələrinin hər birindən çirkli yollarla axan kapitalı hesablayıb. Məlum olub ki, 2011-ci ildə inkişaf etməkdə olan 150 ölkədən qırağa ümumilikdə 1 trilyon dollara yaxın, yəni 946 milyard dollar pul axıb. Qiymətləndirməyə əsaslanan hesabata görə, 2007-ci ildə Azərbaycandan qırağa qanunsuz olaraq 8 milyard 539 milyon dollar pul çıxarılıb.
Bu, hesabatın əhatə etdiyi 2002-2011 –ci illər arası dövrdə Azərbaycan üçün illik rekorddur.

Bütün bunlar hələ Türkiyədə baş verən son olaylara qədər baş verənlərdir. Qardaş ölkədə isə istintaq gedir. Tutulanlardan ifadələr alınır. Ortada on milyardlarla dollar pul köçürmələrinin söhbəti var. Və aralıqda Azərbaycanın da adı hallanır. Bundan sonra daha nələrin ortaya çıxacağına isə bir azdan şahidi olacağıq.

Qoşqar
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 100
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Rusiyadan Azərbaycana 524 milyon dollar gəlib

    Rusiyadan Azərbaycana 524 milyon dollar gəlib ...

    12-11-2013, 11:21

  • 
  • Azərbaycana idxal olunan avtomobillərin sayı artıb

    Azərbaycana idxal olunan avtomobillərin sayı artıb ...

    3-01-2014, 01:00

  • 
  • Rusiyada dollar sürətlə bahalaşır

    Rusiyada dollar sürətlə bahalaşır ...

    28-12-2015, 20:47

  • 
  • Azərbaycana göndərilən pullar azalıb

    Azərbaycana göndərilən pullar azalıb ...

    24-02-2016, 15:50

  • 
  • Kremlin Azərbaycana qarşı təxribat planları

    Kremlin Azərbaycana qarşı təxribat planları ...

    17-05-2013, 03:37


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu