GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Ölkənin dövlət quruluşu təhlükədə

Ölkənin dövlət quruluşu təhlükədə

Tarix: 27-12-2013, 00:46 Bölmə :Manşet Baxış: 1 293
Ölkənin dövlət quruluşu təhlükədə
Azərbaycan konfederasiya yolunda; ayrıca Naxçıvan ordusu niyə yaradıldı?
SOS: Belə bir model gələcəkdə Qarabağ üçün də tətbiq oluna bilər
Ötən həftə ayrıca Naxçıvan ordusunun yaradılması xeyli suallar doğurdu. Bu suallara cavab tapmaq çox çətindir. Çünki dövlətlə cəmiyyət arasındakı dəmir pərdə dəqiq bilgilər almağa mane olur, əlin hər informasiyaya asanlıqla çatmır. Bizim suveren demokratiyanın realııqları belədir. Buna görə də həmin çətin suallara özlüyündə cavab axtarmağa, versiya, güman və şəxsi analiz əsasında oxucuya məlumat verməyə məcbursan.
Beləliklə, ölkə qəfildən yeni fakt qarşısında qoyuldu. Bundan sonra Naxçıvan Muxtar Respublikasının öz müstəqil ordusu olacaq. Azərbaycan Müdafiə Nazirliyinin Naxçıvandakı 5-ci ümumqoşun ordu korpusu əsasında elə həmin korpusun komandanı, indi isə naxçıvan ordusunun komandiri Kərəm Mustafayevin rəhbərliyi ilə ayrıca ordu yaradılacaq.
Nə baş verir?
Sual olunur: unitar Azərbaycanda ikinci ordunun yaranması nə ilə bağlı idi? Komandiri birbaşa Ali Baş Komandana tabe olacaq ayrıca ordunu yaratmaq nə üçün lazım idi? Dorğudur, az sonra balaca bir düzəliş edildi və K.Mustafayev müdafiə nazirinin müavini statusu aldı. Amma əgər prezidentin fərmanını diqqətlə təhlil etsək görünər ki, burada söhbət tamam ayrıca bir ordunun yaranmasından gedir.
K.Mustafayev 5-ci korpusun komandiri olarkən Naxçıvanın sahibi Vasif Talıbov və ölkənin prezidenti İlham Əliyevdən savayı onsuz da heç kimə tabe olmurdu. Naxçıvan korpusu Silahlı Qüvvələrin ayrıca və imtiyazlı qoşun növü idi.
Bizim təhlilçilərin və mətbuatın diqqətindən nəyə görəsə kənarda qalan bu sensasion qərarın verilməsinin əsasında yalnız çox ciddi siyasi səbəblər dayana bilərdi. Kadr məsələsində, hakimiyyətdaxili dəyişikliklər məsələsində kifayət qədər mühafizəkar olan hökumət ayrıca ordunun yaradılması kimi ciddi addımı boş yerə, buna heç bir ciddi siyasi səbəb olmadan heç vaxt atmazdı. Bəs nə baş verdi? Hansı hadisə, hansı dəyişiklik hazırlığı, yaxud hansı təhlükə hakimiyyəti bu qəfil qərarı verməyə sövq etdi?
Birinci versiya: Naxçıvana təhlükə
Ekspertlərin bir qismi dərhal tələsik qiymət verdilər: son vaxtlar Naxçıvanın başı üzərini qara buludlar alır, erməni təbliğat maşını Naxçıvan uğrunda informasiya, sonra isə siyasi savaşın yeni mərhələsinə başlayır, bunun ardınca isə ildırım sürətli müharibə olacaq və s. Yəni bu şərhlərdən çıxan nəticəyə görə, Naxçıvanın tezliklə işğal olunması təhlükəsi var və bu da hakimiyyəti MR-in müdafiə qabiliyyətini artırmağa sövq edib.
Məncə, bu, əsla inandırıcı versiya deyil. Doğrudur, erməni diasporu və Ermənistandakı bəzi siyasi dairələr “yeni miatsum” - Naxçıvanın birləşdirilməsi ideyasını son illərdə fəal təbliğ edirlər. Naxçıvanın işğalı məsələsi ermənilər tərəfindən xüsusən də “Naxçıvan xaçkarları” və erməni monastırı ilə səhv salınan alban monastırları problemi fonunda tez-tez qaldırılır. Amma Ermənistan Qarabağ məsələsinin hüquqi həllinə qədər çətin ki, ikinci ərazi münaqişəsinə girsin.
Birincisi, ATƏT çərçivəsində gedən sülhyaratma prosesi hərbi-siyasi münaqişənin dərinləşdirilməsi yolunda əngəl yaradır. Yeni ərazi iddiaları isə status-kvonu poza, yeni müharibəyə aparan yolları aça və Ermənistanın boynundan yeni ağır problem yükü asa bilər.
İkincisi, Ermənistan müharibəyə hazır deyil. Onun bütün diplomatik səyləri Azərbaycanla yeni hərbi münaqişənin qarşısını almağa yönəlib.
Üçüncüsü, Azərbaycan Putin Rusiyası ilə faktiki olaraq bütün problemlərini həll edib. Ölkə Rusiyanın geosiyasi maraqları zonasına daxildir, Kremllə de-fakto müttəfiqlik münasibətlərinə malikdir. Yəni Rusiya 90-cı illərin əvvəllərində olduğu kimi bu regionda geosiyasi vəziyyətin gərginləşməsində maraqlı deyil.
Niyə? Həm Ermənistan, həm də Azərbaycan artıq Putin düşərgəsinə mənsubdurlar. Ermənistan Rusiya ilə müttəfiqlik siyasətini açıq şəkildə yürüdür. Azərbaycan isə bunu pərdə arxasından edir.
Putinin satelliti statusunu legitimləşdirməkdə Azərbaycana iki amil mane olur: 1) enerji faktoru; 2) Qarabağ çəsələsinin hələ də həll olunmaması amili.
İkinci amil daha sanballıdır. Azərbaycanla Ermənistanı eyni bir inteqrasiya prosesinin içində necə təsəvvür etmək olar ki?! İşğalçı ilə təcavüz qurbanı eyni bir hərbi-siyasi ittifaqda necə iştirak edə bilərlər? Gömrük əvəzinə minalanmış ərazilərin olduğu yerdə sərhədləri necə açmaq olar?
Beləliklə, Rusiya və Ermənistan münaqişənin tezliklə həllində daha çox maraqlıdırlar, nəinki onun dərinləşməsində və ya dondurulmasında. Naxçıvana qarşı iddialar isə müharibə ocağını yenidən alovlandıra bilər.
Digər tərəfdən, tutaq ki, Ermənistanla Rusiya Azərbaycanı tamamilə küncə sıxmaq və Qarabağ məsələsində tam təslim olmağa məcbur etmək üçün yeni müharibəyə hazırlaşırlar. Bu halda sual yaranır: rəsmi statistikaya görə, yarım milyon, əslində isə 100 min nəfərdən artıq adamın yaşadığı bir bölgədəki qoşun bölməsinin adının dəyişdirilməsi hələ heç Rusiyanı demirik, erməni ordusunun qabağını kəsə bilərmi? İstənilən ağıllı adam bilir ki, Naxçıvanın müdafiə qabiliyyətini möhkəmləndirərkən orada ayrıca ordunun yaradılması ən axırıncı dərəcəli işdir. Bunu onda etmək olar ki, Azərbaycan ordusu tam məhv edilsin, orada döyüşməyə heç kim qalmasın...
Nəhayət, Qars müqaviləsinin 5-ci maddəsi hələ qüvvəsində qalır, onu heç kim ləğv etməyib. Həmin maddəyə görə, Türkiyə Naxçıvanın Azərbaycanın tərkibindəki muxtariyyətinin toxunulmazlığının qarantıdır. Qars müqaviləsi muxtar respublikanın toxunulmazlığını bu bölgəyə qəfil erməni təcavüzünün olacağı təqdirdə Azərbaycan və Naxçıvan ordusunun ikisinin bir yerdə götürülmüş gücündən daha yaxşı təmin edə bilər.
Beləliklə, bu versiyanın təhlili birmənalı şəkildə göstərir ki, bu gümanların heç bir əsası yoxdur və Naxçıvan ordusunun yaradılmasını bununla izah etmək cəhdləri zəif tənqidə də dözmür.
İkinci versiya: pul yemək
Skeptiklər, xüsusilə də hərb sahəsindəki korrupsiyanın amansız tənqidçiləri tələm-tələsik belə bir versiya irəli sürdülər ki, bu islahat getdikcə artmaqda olan çoxmilyardlıq hərbi büdcə vəsaitlərini yemək imkanlarını nəzərəçarpacaq dərəcədə genişləndirməyə xidmət edir. Yeni büdcədə ölkənin hərbi-müdafiə ehtiyacları üçün 3 milyard dollar ayrılması nəzərdə tutulur.
Amma Naxçıvan ordusunun yaradılması hərbi büdcənin yenidən nəzərdən keçirilməsi, ona dəyişiklik edilməsi ilə nəticələnməyib. Baxmayaraq ki, büdcənin bu hissəsi tamamilə qapalıdır, şəffaf deyil və oradan olan pul ayırmalarını heç cür izləyə bilməzsən. Ayrıca ordunun yaradılması hər halda büdcə xərclərinin artırılmasını tələb etməli idi. Amma fakt budur ki, Naxçıvan ordusu (onun ümumqoşun korpusu və ya ayrıca ordu olmasından asılı olmayaraq) gələn il dövlətdən elə büdcədə nəzərdə tutulduğu qədər vəsait alacaq, artıq yox. Yəni yeni ordunun yaradılması və həyata keçirilən struktur dəyişikliyi Naxçıvan üçün büdcə ayırmalarının artırılması ilə müşayiət olunmur.
Digər tərəfdən, 5-ci korpusun nə şəxsi heyətinin sayı, nə də strukturu dəyişməyib. Sadəcə “tanıtma lövhəsi”, yəni ad dəyişib. Strukturu əsla dəyişməyən hərbi birləşmələrin büdcə xərclərini artırmağın mənası nədir? Bundan əlavə, yeni orduya yalnız Naxçıvanın özünün əsgərlik yaşına çatmış sakinləri çağırılacaq, orada yalnız yerlilər xidmət edəcək. Beləliklə, aydın olur ki, burada söhbət hərbi birləşmənin şəxsi heyətinin sayının artırılmasından yox, azaldılmasından gedir. Çünki ayrıca ordu yaradılana qədər 5-ci korpusda Azərbaycanın digər rayonlarından olan gənclər də xidmət edirdi.
Beləliklə, hətta məmur ordusunun ən zəif yeri olan büdcə pullarını oğurlamaq ehtitası da bu məcburi islahatın (belə demək mümkünsə) əsas səbəbi sayıla bilməz. Bəs onda səbəb nədir? Bu radikal qərarı vermək zərurəti və ehtiyacı haradan yarandı?
Üçüncü versiya: konfederativ Azərbaycan
Diqqət edin: Naxçıvan ordusunun yaradıması İlham Əliyevlə Serj Sərkisyanın Vyanadakı ilk görüşündən və danışıqlarından, həmçinin XİN rəhbərləri Məmmədyarovla Nalbəndyanın fəal məsləhətləşmələrindən dərhal sonra baş verdi. Bunu da nəzərə almaq lazımdır ki, prezidentlər gələn ilin əvvəllərində yenidən görüşməlidirlər. Bunu İrəvanda, sonra isə Qarabağın özündəki gərgin danışıqlardan sonra Minsk Qrupunun həmsədrləri elan ediblər. Amerikalı həmsədr Uorlik son illərdə ilk dəfə olaraq ümidverici bəyanatla çıxış etdi: “Prezidentlər çox səmimi və açıq danışdılar...”
Əliyevlə Sərkisyanın Vyana görüşündən sonrakı çıxışlarına diqqət etsək, buradan daha bir vacib qənaət hasil edə bilərik. Bu detal o dəqiqə nəzərə çarpır ki, Vyana görüşündən sonra prezidentlərin çıxışlarındakı əvvəlki aqressiv ton, hərbi ritorika, keçmiş aşkar düşmənçilik çaları yoxa çıxıb. Bundan başqa, həm Ermənistanın, həm də Azərbaycanın rəsmi mətbuatında bu barədə çox təmkinlə, ehtiyatla danışmağa, sülhyaratma prosesinin üstünlüyündən söz açmağa başlayıblar. Hər iki tərəfdə iqtidaryönlü ekspertlər qabağa verilib və onlar tərəfləri fəal dialoqa, xalq və vətəndaş diplomatiyasına, bütün səviyyələrdə danışıqlara çağırırlar...
Prezidentlərin Vyana görüşünə qədər isə rəsmi təbliğat və mətbuatda belə şeylərə nəinki icazə verməzdilər, bu çağırış müəlliflərini sərt cəzalandırar, onları elə həmin rəsmi mətbuatda hətta satqın, xəyanətkar elan edib gözdən salardılar.
Beləliklə, Vyana görüşündən sonra qeyri-adi, qəribə bir yumşalma nəzərə çarpır. Bir dəfə də belə mülayim atmosferin şahidi olmuşuq. Bu, Heydər Əliyevlə Levon Ter-Petrosyanın sülh sazişini imzalamağa lap çox yaxınlaşdıqları vaxt idi...
Mümkün perspektiv və cavabsız suallar
20 illik danışıqlar dövründə tərəflərin konkret mövqeyi qəti şəkildə müəyyənləşib. Ermənistan Qarabağın tam müstəqilliyi fikrində israr edir. Azərbaycan isə Qarabağa muxtariyyətin ən yüksək dərəcəsini verməyə, ona Azərbaycanın tərkibində olmaq şərti ilə istənilən statusu verməyə hazır olduğunu bildirir.
Heydər Əliyevin vaxtında xarici işlər naziri kimi danışıqlar prosesində iştirak etmiş Tofiq Zülfüqarov danışırdı ki, tərəflərin sülh sazişini bağlamağa demək olar ki, tam hazır olduğu bir vaxtda hər iki prezident də anlaşmış və aşağıdakı formulu faktiki olaraq qəbul etmişdilər: Ermənistan Qarabağ ətrafında işğal etdiyi 7 rayonu qaytarır, Azərbaycan isə 25 və ya 30 ildən sonra referendum keçirilməsi şərti ilə Dağlıq Qarabağın müvəqqəti statusunu qəbul edir. Böyük ehtimalla 25 ildən sonra keçiriləcək referendumun nətəcələrini proqnozlaşdırmaq elə də çətin deyildi - Azərbaycan belə qısa müddət ərzində vilayətin demoqrafik simasını dəyişə bilməyəcək və Qarabağ ermənilərdə qalacaqdı...
Məlum olduğu kimi, Azərbaycan 2003-cü ildən sonra danışıqlarda “sıfır vəziyyəti”ni elan etdi. Danışıqlar təzə səhifədən başladı. 2003-cü ildən bu yana Azərbaycanın mövqeyi dəyişməz olaraq qalır: “Qarabağ formal da olsa Azərbaycnın tərkibində qalmalıdır”.
Mümkündür ki, Qarabağ məsələsinin “de-fakto müstəqil, de-yure Azərbaycanın tərkibində” modeli əsasında həlli üçün real imkan ilk dəfə idi yaranırdı. Nəyə görə ilk dəfə?! Regionda geosiyasi güc nisbəti xeyli dəyişib. Qərb Ermənistanla Azərbaycana bütün təsir vasitələrini praktiki olaraq itirib. Münaqişədə olan iki ölkə eyni geosiyasi meydançada, Rusiyanın nəzarəti altında qalıblar. Biz bu münaqişədə faktiki olaraq Yeltsinə qədərki dövrə qaytarılmışıq. Həmin dövrdə də Moskvanın bu məsələ ilə bağlı mövqeyi həlledici idi.
Bu regiondakı nüfuzunu müvəqqəti də olsa hər halda nəzərəçarpacaq dərəcədə itirməyinə baxmayaraq erməni diasporunun daimi təzyiqi və boş bir ideya sayılan erməni-türk sərhədlərinin açılması ideyasının təsiri altında olan Vaşinqton Qarabağ məsələsinin həllində indi heç vaxt olmadığı qədər maraqlıdır. Ağ Evin baxışı belədir ki, qoy lap Putinin əli ilə, qoy onun təklif elədiyi yol və vasitələrlə olsun, qoy lap Azərbaycanın müvəqqəti itikiləri hesabına olsun, amma bu məsələ həll edilsin.
Bundan başqa, həm Azərbaycan, həm də Ermənistandakı daxili siyasi vəziyyət kompromis qərar əldə etməyə heç vaxt olmadığı qədər imkan verir. İctimai etiraz imkanları, vətəndaşların müqavimət qabiliyyəti hər iki ölkədə faktiki olaraq dağıdılıb, sarsıdılıb. Heç birində müxalifət yoxdur. Hər iki ölkənin elitası daxili siyasi vəziyyəti hər iki ölkədə, xüsusilə də Ermənistanda bircə ayın içində dəyişmək gücünə malik Putindən ciddi şəkildə asılıdır. Ermənistan Rusiyanın “möhkəmləndirilmiş rayonu” səviyyəsinə düşüb. Sərkisyan isə özünü yerli kompartiyanın 1-ci katibi səviyyəsinə endirib. Baş katib Putin onu istədiyi vaxt işdən qova və əvəzləyə bilər.
Belə bir durumda Azərbaycanın Avrasiya inteqrasiyası prosesinə cəlb olunması Rusiyaya həddən artıq lazımdır. Əgər Azərbaycan bu yeni ittifaqa daxil olsa, onda Gürcüstanın da taleyi həll edilmiş olacaq. Putinin qolobal planının qarşısında dayanan yeganə əngəl Qarabağ münaqişəsidir.
Putin Sərkisyanı konfederativ Azərbaycan ideyasına razılaşmağın vacibliyinə inandıra bilər. Yəni bir qədər loru dillə, kobud desək, Azərbaycan Qarabağ Respublikasının və Naxçıvan Respublikasının müstəqilliyini tanıyır və sonuncular Azərbaycan Respublikası ilə birlikdə konfederativ dövlət yaradırlar. Mənə elə gəlir ki, müstəqil Naxçıvan ordusunun yaradılmasının elan olunması orada yeni dövlət konstruksiyasının yaradılması istiqamətində atılmış ilk addımdır.
Federativ və konfederativ dövlət quruluşları arasındakı fərq nədən ibarətdir? Konfederasiya praktiki olaraq suveren dövlətlərin ittifaqıdır. Bu dövlətlər öz suverenliklərini qoruyub saxlamaqla bərabər strateji addımların (xarici siyasət, silahlı qüvvələr və s.) koordinasiya olunması məqsədilə səlahiyyətlərinin bir qismini Mərkəzə verirlər. Yəni konfederasiya ideyası özlüyündə həm Azərbaycanı, həm də Ermənistanı (Dağlıq Qarabağ) qane edə bilər. Çünki bu halda Qarabağ özünün indiki statusunu saxlayır. O, yalnız hüquqi nöqteyi-nəzərdən Azərbaycana bağlı qalır, çünki konfederasiya sadəcə iki dövlətin üstqurumlar vasitəsilə qarşılıqlı əməkdaşlıq mexanizmidir.
Qarabağ bu halda sadəcə dünya xəritəsi üzərində Azərbaycanın tərkibində qalır. Prinsip etibarilə Azərbaycana da elə bu lazımdır. Çünki hamıya məlumdur ki, azərbaycanlılar Qarabağın demoqrafik simasını yaxın 50-100 ildə dəyişə bilməyəcəklər. Yəni burada söhbət sesessiya hüququ, yəni konfederasiyanın tərkibindən çıxmaq hüququ olmadan assimetrik konfederasiya yaradılmasından gedə bilər.
Bundan əlavə, biz hələ Putinin özünün Avrasiya İttifaqının yaradılması ilə bağlı planları haqda heç nə bilmirik. Bu ittifaq da konfederasiya ola, sonra isə assosiativ subyekt kimi Avropa İttifaqına üzv ola bilər. Hadisələrin bu cür inkişaf edəcəyi təqdirdə Azərbaycan dövlətinin quruluşunun konfederativ xarakteri ümumiyyətlə öz mənasını itirərdi. Amma əvəzində münaqişə də həll olunardı axı! Nəticədə Avrasiya inteqrasiyası yolundakı son maneələrdən biri də aradan qalxardı.
Zənnimizcə, ayrıca Naxçıvan ordusunun yaradılması Qarabağ münaqişəsinin həlli prosesi ilə birbaşa bağlı olan simvolik bir qərardır. Azərbaycanla Qarabağın konfederativ dövlət halında birləşməsi əgər hətta ehtimal şəklində qəbul edilsə belə, görünür, Əliyev bunu əsla arzu etmir ki, bu birlik yalnız iki eynihüquqlu subyektdən təşkil olunsun. Belə sülh çox alçaldıcı olardı. Çünki bu cür sülh Azərbaycanla Qarabağı status məsələsində eyniləşdirər. Nəticədə Bosniya və Herseqovina kimi bir şey alınardı. Mümkündür ki, məhz buna görə də ideyanın gözünə Naxçıvanı da qatıblar.
Digər tərəfdən, indiki Azərbaycan elitasının forpostu, dayaq-istinad nöqtəsi olan Naxçıvana yüksək dövlətçilik statusunun verilməsi ola bilsin ki, uzunmüddətli perspektivə, ehtimali planlara hesablanıb; daxili siyasi vəziyyətin tutaq ki, 15 ildən sonra necə olacağını indidən demək çətindir.
Beləliklə, biz mürəkkəb çoxgedişli kombinasiyanın lap əvvəlinci mərhələsindəyik.
Ermənilərlə yaxınlaşma çağırışları
Hakim dairələrə çox yaxın olan deputat Rövşən Rzayev iki gün öncə çıxış edərək Dağqlıq Qarabağın erməni və azərbaycanlı icmalarını yaxınlaşmağa çağırdı. Ondan bir gün öncə isə hakimiyyətə yaxın olan digər bir deputat vurğuladı ki, Naxçıvan ordusunun yaradılması Qarabağ məsələsi ilə bağlı ola bilər. Dünən isə daha bir deputat, nüfuzlu politoloqlardan olan Rasim Musabəyov Qarabağın danışıqlar prosesinə cəlb oluna biləcəyini istisna etmədiyini söylədi. Bu isə Azərbaycanın 20 il ərzində rədd elədiyi variantdır...
Belə görünür ki, vəziyyət Mixail Sergeyeviç deyən kimidir, proses artıq başlayıb. Ter-Petrosyanın devrildiyi 1997-ci ildən, yaxud erməni parlamentinin gülləboran edildiyi 1999-cu ildən fərqli olaraq indi bütün sülhsevər qüvvələrdə nəsə yekdilliyin olması hiss edilir. Hamı regionun üzündəki bu yaranın tezliklə sağalmasına çalışır. Nə etmək olar, gəlin düşünək.
“Təhlil Qrupu”
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Naxçıvan ordusu niyə yarandı?

    Naxçıvan ordusu niyə yarandı? ...

    20-12-2013, 20:49

  • 
  • "Naxçıvan xanının Azərbaycan üzərindəki hökmranlığı əbədiləşir"

    "Naxçıvan xanının Azərbaycan üzərindəki ...

    24-12-2013, 23:14

  • 
  • Keçmiş nazir yoxa çıxıb - Naxçıvanda

    Keçmiş nazir yoxa çıxıb - Naxçıvanda ...

    22-01-2016, 16:06

  • 
  • Zakir Həsənov sərəncamını nədən geri oxuyub?

    Zakir Həsənov sərəncamını nədən geri oxuyub? ...

    8-01-2014, 11:54

  • 
  • General Kərəm Mustafayev nədən fövqəladə toplantı keçirdi

    General Kərəm Mustafayev nədən fövqəladə toplantı ...

    6-12-2013, 12:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu