GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mahir Abdullayev olayında yeni təfərrüat

Mahir Abdullayev olayında yeni təfərrüat

Tarix: 26-12-2012, 12:20 Bölmə :Manşet Baxış: 747
Mahir Abdullayev olayında yeni təfərrüat
Elşad Abdullayevlə Arzu Kazımov arasında şok telefon danışığı “Gündəm xəbər”də

gundemxeber.az Ölkə gündəminin əsas mövzusu fəaliyyəti dayandırılmış ABU-nun rektoru Elşad Abdullayevin açıqlamaları və ictimaiyyətə təqdim etdiyi videogörüntülər olaraq qalır. Hazırda proseslər artıq Prezident Adminstrasiyasının rəhbəri Ramiz Mehdiyevə ittihamlar üzərində qurulub. Sabiq rektorun iddialarının əsasında isə qardaşı, MTN zabiti Mahir Abdullayevin oğurlanması durur. Hazırda bu işlə bağlı Müstəqil İstintaq Komissiyası yaradılıb və işdə adı hallandırılan şəxslərdən biri Arzu Kazımov həbs edilib.
Məlumat üçün bildirək ki, A.Kazımov “İnşaatservis-2002" şirkətinin təsisçisi və rəhbəridir. E.Abdullayev mediaya bildirib ki, A.Kazımov qardaşının qaytarılması müqabilində yüksək vəzifəli şəxslərə rüşvət vermək üçün ondan 3 milyon dollar alıb. O, qardaşı qaytarılmadığı üçün sonradan pulunu geri istəyib, amma A.Kazımov vəsaiti qaytarmayıb. Bunun müqabilində ona ev və torpaq sahəsi verib. Lakin E.Abdullayev pullarının qaytarılmasını tələb edir. Ortada olan faktlara rəğmən qarşı tərəf ittihamları qəbul etmir. A. Kazımovun vəkili mətbuata açıqlamasında bildirib ki, “Arzu Kazımova qarşı irəli sürülən ittiham və onun həbsi əsassızdır. Çünki nə Elşad Abdullayevin Arzu Kazımova qardaşının qaytarılması müqabilində pul verməsini, nə də Kazımovun bu pulları ondan Mahir Abdullayevin qaytarılması müqabilində aldığını sübut edən hər hansı sənəd və ya sübut yoxdur”. Onun sözlərinə görə, A.Kazımov pulları E.Abdullayevdən 30 faiz sələmə alıb və bunu təsdiq edən notariat sənədi var: «A.Kazımov pulu 1 il yarım müddətə tikinti işlərini davam etdirməsi üçün alıb və sənəddə təsdiq olunub. Lakin bir neçə aydan sonra E.Abdullayev pulunu tələb edib. A.Kazımov əvvəlcə Əhməd Cavad küçəsində tikdiyi evdə E.Abdullayevin hansısa vəzifəli şəxsə bağışlaması üçün 500 min manat qiymət qoyduqları 411 kv.metr mənzil verib. Bundan sonra isə A.Kazımov aldığı pulun qalanının müqabilində Suraxanıda, aeroport yolunun üstündə yerləşən, qardaşına məxsus 2 hektar 20 sot torpağı, oradakı ofis binası və şirkəti ilə birgə E.Abdullayevə verib. Tərəflər razılaşıb ki, borc və sələm ödənilib, bu barədə notarius sənədi var".
Arzu Kazımov və Elşad Abdullayev arasındakı telefon danışığı haqda məlumat əldə etmişik. Həmin danışığın stenoqramın sizə təqdim edirik:
“Arzu Kazımov: Sənə dedim məlumatın olsun. Birinci gün axşam artıq cavab veriləcək. O barədə söhbət filan etsək dedim səhər özün də gəl beş dəqiqə söhbət edək vəssalam. Gəlirsən?
Elşad Abdullayev: Gəlirəm, amma bu məsələyə ciddi baxsınlar.
A.K: Ciddi baxacam da. Mən səninlə dünən bu barədə danışdım. Sən olma, mən olum. Mənim haqqımda cidd danışılmasa necə olar. Ciddi yanaşılmayacaqsa onda mən də öz fikirlərimi deyəcəm. Deyəcəm ki, bax qardaş əgər məsləhətdirsə bir balaca belə bir işimiz olub, filan-beşman, yaxud da köməyin dəyə bilərsə, bunu həll elə. Ona bəlkə də elə pul lazımdır. Doğrudan da belə götürəndə bir balaca şeydir. Ona görə də sənə dediyim kimi bir də bu mözuya qayıtmırıq. Bu mövzu nədir mən heç ona qarışmıram.
E.A: Arzu, qadan alım bu pulu kim alıb, qardaş? Necə yəni bir də bu mövzuya qayıtmayaq, insan taleyidir bu...
A.K:Mən sənə başqa şey demirəm ki?
E.A: Denən ki, pulu alanda yaxşı idi. Bir ildir sən mənim ətrafımda yüz dənə belə “xlapupuşka” yaratmısan. Mən pulu Telmana vermişəm.
A.K: Kim xlapupuşka yaradıb sənin ətrafında?
E.A: Zahid Dünyamalıyev, mən pulu Telman Muradova vermişəm, yoxsa Səftərə, Sahibə vermişəm?
A.K: Sən pulu gətirib sonra verməmisən də qağa.
E.A: Ə yoxe, boş söhbətlərdi hamısı, bilirsən.
A.K: Boş söhbətdir deyəndə
E.A: Söhbət deyil axı.
A.K: Sən özün nə istəyirsən mən qalmışam belə. Telefonda da elə danışırsan, sən hər şeyi fırladırsan, gətirirsən boşluğun üzərinə.
E.A: Elə deyil, axı, bəs siz də...
A.K: Ay qardaş, bu söhbət dünən oldu, qurtardı, getdi də.
E.A: Mən telefonla söhbət eləmişəm ki. Mən telefonla söhbət eləmişəm?
A.K: Mən sənə nə dedim? Dedim birinci gün sən də gəl görüşək, bu məsələ bitsin də.
E.A: 20-30-dənə Telman salıb üstümə, fırlayır adamı. Nə fırlayırsan, denən ya hə, ya yox, qurtar işimizi də bilək.
A.K: Bunu özün niyə demirsən ki?
E.A: Az demişəm, nə qədər demək olar adama?
A.K: İndi onu mənim deməyim ayrı, sənin deməyin ayrı. İndi birinci gün görüşən kimi sənə deyəcəm gəl ora. Gələrsən nə sözün var deyərsən.
E.A: Dünən bu məsələni sizinlə geniş danışdıq, dedik ki, məsələ aydındır. Dedik ki, bunu danışdığımız kimi həll edək, ya da qurtaraq da bu işi. Mən də bilim işimi. Bu nədi, belə də şey olar. Denən dolamısan camaatı, bəsdi də.
A.K: Oldu, birinci gün axşamçağı orda olanda sənə deyəcəm.
E.A: Heç mənə lazım deyil. Denən qardaş, bu kişini ya yola qoy, ya da çıxsın getsin.
A.K: Biz məsələni yoluna qoyacağıq.
E.A:Heç mən lazım deyiləm, denən qardaş, heç o, bura gəlməsin, mənəm bu işin ağsaqqalı. Qurtar da.
A.K: Oldu.
E.A: Denən heç o adam bura gəlməyib, heç görməmişəm də. Heç mən də bir də ordan bura gəlməyim.
A.K:Amma yaxşısı budur ki, sən özün bütün bu söhbətlərdə olasan. Mən bu işlərə qarışmıram, mənim özümə də pis gəlir də. Sənin özün olarsan və sən nə desən mən hazıram da, başqa söhbət yoxdur ki.
E.A: Arzu müəllim, qadan alım biz kifayət qədər danışmışıq da, şərtləşmişik də. Ay qardaş, denən yaxşı deyil axı, məni də camaat incidir axı. Denən ona ki, səninlə kifayət qədər danışmışıq da, nə birinci, ikinci gün deyə uzadırsan. Denən bu məsələ barədə nə qədər danışacağıq, burda nə var ki, hə hə, yox yox də.
A.K: Yaxşı. Axşam zəngimi gözlə.
E.A: Başa düşə bilmirəm e. Onun üstündə mən iki dəfə Antepə getmişəm, üç dəfə Fransaya getmişəm, bir dəfə Tokioya getmişəm. Camaatın ailəsi var, uşağı var, bu qədər incitmək olmaz axı.”
Mövzunu diqqətdə saxlayacağıq
Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mahir Abdullayev olayında yeni təfərrüat

    Mahir Abdullayev olayında yeni təfərrüat ...

    26-12-2012, 12:12

  • 
  • Mahir Abdullayev işində Abbas Abbasov adı

    Mahir Abdullayev işində Abbas Abbasov adı ...

    25-12-2012, 12:59

  • 
  • Elşad Abdullayev Arzu Kazımovla bağlı yeni video yaydı video

    Elşad Abdullayev Arzu Kazımovla bağlı yeni video ...

    29-05-2013, 19:11

  • 
  • Elşad Abdullayev qardaşı ilə bağlı bütün sirləri açıqladı

    Elşad Abdullayev qardaşı ilə bağlı bütün sirləri ...

    17-12-2012, 12:52

  • 
  • Elşad Abdullayev Arzu Kazımovla bağlı yeni video

    Elşad Abdullayev Arzu Kazımovla bağlı yeni video ...

    9-05-2013, 19:24


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu