Naxçıvanda Əlahiddə Ümumqoşun Ordusunun yaradılmsı ilə bağlı artıq yazmışdıq. Xatırladaq ki, prezident İ.Əliyevin imzaladığı fərmana uyğun olaraq 5-ci Ordu Korpusunun əsasında Əlahiddə Ümumqoşun Ordusu yaradılıb və general-leytenant Kərəm Mustafayev komandan vəzifəsinin icrasına buraxılıb.
Məsələ ilə bağlı hərbi ekspert bu qərarın hansı zərurətdən doğduğunu, orduda hansı problemlərə gətirib çıxara biləcəyini dəyərləndirmişdi. Ancaq ölkədəki qeyri demokratik mühit, hakimiyyətin bir ailənin əlində cəmlənməsi reallığı prezidentin son fərmanı ilə bağlı məsələnin siyasi tərəflərinə də qiymət verilməsini zəruri edir.
Unitar dövlətdə 2 ayrı səlahiyyəti olan ordunun yaradılması nə qədər doğrudur?
Hakimiyyət Naxçıvanda Sığınacaq HazırlayırPolitoloq Zərdüşt Əlizadə deyir ki, Sovet İttifaqı konstitusiyaya görə federal, ancaq mahiyyətcə unitar dövlət idi. Bütün qərarları Moskva qəbul edirdi və ondan asılı olan respublikalar kölə kimi bu qərarları qəbul edirdilər. Azərbaycan isə konstitusiyaya görə unitar, ancaq mahiyyətcə federasiyadır: "Biz ikili standartlı dövlətdə yaşayırıq. Fikir verin, Heydər Əliyevin dövründə konstitusiyaya bir maddə əlavə etdilər. Həmin maddəyə görə Naxçıvan Respublikası dövlət hesab edilir. Əgər dövlətdirsə, deməli, dövlətin ordusu da olmalıdır. İndi də ona Azərbaycanın hesabına ordu yaradırlar. Naxçıvanın özünün buna gücü çatmazdı. Çünki Naxçıvan heç özünü saxlaya bilmir, qaldı, ordunu saxlaya".
"Naxçıvan xanının Azərbaycan üzərindəki hökmranlığı əbədiləşir"
Politoloq deyir ki, bu gün faktiki olaraq unitar dövlətdə ona tabe olmayan Dağlıq Qarabağ Respublikası var. İndi Azərbaycan və başqa ölkələr onu tanımır. Ancaq de-fakto 20 ildir mövcuddur: "Ümumiyyətlə, fikir versəniz Azərbaycan Konstitusiyasında onun ərazisinin təfsiri yoxdur, ancaq başqa konstitusiyalarda var. Bu da onu göstərir ki, Azərbaycan hakimiyyətinin dahi siyasəti nəticəsində Azərbaycanın fraqmentləşməsi gedir. Deməkdir ki, dövlət sabit dövlət deyil. Bu ona yönəlib ki, Naxçıvan xanının Azərbaycan üzərindəki hökmranlığı əbədiləşir".
Hakimiyyət Naxçıvanda Sığınacaq HazırlayırPolitoloq Azər Qasımlı, ümumiyyətlə Naxçıvanda Azərbaycan Respublikası ordusunun güclənməsinə normal baxır. O, hesab edir ki, Bakıya tabe olan bir ordunun Naxçıvanda güclənməsi vacib məsələdir. Ancaq o, bildirib ki, Azərbaycan Müdafiə Nazirliyinə tabe olmayan bir ordunun yaradılması isə tamamilə başqa nüansdır: "Son qərarlarla bağlı onu deyə bilərəm ki, əfsuslar olsun ki, Azərbaycanda ikinci varianta əl atılır. Müdafiə Nazirliyinə tabe olmayan bir ordunun yaradılmasından söhbət gedir. Bu da çox xoşagəlməz faktdır. Hesab edirəm ki, bu addım məhz ordunun güclənməsi məqsədinə xidmət edən qərar deyil, siyasi qərardır. Ola bilsin ki, bu, Azərbaycanın indiki hakimiyyətinin nə vaxtsa hakimiyyətdən getmə təhlükəsilə üz-üzə qalmasını nəzərə alaraq və irəlidə ölkəni tərk etdikləri zaman məhz Naxçıvan ərazisi üzərindən hansısa danışıqlara getməyi düşünərək atılan addımdır. Verilən qərar bizə bunu deməyə əsas verir". Politoloq hesab edir ki, Naxçıvanda ayrıca ordu yaradılması faktını başqa cür izah etmək mümkün deyil.
Sorğu
Yeni dizaynımız necədir?