GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Siyasət » Naxçıvan ordusu niyə yarandı?

Naxçıvan ordusu niyə yarandı?

Tarix: 20-12-2013, 20:49 Bölmə :Siyasət Baxış: 2 337
Naxçıvan ordusu niyə yarandı?
Xəbər verildiyi kimi, Naxçıvan Muxtar Respublikasının müdafiə qabiliyyətinin möhkəmləndirilməsi, Silahlı Qüvvələrin hissə və bölmələrinin döyüş qabiliyyətinin artırılması, bir mərkəzdən idarəetmənin təkmilləşdirilməsi məqsədilə 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb.

Bəs əlahiddə Naxçıvan ordusunun yaradılmasının mənası nədir? Bu ordu kimə tabe olacaq və söhbət muxtar respublikaya ayrıca ordu qurmaq kimi əlavə statusun verilməsindən getmir ki?

Virtualaz.org saytının bu məsələ ilə bağlı fikirlərini öyrəndiyi təhlilçilər prezidentin sərəncamını belə şərh edirlər ki, görünür, söhbət Naxçıvan korpusunun faktiki olaraq Müdafiə Nazirliyinin tabeçiliyindən çıxarılması və birbaşa Ali Baş Komandana tabe etdirilməsindən gedir. Başqa sözlə, Naxçıvanda dislokasiya olunmuş 5-ci ordu korpusunun əlahiddə ordu birləşməsi kimi statusu artırılır.

Onsuz da indiyədək belə məlumatlar var idi ki, Naxçıvan ordu korpusu keçmiş müdafiə naziri Səfər Əbiyevə faktiki olaraq tabe olmur. Korpusun komandiri, general Kərəm Mustafayevin Əbiyevi saymadığına dəlalət edən çoxsaylı məlumatlara rast gəlmək olardı.

Eyni zamanda blokada vəziyyətində olan Naxçıvanda dislokasiya olunmuş və Azərbaycan-Ermənistan təmas xəttinin bir hissəsinə nəzarət edən ordu birləşməsinin Türkiyə Silahlı Qüvvələrinin güclü təlim-təchizat dəstəyi altında olduğu da məlumdur.

İndi yeni müdafiə naziri Zakir Həsənov Silahlı Qüvvələrdə həyata keçirilən islahatlar çərçivəsində bu vəziyyəti, yəni Naxçıvan korpusunun mərkəzə tabeçliyi məsələsini də dəqiqləşdirməli idi. Deməli, Naxçıvan korpusunun statusu məsələsi Ali Baş Komandan səviyyəsində müzakirəyə çıxarılıb və bu ordu birləşməsinə Əlahiddə Ümumqoşun Ordusu statusu vermək qərarlaşdırılıb.

Təhlilçilərin qənaətinə görə, əgər bundan sonra Azərbaycan Konstitusiyasında Naxçıvan Muxtar Respublikasının Konstitusiyasında bölgənin öz silahlı qüvvələrinə malik olmasına imkan verən düzəlişlər olarsa, o zaman situasiya dəyişə bilərdi. Çünki bu zaman söhbət Azərbaycanın tərkibində özünün ayrıca silahlı qüvvələrinə malik olan muxtar ərazi vahidinin meydana çıxmasından gedəcək.

Vəziyyət bu istiqamətdə inkişaf etsə, bunu Dağlıq Qarabağa gələcəkdə Azərbaycanın tərkibində ayrıca ordusu da olan ərazi vahidi kimi yüksək muxtariyyət verilməsinə zəmin yaradılması kimi dəyərləndirmək olardı.

* * *Naxçıvan ordusu niyə yarandı?


Keçmiş müdafiə naziri general-mayor Dadaş Rzayev Azərbaycanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılmasına münasibət bildirib.

O, “Media forum” saytına açıqlamasında deyib ki, bu, ölkənin müdafiə qabiliyyətini gücləndirəcək: “Azərbaycan müharibə şəraitindədir və hər tərəfdən təhlükə var. Əlahiddə Ümumqoşun Ordusunun Naxçıvan Muxtar Respublikasında yaradılması da təsadüfü deyil. Çünki Naxçıvan blokada şəraitindədir, ölkənin digər hissələri ilə quru yolla əlaqəsi yoxdur, yalnız təyyarə ilə gedib-gəlirik. Əlahiddə Ümumqoşun Ordusu ona görə Naxçıvanda yaradılıb ki, bir təhlükə olsa, muxtar respublikada sərhədlərimizi yaxşı qoruya bilsin”.

General-mayor Dadaş Rzayevin sözlərinə görə, əlahiddə ordunun şəxsi heyəti xüsusi hazırlanır, ora ən savadlı, fiziki cəhətdən möhkəm zabitlər göndərilir, müasir texnika və silahlarla təchiz edilir: “Əlahiddə ordu ən müasir, mürəkkəb və çevik taktika ilə təlim keçir. Hər hansı təhlükə olarsa, əmir verilən kimi əlahiddə qüvvələr qısa müddətdə təyyarə və vertolyotlarla lazım olan yerə çatıb əmri yerinə yetirmək imkanlarına malikdir. Bu ordunun digərlərindən əsas fərqi odur ki, kənardan kömək olmadan müharibə, döyüş əməliyyatı apara bilir. Əlahiddə ordunun kənar köməyə ehtiyacı olmur. Əsas fərq budur”.



Dadaş Rzayev bildirib ki, vaxtilə o da sovet ordusunun əlahiddə qüvvələrinin zabiti olub: “Mən Azərbaycanın müdafiə naziri işləyəndə (1993-cü il – red.) əlahiddə ümumqoşun ordumuz yox idi. Çünki milli ordu hələ yeni yaranırdı”.

Sabiq nazirin sözlərinə görə, əlahiddə ordu NATO ölkələrində də mövcuddur: “Biz də indi yaradırıq. Məsəl var deyərlər, gec olsun – güc olsun. Bizim də Əlahiddə Ümumqoşun Ordusu yaratmağa indi imkanımız çatır”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Zakir Həsənov sərəncamını nədən geri oxuyub?

    Zakir Həsənov sərəncamını nədən geri oxuyub? ...

    8-01-2014, 11:54

  • 
  • "Naxçıvan xanının Azərbaycan üzərindəki hökmranlığı əbədiləşir"

    "Naxçıvan xanının Azərbaycan üzərindəki ...

    24-12-2013, 23:14

  • 
  • Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə başladı

    Azərbaycan ordusu genişmiqyaslı hərbi təlimlərə ...

    16-04-2014, 11:10

  • 
  • Ordumuz təlimlərə başladı (FOTO)

    Ordumuz təlimlərə başladı (FOTO) ...

    15-07-2015, 12:12

  • 
  • Keçmiş nazir yoxa çıxıb - Naxçıvanda

    Keçmiş nazir yoxa çıxıb - Naxçıvanda ...

    22-01-2016, 16:06


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu