GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » İbrahimovlar imperiyasının detalları

İbrahimovlar imperiyasının detalları

Tarix: 27-12-2012, 08:04 Bölmə :Manşet Baxış: 9 771
İbrahimovlar imperiyasının detalları

Komitə sədrinin və qardaşlarının böyük biznesi

gundemxeber.az Azad Azərbaycan Televiziyasının (ATV) İbrahimov qardaşlarından alınmasının səbəbləri və bundan sonra İbrahimov qardaşları ilə bağlı atılacaq addımlar barədə müxtəlif mülahizələr irəli sürülür. Ancaq bir fakt dəqiqdir ki, televiziyalar birbaşa siyasi hakimiyyətin nəzarətində olduğundan qərar ən yüksək səviyyədə verilib. Bu isə siyasi hakimiyyətin İbrahimov qardaşlarına etimadını itirməsindən xəbər verir.
Nazim İbrahimovla bağlı hansı qərarın və nə vaxt veriləcəyini söyləmək çətin olsa da, İbrahimov qardaşlarının ölkə rəhbərliyi yanında etimadı itdirdiyi dəqiqdir. Bu isə onların biznes sektorlarından da sıxışdırılacağını ehtimal etməyə əsas verir. Hər halda açıq görünür ki, artıq İbrahimovlar hakimiyyətdə mövqelərini itiriblər. Bu isə o deməkdir ki, ATV-nin alınmasından sonra onların nəzarətində olan biznes sahələrinə də əl qoyulacaq.
Yeri gəlmişkən qeyd edək ki, Nazim İbrahimov Komitə sədri keçdikdən sonra bəlli sərhədlər daxilində özünün və qardaşlarının biznesini genişləndirməyə nail olur.
Qeyd edək ki, İbrahimov qardaşlarının biznesinin əsas qolu tikinti sektorudur. Onlar da bu sahəyə bir çox məmurlar kimi son illərdə girişiblər. Nazim İbrahimov qardaşları ilə birlikdə paytaxtın bir çox yerlərində hündürmərtəbəli binaların inşası ilə məşğul olub. Belə ki, Nizami metrosunun həndəvərində inşa edilən bir neçə hündürmərtəbəli binanın, Badamdar qəsəbəsində inşa edilərək, istifadəyə verilən iki binanın Nazim İbrahimova məxsus olduğu bildirilir. Ümumiyyətlə İbrahimov qardaşlarının Bakıda 20-dən çox »göydələn» inşa etdirərək, başa çatdırdıqları bildirilir. Məlumatlara görə, Nazim İbrahimovun tikinti biznesini onun əmisi oğlu Novruzəli İbrahimov idarə edir.
Nazim İbrahimovun qardaşı Hacı İbrahimin isə ölkənin ən iri biznes qurumlarından olan »Avesta» konserninə rəhbərlik etdiyi bildirilir. Bu konsernin tərkibinə çoxlu sayda tikinti şirkətləri, ticarət və xidmət müəssisələri daxildir. Məsələn, konsernin nəzdində fəaliyyət göstərən »Azər-Ross» MTK Rusiyadan Azərbaycana elektrik, neft sənayesi üçün lazım olan avadanlıqlarını gətirməklə məşğuldur. »Günel LTD» MMC, »Həsən -96» MTK, »Həsən-96» MMC, »İlkan»MMC, »Azər-Ross» MMC, »Hüseyn -94» kiçik müəssisəsi tikinti sektorunda fəaliyyət göstərir. »SHİG İNVESTMENT LTD» Naxçıvan MR Ordubad rayonunun Ağdərə və Paraqaçay mədən yataqlarında mineralların kəşfiyyatı, istismarı,ixracatı və satışı, kommersiya fəaliyyəti, təmir - tikinti işlərinin aparılması işləri ilə məşğuldur.
Nazim İbrahimov və qardaşları yalnız şəhərin mərkəzində hündürmərtəbəli binaların tikintisi ilə məşğul olmurlar. Paytaxtın kənar rayonlarında və Bakı ətrafı qəsəbələrdə də, onlar iri torpaqlar götürərək, istirahət mərkəzləri, villalar tikdirirlər. Məsələn, Bayıl yamacında tikilən çoxsaylı villalar məhz Nazim İbrahimov və qardaşları tərəfindən tikilərək satılıb. Həmin villaların hər birinin qiymətinin 100 minlərlə, bəlkə də milyonlarla manatla ölçüldüyünü nəzərə alsaq, Nazim İbrahimov və qardaşlarının böyük bizneslə məşğul olduğu haqda deyilənləri qəbul edərik.
Bundan əlavə, Qaradağ rayonu istiqamətində yolu düşənlər, yəqin Bakının çıxacağından-düz Şıx çimərliyinə, Səngəçaladək dənizin çəpərləndiyinin şahidi olublar. Çəpərin hündürlüyü 5 metr. Bəs dəniz kənarını çəpərləyənlər kimlərdir? Səngəçalda kimdən soruşsan Nazim İbrahimovun qardaşı Hacı İbrahimin adını çəkər.
İbrahimov qardaşları Qaradağ rayonu ərazisində »Qaradağ postu» kimi tanınan DYP postundan Ələt qəsəbəsinə doğru kilometrlərlə uzunluğunda dəniz sahilini ələ keçirib. Zəbt edilən dəniz sahillərini hasara alan İbrahimov qardaşlarının oranı hissələrə bölərək, villalar və şəxsi limanlar inşa etdirdiyi bildirilir. 40-a yaxın şəxsi limanın inşa edilib başa çatdırıldığı bildirilir.
Qeyd edək ki, tanıyanlar Nazim İbrahimovun xüsusi biznes duyumuna malik olduğunu bildirirlər. O, bazarda nəyə tələbat olduğunu və hardan daha yüksək qazanc əldə etməyin yollarını gözəl bilir. Bunu Türkiyənin »Fox» TV kanalının bir müddət əvvəl yaydığı məlumat da təsdiqləyir. Məlumatda qeyd olunurdu ki, Türkiyəli iş adamı Huseyn Kurtoğulları »VİP tekne» (»VİP yaxta») dizayn edib. İş adamı ilə görüşən Nazim İbrahimov isə Kurtoğullarını Bakıya dəvət edib. Daha sonra komitə sədrinin Türkiyədən nə az, nə də çox, düz 400 yaxta sifariş etdiyi bildirilir.
Qeyd etdiklərimiz, N.İbrahimovun biznesini tam əhatə etmir. Onun xaricdə, xüsusilə Ukrayna, Türkiyə və İsraildə də geniş biznes şəbəkəsinin, otel, restoran və daşınmaz əmlakının olması haqda məlumatlar var. Komitə sədrinin Ukraynada da tikinti biznesilə məşğul olduğu haqda məlumatlar var. Onun Diaspor üzrə Dövlət Komitəsinin sədri kimi xaricdə milli diasporun formalaşdırılmasından daha çox biznes fəaliyyətilə məşğul olduğu bildirilir. Təsadüfi deyil ki, bir çox ekspertlərin fikrincə, bu komitə onun üçün, Azərbaycan -Avropa ticarət palatasından basqa bir sey deyil.
Bütün bunlar isə N.İbrahimovun narahatlığının əbəs olmadığını göstərir. Etimad itirilibsə hər şey bir gündə itirilə bilər.

Elçin Əmirov
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 20
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • İbrahimovlar imperiyasının detalları

    İbrahimovlar imperiyasının detalları ...

    27-12-2012, 08:10

  • 
  • Nazim İbrahimov prezidentə məktub yazdı

    Nazim İbrahimov prezidentə məktub yazdı ...

    14-12-2012, 13:35

  • 
  • Nazim İbrahimov hədəfdə

    Nazim İbrahimov hədəfdə ...

    5-04-2014, 13:30

  • 
  • ““El”i Eldar Namazodan alacam” – Əflan İbrahimov

    ““El”i Eldar Namazodan alacam” – Əflan İbrahimov ...

    27-08-2013, 11:55

  • 
  • Əflan İbrahimov Milli Şuranı hədələdi

    Əflan İbrahimov Milli Şuranı hədələdi ...

    26-08-2013, 11:31


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu