Uzun illərdir davam edən edən hakimiyyətdaxili qruplaşmaların savaşı artıq pik nöqtəyə çatıb. Əvvəllər bir qədər arxa müstəvidə aparılan mübarizənin açıq formaya keçməsi əksər məmurları bərk narahat edib. Daha doğrusu, bu savaşın nəticəsi olaraq onların vəzifə itirmək qorxusu yaranıb. Əslində, İbrahimova münasibətin dəyişməsi bir qədər əvvəlki illərə təsadüf edir. Belə ki, ötən prezident seçkilərindən bir müddət əvvəl ölkədə böyük biznes şəbəkəsinin sahiblərindən olan, tikinti bazarını az qala nəzarətə götürən, böyük kollektivlə “ATV” telekanalına malik olan Nazim İbrahimov qismən zəiflədildi. ATV ilə tikinti biznesi isə tamamilə Nazim İbrahimovdan alındı. Bundan sonra ölkə mətbuatında Nazim İbrahimovun yeni komandada təmsil olunmayacağı ilə bağlı xəbərlər yayıldı. Amma müəyyən dəstəklə Nazim İbrahimov yenə də öz postunu qismən qoruyub saxlaya bildi. Bəs indi necə, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov bu dəfə öz postunu və Ukraynadakı biznesini əlində saxlaya biləcəkmi? Ukraynadakı biznesə “Əlvida!” “Gündəm xəbər”ə daxil olan məlumata görə, komitə sədri Nazim İbrahimov Ukraynadakı biznesini demək olar ki, itirir. Ukraynada hakimiyyət dəyişikliyi N.İbrahimovun bu ölkədə səfir olarkən qurduğu əsasən tikinti və metal biznesinin itirilməsi ilə nəticələnir. Məlumata görə, Ukraynadakı yeni hökümət əsasən azərbaycanlıların və türklərin biznes şəbəkəsinə əl qoyub. Azərbaycanlı olaraq Kiyevin müxtəlif vilayətlərində böyük biznesi olan Nazim İbrahimovun bir neçə tikinti şirkətinin fəailiyyəti dondurulub. Bunun da özəl səbəbləri var. Ukraynada hakimiyyətə gələn yeni komanda bu ölkədə olan diaspora təşkilatımızdan lazımlı dəstək umsa da, bunun şahidi olmayıb. Və daha başqa səbəblər də istisna deyil. Diasporamız hardadır? Azərbaycanın xarici ölkələrində olan Diaspora təşkilatları fəaliyyətsiz olduqları üçün Nazim İbrahimovu günahlandırırlar. Onlar yetərli maliyyə imkanlarının olmadığını əsas gətirərək erməni diasporasına uduzduqlarını açıq etiraf edirlər. Elə isə Azərbaycan hökumətinin diaspora təşkilatlarının fəaliyyəti üçün ayırdığı maliyyəni Nazim İbrahimov hara xərcləyir? Misal üçün Gürcüstanı göstərək. Hamıya məlumdur ki, erməni və rus diasporası bu ölkədə açıq şəkildə at oynadır. Üstəlik Azərbaycan kəndlərində belə açıq təbliğat işləri həyata keçirirlər. Bəs, Nazim İbrahimovun diasporası hardadır? Diaspora nümayəndələri açıq şəkildə bildirirlər ki, işlərin görülməsi üçün ayrılan pullar, udulan layihələrdən gələn maliyyə onların əlinə çatmır. Faktiki olaraq Gürcüstandakı diaspora təşkilatlarımız fəaliyyətsizdir. Siyasi proseslərin bu dönəmində Gürcüstan və Rusiyadakı diaspora təşkilatlarımıza böyük diqqətin göstərilməsi vacib olduğu halda Nazim İbrahomov hələ də gözləmə mövqeyindədir. Aydındır ki, ABŞ və Rusiyanın Ukraynadan sonrakı planı Gürcüstan və ordakı nəzarətsiz ərazilər ola bilər. Bu barədə gürcü millət vəkilləri açıq şəkildə bəyanatlar verir, hər kəsi diqqətli olmağa çağırır. Gürcüstandakı mıənbələrdən və məbuatdan gələn məlumatlarda qeyd olunur ki, artıq erməni və rus diaspora təşkilatları ciddi layihələr həyata keçirir. Bəs, Nazim İbrahimovun nəzarətindəki Diasporla İş üzrə Dövlət Komitəsi nəyi gözləyir? Əlbəttə, maliyyə ayırmaq istəmirlər. Bura ayrılan maliyyənin əvəzində böyük biznes şəbəkəsini bir qədər də genişləndirmək olar. Bütün bunlar Nazim İbrahimovun rəhbəri olduğu Diasporla İş üzrə Dövlət Komitəsini susqun fəaliyyətini diqqətə gətirir. Yəqin ki, Avropaya inteqrasiya edən Azərbaycanın diasporası daha güclü olmalıdır. Amma əksinə, biz hələ də bunun şahidi olmamışıq. Hələlik isə, hakimiyyətdaxili qruplaşmaların savaşında Nazim İbrahimov öz mövqeyini qoruyub saxlamağa üstünlük verir. Toğrul
Sorğu
Yeni dizaynımız necədir?