GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Nəqliyyat Nazirliyinin taksi-avtobus “şapka”sı

Nəqliyyat Nazirliyinin taksi-avtobus “şapka”sı

Tarix: 10-01-2014, 12:16 Bölmə :Manşet Baxış: 962
Nəqliyyat Nazirliyinin taksi-avtobus “şapka”sı
“2015-ci ildə keçiriləcək Bakı I Avropa Olimpiya Oyunlarına qədər Bakıya 2 minə yaxın “London taksisi”nin gətirilməsi planlaşdırılıb. Üstəlik, artıq bu il marşrut xəttinə yüzlərlə yeni avtobus buraxılacaq.

Gələn ilin iyun ayına qədər isə onların sayı 1200-dən çox olacaq. Bu avtobusların arasında iritutumlular da olacaq, ortatutumlular da. Xətlərdəki köhnə avtobuslar isə yenilənəcək və olimpiya oyunlarına baxmağa gələcək qonaqların istifadəsinə veriləcək” - Nəqliyyat Nazirliyi Katibliyinin rəhbəri Namiq Həsənov belə deyir.

Virtualaz.org saytının bu açıqlamadan sonra apardığı araşdırma göstərib ki, Bakıya yeni taksiləri gətirəcək şirkət “Baghlan Group” şirkətidir. Bu şirkətin sahibi isə “Hafka” adı ilə tanınan iş adamı Hafiz Məmmədovdur.



Bütövlükdə götürəndə H.Məmmədov Bakı olimpiya oyunlarının hazırlığına elə möhkəm girişib ki, adama bəzən elə gəlir bu oyunlar elə onun üçün keçirilir. Hər halda indi “Hafka” üçün hüdudsuz imkanlar açılır. Burada adamı narahat eləyən bir məqam da var - Bakı Avropa Olimpiadasının Avropa Korrupsiadasına çevrilməsindən qorxursan...

Hamıya çoxdan bəllidir ki, istedadlı işbaz olan “Hafka” Nəqliyyat Nazirliyinin rəhbərliyi ilə əl-ələ verərək yaxşı şəbəkələşmiş güclü korrupsiya mexanizmi yarada bilib. Taksi və avtobus idxalı ondan ötrü sonuncu ən gəlirli əməliyyatlardan biridir.

Burada ortaya haqlı bir sual çıxır: paytaxt üçün nəqliyyat vasitələrinin alınması (idxalı) ilə niyə yalnız “Baghlan Group” şirkəti məşğul olur?



“London taksiləri” prinsip etibarilə bakılıların xoşuna gəlib. Onlara heç kimin iradı, etirazı yoxdur. Arayış üçün deyək ki, “London taksiləri” dediyimiz məşhur “keb”lər uzun illər Londonun simvollarından olub. Klassik London “keb”i (“Hackney carriage”) qara rəngdə idi. İndi isə onlar istənilən rəngdə ola bilər. Məsələn, Bakıya bənövşəyi rəngli taksilər gətirilib. Bakılılar rəngini nəzərə alaraq ona dərhal ad qoydular: “badımcan taksilər”.

Bu taksi 5 sərnişin yerlikdir. Amma adi minik maşınlarından fərqli olaraq London “keb”lərindəki bütün oturacaqlar arxada yerləşir. Arxa oturacaqda üç sərnişin əyləşə bilir, onlarla üzbəüz isə daha iki oturacaq var. Beləliklə, “keb”də beşlikdə yola çıxmaq ünsiyyət baxımından çox münasibdir. Sürücünün yanındakı yer isə baqaj kimi istifadə edilə bilər. Hər taksinin üzərində “TAXİ” yazılmış xüsusi plafon (işıqlandırılan lövhə) var. Taksi boş olanda bu plafon yanır. Bütün bu deyilənlər klassik London “keb”lərinə aiddir...

Araşdırmalarımız zamanı öyrəndik ki, İngiltərədə bu “keb”lərin istehsalı çoxdan dayandırılıb. Həmin maşınların analoqunu özünü hər yerə soxan Çin, daha doğrusu, bu ölkənin “Zhejiang Geely Holding Group Co” şirkəti istehsal edir. Çin şirkəti “keb”ləri istehsal etmək hüququnu iflasa uğramış London şirkəti “Manganese Bronze Holdings Plc”dən alıb. “Zhejiang Geely Holding Group Co” şirkəti ilə saziş bağlanana qədər isə bu şirkətin Honkonq bölməsi Britaniya şirkətinin səhmlərinin 19,97 faizini almışdı. Hələ o zaman birgə müəssisə yaradılmış və Çin istehsalı olan detallardan istifadə olunmaqla taksi kimi işlədiləcək avtomobillərin yığılmasına başlanılmışdı.

Bu cür “kitayski” “keb”lərin qiyməti orijinalına baxanda təbii ki, əhəmiyyətli dərəcədə azalıb və haradasa 6-7 min dollar arasındadır. Amma həmin Çin maşınlarının biri Azərbaycana nəyə görəsə 10 min dollardan alınıb gətirilir!



Hələ bu da hamısı deyil. Görünür, bizim ölkəmiz üçün nəzərdə tutulan bu “xüsusi” qiymətə alınıb gətirilmiş avtomobillər sürücülərə icarəyə verilir. “Baghlan Group” əvvəllər “London taksiləri” sürücülərinə ayda 248 manat maaş verirdi. Bu sürücülərə qoyulmuş gündəlik plan isə 21 manat idi. Lakin bir müddətdən sonra “badımcan” taksi sürücülərini maaşdan ümumiyyətlə məhrum etdilər, gündəlik planı isə 28 manata qaldırdılar. Belə olanda isə sürücülər “badımcanlar”ını atıb kütləvi şəkildə işdən getdilər...

“London taksiləri”nin Binəqədidəki taksoparkının direktoru “Hafka”ya çox yaxın şəxs olan İlqar Qasımov adlı biridir. Görünür, “Hafka”ya bağlılığına görədir ki, İ.Qasımov maliyyə baxımından anlaşılmaz və məntiqsiz iş şərtlərindən narazı qalan sürücülərin bütün şikayətlərinə belə cavab verir: “Gedin kimə istəyirsiniz, şikayət edin. Kim işləmək istəmirsə, onu burada zorla tutub saxlamırıq. Çıxıb gedə bilər”.

Virtualaz.org saytının müxbiri ilə söhbət edən sürücülər bildiriblər ki, “badımcan taksilər”i onlara bir növ 6 illiyə kreditə veriblər. Amma oturub hesablayanda məlum olur ki, bu Çin maşını onlara az qala 60 min manata, yəni “Hafka”nın qiymətindən 6, avtomobilin ilkin qiymətindən isə 10 dəfəyə yaxın baha başa gəlir.

Bakıdakı ingilis-Çin “keb”lərinin sayı 1000-ə yaxındır. Daha 2000 belə maşın gətirməyi də planlaşdırırlar. Özünüz hesablayın, görün öləmizin nəqliyyatçı oliqarxları daha nə qədər qazanacaq...

Lakin hələ bu da hamısı deyil. Hafiz Məmmədovun maxinasiyalarının, pul axınının mənbələri adamı sadəcə heyrətə salır. O, avtomobillərin Bakıya çatdırlmasından da xeyli qazanır. İdxal olunan “London taksiləri” Honkonqdan əvvəlcə Batum limanına, oradan isə Bakıya gətirilir. Bütün bu məsələlərlə isə “Hafka”nın şəriki olan Uğur adlı bir türk işbaz məşğul olur. Maşınlar xaricdə güzəştli qiymətlərlə alınır, onlar Bakıya ən ucuz yollarla çatdırılır, real xərclərlə sənədlər üzərindəki qiymətlər arasında yaranan fərqdən əmələ gəlmiş qazanc isə birbaşa “Baghlan Group”un hesabına, yəni həm də Nəqliyyat Nazirliyi rəhbərlərinin cibinə axır.

Bəlkə də təəccüblənib sual verəcəksiniz: bəs dövlət büdcəsi? Əlbəttə, “keb” və avtobus sazişləri əməliyyatlarından ora da xırda-xuruş pay çatır. Bundan başqa, “Baghlan Group” Bakıda sərnişindaşıma biznesinin 20 faizinə nəzarət edən nəqliyyat şirkətinə də malikdir. Cənubi Koreya istehsalı olan ucuz və keyfiyyətsiz avtobusların alınıb Azərbaycana gətirilməsi ilə məhz bu şirkət məşğul olur. Amma əgər şirkətin rəsmi sənədlərində yazılanlara inansaq, onda bəlli olar ki, Bakıda hər gün gözümüzün qabağında ora-bura şütüyən bu sınıq-salxaq avtobuslar “tamamilə təzə və elitar” maşınlar imiş... Cənubi Koreyadan alınan bu tör-töküntü “Hafka”nın şirkətinin rəsmi sənədlərində kondisionerlə və müasir texnika və texnologiyanın ən son nailiyyətləri ilə təchiz olunub. Təbii ki, kağız üzərində... Bakıda indiyə qədər kim kondisionerli marşrut avtobusunda heç olmasa bircə dəfə gəzib? Bakıda yayda avtobusun pəncərəsi açılanda belə bunu xoşbəxtlik sayırıq...



Bu avtobus əməliyyatındakı fırıldaq göz qabağındadır. “Baghlan Group” guya kondisionerli olan bu avtobusları dövlətə 80 min dollara sırıyır, halbuki onların real qiyməti 50 min dollara da çatmır. İdxalla məşğul olan şirkətin qazancını özünüz hesablayın...

Müqayisə üçün deyək ki, “Mercedes” markalı komfortlu, kondisionerli və lüks avtobuslar İstanbul bələdiyyəsinə cəmi 75 min dollara başa gəlir.

Çox maraqlıdır, xaricdən taksi və avtobuslar alınması kimi bahalı dövlət sifarişlərinin icrası niyə heç bir tender keçirilmədən və niyə məhz “Baghlan Group” şirkətinə tapşırılır? Baş Prokurorluq və Hesablama Palatası bu qəribə faktları niyə araşdırmırlar?

Əgər bu suallara cavab verilsə, belə bir araşdırma aparılsa, “Baghlan Group” şirkətinin dövlət büdcəsini necə oğurlaması və hökuməti necə aldatması yəqin ki, hamıya aydın olar...
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Hafkanın “biznes imperiyası” rəsmən çökür

    Hafkanın “biznes imperiyası” rəsmən çökür ...

    17-03-2015, 01:06

  • 
  • Dayanacaqlarda pulsuz internet olacaq

    Dayanacaqlarda pulsuz internet olacaq ...

    11-11-2013, 23:12

  • 
  • Yeni avtobuslar gətirildi (VİDEO)

    Yeni avtobuslar gətirildi (VİDEO) ...

    27-11-2014, 19:33

  • 
  • 2015-ci ilə qədər nəqliyyat sahəsində yeniliklər olacaq (VİDEO)

    2015-ci ilə qədər nəqliyyat sahəsində yeniliklər ...

    13-01-2014, 03:14

  • 
  • Ziya Məmmədovu kimlər vurur?

    Ziya Məmmədovu kimlər vurur? ...

    17-04-2014, 10:16


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (254)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu