GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nəcməddin Sadıqovun toxunulmazlıq statusu

Nəcməddin Sadıqovun toxunulmazlıq statusu

Tarix: 4-12-2012, 11:19 Bölmə :Manşet Baxış: 12 140
Nəcməddin Sadıqovun toxunulmazlıq statusu

Yaxud kiçik fironlar məmləkəti

Cəzasızlıq yeni-yeni cinayət deməkdir. Zamanında göz yumulan cinayətlər, verilməyən cəzalar bu yolda yürüyənlərə geniş yol açar. Bu yanlışlıq insanları öz gözlərində böyüdər. Belə insanlar tədricən toxunulmaz olduqlarını zənn edər, “fironlaşarlar”. Ölkəmizdə də bu cür hakimi-mütləqlərin sayı çox olduğundan Azərbaycanımızı kiçik fironlar məmləkəti adlandırmaq olar.
Ancaq bu mühit bütövlükdə qanunların tamamilə işləmədiyi anlamına gəlməz. Qanunlar mövcuddur və keçərlidir. Sadəcə qanunların keçərliliyi pis-yaxşı idarə olunan xalq üçündür. Bunu görmək üçün sıradan bir insanın aşağı, ya yuxarı çapda bir cinayət hadisəsi törətməsi yetərlidir ki, bu zavallının dərisini boğazından çıxarsınlar. Amma eyni vəziyyət hakimiyyətin yuxarı eşelonunda təmsil olunan bəzi ərköyün məmurlara tətbiq olunmur. Dərhal onun hakimiyyətdəki mövqeyi, məxsus olduğu var-dövlət, himayədarları və hakimiyyətə vura biləcəyi zərər hesaba alınır.
Azərbaycan reallığında qanunun keçərliliyi də məhz yuxarıda sadalanan qırmızı xəttə qədər müəyyənləşir. Bu isə Azərbaycan hakimiyyətinin tez-tez Qərbi ittiham etdiyi ikili standartdır. İkili standartın isə haradan baxsan bumeranq kimi iki başı vardır. Eyni cinayətlər üzrə qanunların vətəndaşlara fərqli tətbiqi burada hakim zümrəyə qeyri-rəsmi xüsusi imtiyaz, qazanc tanıya bilər, amma diplomatik sahədə Qarabağ düyününün açılmasında tətbiq olunan ikili standartlar sayəsində məğlubiyyət olaraq geri qayıdar. Eynən qazana atdıqların qaşığında sənə qayıtdığı kimi. Gerisi sənə, sənin əməllərinə bağlı. Nə atmısan, onu da bulursan. Bu, İlahi ədalətdir.
Azərbaycan bir çox parametrlərinə görə, demokratik dünyadan fərqli olduğu qədər, cinayətlərin motivi və subyektləri baxımından da özünəməxsusluğunu qoruyur. O mənada ki, Azərbaycanda son illər ən səs-küylü hadisələrin altından güc orqanları generallarının adları çıxır. Və dəhşətlisi də odur ki, bu hadisələr sanki belə də olmalıymış kimi hakimiyyət tərəfindən normal qarşılanır.
Siyahıda çox ünlü isimlər var: Ordunun baş qərargah rəisi general Nəcməddin Sadıkov, Ordunun Şəmkir korpusunun komandanı, general Rövşən Əkbərov, Daxili İşlər nazirinin keçmiş müavini mərhum Zahid Dünyamalıyev, Sərhəd Xidmətinin komandanı, general Elçin Quliyev, Səfərbərlik Xidmətinin rəisi, general Arzu Rəhimov… Olan və olacaqlar göstərir ki, generallar siyahısı davam edəcək və yeni-yeni ünlü simalar cəzasızlar kriteriyasına aid ediləcəklər.
Əvvəlcə, bir neçə kəlmə General Nəcməddin Sadıkov haqda. Bu general haqda medianın yazmadığı qalmadı, adı nələrdə hallandırılmadı ki. Xatırlamaqda yarar var deyə, bir hadisəni yadınıza salmaq istəyirəm. Xatirinizdədirsə, Nəcməddin Sadıkova Dağıstanın milli qəhrəmanı titulu verilmiş və bu, “Şamil fondu” tərəfindən reallaşdırılmışdı. Maraqlıdır ki, mətbuatın araşdırması nəticəsində bu fondun Rusiyanın əks-kəşfiyyat idarəsilə (KRU) bağlılığı və əksər mükafatçıların həmin qurumla birbaşa, yaxud dolayısı ilə əlaqəli olması ortaya çıxmışdı. Eyni zamanda, generalın separatçı ləzgi təşkilatı “Sadval”ın pul kisəsi olan milyarder Süleyman Kərimovla ortaq biznesi və ciddi əlaqələrinin olması haqda da bəzi məlumatlar var idi. Hələ onu demirik ki, Nəcməddin Sadıkov Dağıstanda, doğulduğu rayonda özünə heykəl qoydurub, oxuduğu məktəbin əlaçı şagirdlərinə öz büdcəsindən “general Sadıkov” təqaüdü verilməsi üçün maliyyə də ayırıb. Bütün bu olayları xatırlatmaqda məqsədim cəzasızlıq mühitini, toxunulmazların bariz nümunəsini göstərməkdən ibarətdir.
Həqiqətən də bu hadisələrdə Azərbaycan dövləti adına xeyli araşdırılası məqamlar var və hakimiyyətin bunları görməzdən gəlməsi təəccüblü olduğu qədər də maraqlıdır. Maraqlıdır, həm də ona görə ki, Şimali Qafqazda Rusiya bir dövlətlə müharibə aparmağa yetərli qədər silahlı qüvvələr yığdığı, kriminogen vəziyyətin ağırlaşdığı, Azərbaycana qarşı separatizm dalğasının körükləndiyi, “Sadval”ın yenidən xortladığı bir məqamda general Nəcməddin Sadıkovun səsi çıxmır. Ən azından ona görə ki, bu boyda həngamələrə qarşılıq olaraq Azərbaycan hakimiyyəti bunu görməzdən gəlirsə, müqabilində ən azından general Sadıkov Rusiyadakı öz nüfuzundan istifadə edərək dövriyyəyə girməli, ölkəmizə qarşı olan bu prosesi durdurmağa cəhd etməli idi. Ancaq biz bunu görmürük. Belə olan halda bu dövlət nə deyə bu generalı görəvdə saxlayır? Bəlkə ona görə ki, Azərbaycan əsgəri ilə rus dilində danışır? Yoxsa, himayəçisi güclüdür? Hansı görünməz əllər bu generalı hizf edir ki, məğlub general olmasına, orduda heç bir nüfuzunun olmamasına, adı korrupsiyada hallanmasına rəğmən, üstəlik, adı son olaraq adam oğurluğu cinayətində keçsə də, ancaq heç bir reaksiya yoxdur və toxunulmazlıq davam edir.

Habil
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "Girovları buraxırıq, yalnız bir şərtlə ki..." - Qiyamçıların YENİ TƏLƏBİ

    "Girovları buraxırıq, yalnız bir şərtlə ...

    23-07-2016, 13:15

  • 
  • Paytaxtda ağır yol qəzası: yaralılar var

    Paytaxtda ağır yol qəzası: yaralılar var ...

    23-07-2016, 13:45

  • 
  • Sərxoş avtobus sürücülərinə qarşı yeni cəzalar

    Sərxoş avtobus sürücülərinə qarşı yeni cəzalar ...

    16-10-2015, 12:15

  • 
  • "Whatsapp"da 2 YENİLİK birdən

    "Whatsapp"da 2 YENİLİK birdən ...

    23-07-2016, 21:16

  • 
  • Arif Qaraşov səfir postu istəyir

    Arif Qaraşov səfir postu istəyir ...

    12-12-2012, 12:59


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu