Azərbaycanın tekstil bazarında görünməmiş bahalaşma başladı
Ekspertlər iddia edirlər ki, adətən ilin sonlarında paltar bazarında, xüsusilə yüngül sənaye bazarında qiymətlər nisbətən aşağı düşür. Dünyanın əksər dövlətlərində «Yeni il» bayramına hazırlıqlar ərəfəsində qiymətlərdə enmə müşahidə olunsa da, adətən bu Azərbaycan kimi dövlətlərdə ərzaq bazarında qiymətlərin yüksəlməsinə səbəb olur. Düzdür Avropanın barmaqla sayılacaq dövlətlərində insanlar yeni ili qarşılayan zaman əsasən evlərindəki mebelləri və köhnə paltarları da atırlar. Onların məşiətdə istifadə etdikləri yüngül sənaye mallarını dəyişməsi nəticəsində isə qiymətlər yüksəlmir. Nədən ki, bu ölkələrdə təkrar istehsal var və atılan köhnə mallar adətən qiymətlərini itirmir. Azərbaycanda isə əksinədir. İqtisadiyyat iri inhisarçıların təəssüyratları ilə idarə olunur. Bazarda qiymətlərin dəyişməsinə daha çox təsir edən amillər psixaloji xarakterli olur. Hətta yanacağın qiyməti artsa belə aidiyyatı olmayan məhsulların belə qiymətlərin də yüksəlməsinə səbəb olur. Məsələn bu günlərdə çox maraqlı bir lətifəyə bənzər informasiya aldıq. İnformasiyada yazılırdı ki, ölkənin əyalətlərindən birində yumurtanın bahalaşmasına satıcı çox lakonik cavab verib – «benzin bahalaşıb». Əlbətt ə ki, nə toyuğun yumurtamasına, nə də kənddə həyətdə yaşamasına benzinin heç bir aidiyyatı yoxdu. Lakin qiymətlər yüksəlir. Dekabrın 2-də Tarif Şurasının ölkədə benzinin və dizel yanacağının qiymətini artırdıqdan sonra istehlak bazarında da qiymətlər sürətlə yüksəlməyə başladı. Xüsusilə də ərzaq malları bazarında qiymətlərin yüksəlməsi müşahidə olundu. Ölkə mediasının əsas diqqəti də məhz ərzaq bahalaşması ilə bağlı oldu. Lakin qiymət artımı digər məhsullar üzrə, xüsusilə də yyüngül sənaye mallarının qiyməti üzrə də yüksəlməyə başlayıb. Qiymətlərin artımının yüksəlməsi əsasən tekstil bazarında da müşahidə edilməkdədir. Ölkənin ən böyük istehlak malları bazarında qiymətlər son bir neçə həftə ərzindəxeyli bahalış. Bakıda yerləşən «Binə» Ticarət Mərkəzində olarkən qiymətlərin yüksəlməsini satıcılar da təsdiqlədilər. 4-cü sırada işləyən və Türkiyənin «Osmanbey» bazarından kişi kostyumları gətirən dükan sahibi Sadıq bizimlə söhbətində dedi ki, qiymətlər həqiqətən də artıb. «Azərbaycanda benzinin və dizelin qiyməti artandan sonra bizim də yüklərin daşınması bahalaşıb. Ölkəyə Türkiyədən «Tır»larla mallarımızı gətirən karqoçular qiyməti 10 faiz artırıblar. Biz də məcbur olub qiymətləri artırmaq məcburiyyətində qalmışıq» deyə həmsöhbətimiz bildirdi. Eyni sırada yerləşən uşaq geyimlərinin satışı ilə məşğul olan Mətanət xanım da qiymətlərin yüksəldiyini etiraf etdi. Bildirdi ki, əslində digər paltarların qiyməti ilə müqayisədə uşaq paltarları o qədər də bahalaşmayıb. «Əsas qiymət artımı iri həcmli malların qiymətində baş verib. Uşaq paltarları həcmə görə daşındığından o qədər də qiymət bahalaşmayıb. Amma çeşidə görə gələn mallar var ki, onların qiyməti artıb. Çeşid və kataloqla daşınan brend uşaq geyimlərinin qiyməti 30 faizə qədər bahalaşıb. Ona görə də bazarda artıq brend olan türk uşaq geyimləri az satılır. Sərf eləmir artıq onları ətirib Azərbaycanda satmaq» deyən Mətanət xanım bahalaşmanın malların keyfiyyətinə də təsir etdiyini bildirdi. Müşahidələrimiz zamanı hətta bazarda boş qalmış dükanların olduğunu da gördük. Satıcılar dedilər ki, qiymət artımları bazardakı alış-verişin tempi ilə uyğun gəlmədiyindən dükan sahibləri şəhərin mərkəzinə yolanıblar. Və «Binə»də olarkən tez-tez mikrafon vasitəsilə məlumat bürosundan «Ticarət mərkəzindəki boş dükanlara sahib olmaq istəyənlər rəhbərliyə müraciət edə bilərlər». Söhbətləşdiyimiz satıcılar deyirdilər ki, son iki aya qədər bu ticarət mərkəzində 1-ci sıradan 7-ci sıraya qədər boş dükan tapmaq mümkün deyildi. İndi isə dükan sahibləri icarə haqlarının baha olmasını və onsuz da malların qiymətinin yüksəlməsini görüb şəhərin mərkəzinə yollanıblar. Qeyd edək ki, ölkədə tekstil mallarının qiymətinin yüksəlməsi əsasən xarici bazarın vəziyyəti ilə daha çox əlaqəlidir. Ölkə daxilində kiçik istehsal müəssisəlirini çıxmaq şərtilə demək olar ki, tekstil istehsal olunmur. Dünya bazarında daqiymətlər yüksəlməyəbaşlayıb. Son 1 ay ərzində 1 ton pambıq lifi dünya bazarında 2500 dollardan 2850 dollara qədər bahalaşıb. Qiymət artımı isə Türkiyə, Çin, Pakistan kimi nəhəng etkstil istehsalçılarına da təsir edib. Azərbaycanda isə bu vəziyyət daha ağırdır. Araşdırmalarımız nəticəsində məlum olub ki, yaxın keçmişdə Azərbaycanın yüngül sənayesi iqtisadiyyatın əsas sahələrindən hesab ediliib. 1986-cı ildə Azərbaycanın sənaye məhsul istehsalının ümumi payında yüngül sənaye 20 faiz payla 2-ci yerdə olub. 80-ci illərdə Azərbaycan o vaxtkı dünya bazar qiymətləriylə təqribən 1 milyard 500 milyon manatlıq neft-qaz, 3 milyard manatlıq tekstil-toxuculuq məhsulu istehsal edib. Başqa sözlə, bir zamanlar tekstil sənayesi neft hasilatı sənayesini 2 dəfə üstələyib. SSRİ-nin süqutu ilə iqtisadi sistemin dağılmasından sonra digər sənaye sahələri kimi, yüngül sənaye də böhran keçirməyə başladı. Keçmiş müttəfiq respublikalar arasında əmtəə dövriyyəsinin kəsilməsi nəticəsində pambıqçılıqda böhran başladı və tekstil fabrikləri fəaliyyətini dayandırdı. Bundan sonra, respublikamız pambıq və tekstil məhsulları ixracından əldə etdiyi gəlirləri itirməyə başladı, üstəlik bütün paltar, parça məhsullarını xaricdən idxal etməyə başladı. 2012-ci ildə ölkəyə pambıq məhsullarının idxalı və ixracının həcmi və dəyərini əks etdirən cədvəli Dövlət Statistika Komitəsinin (DSK) idxal-ixrac əməliyyatları ilə bağlı kitabından istifadə etməklə hazırladıq: Cədvəldən göründüyü kimi, biz daha çox xammal ixrac edir, hazır məhsulu isə xaricdən alırıq. Hazırda geyim istehsalı artmaq əvəzinə azalır. İqtisadi fəaliyyət növləri üzrə əsas sənaye-istehsal fondlarının strukturunda geyim istehsalı DSK-nın rəqəmlərinə görə, 2005-ci ildəki 0,2 faizdən 2011-ci ildə 0,15 faziədək azalıb. 1995-ci ildə ölkədə istehsal olunan bütün növ parçalar 3,6 milyon kv. metr təşkil edirdisə, bu rəqəm keçən müddətdə azalaraq 2013-cü ildə 1,5 milyon kv. metr olub. Pambıq iplik istehsalı 17,7 min tondan 2012-ci ildə 9,9 min tona düşüb. Pambıq mahlıcı istehsalı 56 min tondan 14,2 min tonadək azalıb. Hazırda pambıq parça istehsalı Azərbaycanda xeyli aşağı enib. 1995-ci ildə ölkədə 57,9 milyon kvadrat metr pambıq parça istehsal olunmuşdusa, 2012-ci ildə bu göstərici 68,6 dəfə azalaraq 843 min kvadrat metrə enib.Və bazarı daha aydın təsəvvür etmək üçün bir məlumat da bizim diqqətimizi çəkdi - Azərbaycana keçən il Almaniyadan, Belçikadan 350 ton geyilmiş paltar idxal olunub. Bazarda isə idxaldan asılılıq davam edir və ölkə daxilində yanacağın qiymətinin artması qiymətləri durmadan yüksəldir. Maraqlıdır ki, Azərbaycanda pambıqçıçılıq demək olar ki, sıradan çıxmaq üzrədir. Pambıq təsərrüfatlarında tədarük göstəriciləri hər il aşağı düşür. Müqayisə üçün qeyd edək ki, keçmiş postsovet ölkələrindən olan Özbəkistan artıq paltar istehsalını xeyli yüksəldə bilib. 2011-ci ildən pambıqçılıq üzrə istehsal müəssisələrinin bərpası və işləməsi üçün 1.7 milyard dollar investitsiya cəlb edilib. Pambıq istehsalı 66 faiz artıb. Özbəkistan rəsmi dairələrinin açıqladığı rəqəmlərə əsasən bu sahədə fəaliyyəti tənzimləmək üçün ilk növbədə dövlət qayğısı göstərilib. Demək olar ki, ölkə ərazisində sovetlər dövründən qalan bütün müəssisələr bərpa olunub və modernləşdirilib. Azərbaycanda isə bu sahədə vaəziyyət olduqca ağırdır. SSRİ məkanında ən iri toxuculuq müəssisələri Azərbaycanda olsa da, onlar demək olar ki, təmamilə sıradan çıxarılıb. Həmin müəssisələrin demək olar ki, əmlakı təmamilə satılıb. Nəticə etibarilə də bir sıra yeniliklər edilmədən talan olunub. Azərbaycan ərazisində «Şəki-İpək» Toxuculuq və Tağıyev adına Kombinat demək olar ki, yüksək güclə işləyən qurumlar olublar. Bakıxanov Tikiş Fabrikində isə sovetlər dövründən 5000 nəfərə yaxın insan işləyib. Bu müəssisələr daxildə demək olar ki, bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstəriblər. Şəkidəki kombinatda emal edilən pambıq lifləri Bakıxanov adına Tikiş Fabrikinə verilirdi. Eyni zamanda Tağıyev adına Kombinat da əlaqəli şəkildə emal olunmuş liflərdən hazır mallar istehsal edirdi. Bu gün Bakıxanov Tikiş Evi xammalı Azərbay canın daxilinədki tikiş fabriklərindən sifariş etmir. Bununla da həmin müəssisələr sifarişçi olmadığından demək olar ki, fəaliyyətini dayandırır. Ölkə ərazisində ipəkçilik də artıq tam tənəzzül mərhələsini yaşamaqdadır. SSRİ dövründə baramaçılıq təsərrüfatları mövcud olsa da, müstəqillik dövründə dövlətin bu sahə ilə bağlı konkret strateji planları olmadığından müəssisələr inventar kimi dağıdıldı. Faktiki olaraq Azərbaycan ərazisində yüngüıl sənayenin ən rentabelli sahələrindən olan tekstil biznesi iflasa uğrayıb. Daxili bazarda kiçik istehsal müəssisələri isə demək olar ki, Çindən idxal edilən məhsullarla rəqabətə dözə bilmir. Maya dəyərinin aşağı olması səbəbindən idxala da heç bir məhdudiyyət tətbiq edilmədiyindən qiymətləri inhisarçılar müəyyən edirlər. Nəticə etibarilə də ölkədə vəziyyət kifayət qədər yüksək olur. Azərbaycanda benzinin bahalaşması tekstil bazarında qiymətlərin yüksəlməsinə təsir edir. Yaxın gələcəkdə dünya bazarında pambıq lifinin də qiymətinin yüksəlməsi ehtimalları artır. Baxmayaraq ki, apardığımız araşdırmalar nəticəsində Türkiyədə baş verən son rüşvət əməliyyatları birjalarda səhmlərin ucuzlaşmasına səbəb olub. Eyni zamanda ABŞ-ın dünyada dolların kütləsini azaltmaqla bağlı qərarı da türk lirəsinin kursunun aşağı düşməsinə səbəb olub. Dolların dunyadakı kütləsinin azalması xəbərdarlıqları ABŞ valyutasının məzənnəsini artırıb. Bu da türk lirəsinin ucuzlaşmasına səbəb olub. Araşdırmalarımız zamanı məlum oldu ki, türk lirəsinin ucuzlaşmasını konpensasiya etmək istəyən türk tekstil nəhəngləri ixrac etdikləri malların qiymətini artırmaq istəyirlər. Deməli, yaxın aylarda Azərbaycan bazarında tekstilin bahalaşma tendensiyası davam edəcək.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?