GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Mikayılov Cabbarov İçərişəhəri bazara çevirib

Mikayılov Cabbarov İçərişəhəri bazara çevirib

Tarix: 12-01-2014, 00:06 Bölmə :Manşet Baxış: 1 470
Mikayılov Cabbarov İçərişəhəri bazara çevirib
Nazir dövlət qoruğunu öz dövründə kafe-restoranlar, hotellər yuvasına döndərib, məmurlar göydələnlər tikib kirayəyə verirlər; Bakının qədim tarixi ərazisi xəritədən silinir

Bakının tarixi mərkəzi xəritədən silinir. Köhnə İçərişəhərlə bu günü müqayisə etsək, dövlət qoruğunun artıq Dubaya ya da istirahət mərkəzinə çevrildiyini görə bilərik. Sanki dövlət qoruğu yox, turizm məskənidir.

Halbuki, qədim binalar və tarixi olan tikililər qorunub saxlanmaqla Bakının ən əzəmətli nöqtəsi növbəti nəsillərə əlbəəl ötürülə bilərdi. Amma kommersiya maraqları, məmurların acgözlüyü İçərişəhəri restoranlar şəbəkəsi olan bir yerə çevirib. Xüsusilə indiki təhsil naziri Mikayıl Cabbarovun dövründə İçərişəhər ən vandalizm günlərini yaşayıb.
Belə ki, İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Mikayıl Cabbarov təhsil naziri postuna təyin olunduqdan sonra burada aparılan təmir-tikinti işləri qismən dayanıb. İçərişəhər sakinləri deyirlər ki, təmirə bağlanan Qız Qalasında işlər davam etdirilsə də, başqa yerlərdə əvvəlki kimi tikinti bumu yaşanmır.
Məlumat üçün bildirək ki, Qız Qalasının təmiri və bərpasına dövlət büdcəsindən 2,5 milyon manat vəsait ayrılıb. Bərpa işləri Avstriyanın bərpaçı mütəxəssisi Erix Pummerin başçılıq etdiyi “Atelier Erich Pummer” şirkətinə həvalə edilib. Bərpa prosesinin isə 2013-cü ilə qədər bitəcəyi gözlənilirdi. Amma 2014-cü il başlayıb və rekonstruksiya işləri gedir.
İçərişəhər sakinləri həmçinin bildirirlər ki, tarixi qoruqda qala divarlarının bir neçə yerində baş verən dərin çatlar hələ də təmir olunmayıb. İçərişəhərdə Kiçik Qala küçəsinin sakinləri şikayətlənirlər ki, tarixi qoruğun ərazisində yeni restoran və kafelərin sayı çoxalır.
Sutkada 24 saat fəaliyyət göstərən restoranların fəaliyyəti burada yaşayan sakinləri olduqca narahat edib. Sözügedən küçədə yaşayanlar deyirlər ki, sürətlə çoxalan restoran və kafelərin gediş-gəliş yollarının üzərində tikilməsi onların avtomobilləri ilə evlərinə gəlməsinə və həmin restoranlardan çıxan tüstü-dumanın hər yeri bürüməsinə səbəb olur.
Dəfələrlə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin keçmiş rəhbəri Mikayıl Cabbarovun qəbulundan olublar. Ona bu məsələ ilə bağlı narahatlığı ifadə ediblər. Amma həmin kafe və restoran sahibləri deyirlər ki, biz lazımı olan yerlərin aylıq “hörmət”ini edirik. Gedin, hara şikayət edirsiniz, edin. Hətta burada qoruq idarəsinin işçilərinin də bir neçə kafesi fəaliyyət göstərir. Təkcə restoranlar yox, hotellər, səfirliklər üçün ofislərin istifadə olunduğu yer olub İçərişəhər.
Ümumiyyətlə, bir neçə minillik tarixi olan İçərişəhər məhv olmaq təhlükəsi ilə üz-üzədir. İçərişəhərin qədim qala divarları bərpa olunmaq əvəzinə uçurulur. Sökülən divarın yerində kubik və armaturdan yeni divar inşa edilir.
M.Cabbarovdan sonra yeni rəhbər Samir Nuriyevin dövründə isə tikinti işləri nisbətə azalıb. Amma İçərişəhərin görkəmi tamam dəyişib, tarixilik koloriti it-bat olub. Bir müddət öncə bu qədim şəhərin bərpasına başlansa da, artıq burada əksər abidələr dağıdılıb, yerində çoxmərtəbəli binalar inşa olunub. Şəhərin görünüşü pozulub, ərazisində həddindən artıq sıxlıq yaranıb və şəhər demək olar ki, yüklənib. Burada tikilən yeni hotellər artıq qala divarlarından da üstə çıxıb.
Avtomobillər də İçərişəhəri zəbt edib. Avtomobillərin sıxlığından orada nə səki görmək olur, nə də küçə. Başa düşmək olmur ki, İçərişəhərə gəlmisən, yoxsa avtomobil dayanacağına. Bu biabırçılıq İçərişəhərə təhqirdir. Şəhərin Qoşa Qala qapısından içəri daxil olan kimi sağda da maşın cərgəsi var, solda da, qarşıda da.
Yuxarı qalxırsan, orada da şirkətlər və onların da qarşısında maşın sırası var. İndi turistlərin İçərişəhərdə rahat gəzib istirahət etməsi üçün yer qalmayıb. Bir az Şirvanşahlar sarayı tərəfdə yer qalıb. Qalan yerlərin hamısı çoxmərtəbəli binalarla əhatə olunub.
Mütəxəssislər deyirlər ki, İçərişəhər Dünya Abidələri siyahısından çıxa bilər. Turistlər ölkəmizə gələndə onlara qədim tarixi abidələrimizi göstəririk. Başqa onları nə maraqlandırır? Göydələnləri onlara göstərməyin mənası yoxdur. Çünki bu cür tikililərdən onların ölkələrində yetərincə var. Artıq İçərişəhərin o qədim quruluşu itib. Yəni əvvəllər İçərişəhərin hər nöqtəsindən Xan Sarayı görünürdüsə, bu gün o tikili itib-batıb.
Bundan başqa, İçərişəhərdə yaşıllıq qalmayıb. İçərişəhərdə sərin su kəhrizləri betonla doldurulub, hava gələn dar küçələri tutulub, qədim tarixi su quyuları doldurulub, məhv edilib. Hərə bu balaca yerdə bir firma, bir səfirlik, bir bank və digər təşkilat açır.
Sakinlər bildirirlər ki, İçərişəhərdəki müasir binaları hansısa məmur, vəzifə sahibi tikib verib kirayəyə. Rəsmi açıqlamaya görə, Qala divarlarının Bakı meriyasından İsmailiyyə (Milli Elmlər Akademiyası) binası ilə yanaşı olan topxanaya kimi restavrasiyası və konservasiyasına başlanıb. Bu hissədə qala divarlarının möhkəmləndirilməsi və restavrasiyası ilə bağlı genişmiqyaslı iş aparılır. Xatırladaq ki, İçərişəhər Orta Şərqin ən qədim məskənlərindən biridir. Aparılan qazıntılar göstərir ki, bu ərazi hələ tunc dövründə (eradan əvvəl 4-cü minilliyin sonlarından 2-ci minilliyin sonuna kimi) məskunlaşıb. 19-cu əsrədək bir neçə minlik məhəllə elə Bakının özü demək idi.

A.Ağasoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Mikayıl Cabbarov kimdir?

    Mikayıl Cabbarov kimdir? ...

    21-04-2013, 13:24

  • 
  • Prezident Şəkinin tarixi hissəsinin qorunması ilə bağlı sərəncam imzaladı

    Prezident Şəkinin tarixi hissəsinin qorunması ilə ...

    21-01-2016, 19:14

  • 
  • Mikayıl Cabbarov Bayram Hüseynzadəni “vurdu”

    Mikayıl Cabbarov Bayram Hüseynzadəni “vurdu” ...

    1-07-2013, 17:43

  • 
  • Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına vəzifə verdi

    Mikayıl Cabbarov Misir Mərdanovun yaxın adamına ...

    11-12-2013, 13:49

  • 
  • Milli mədəni irslə bağlı yeni təlimatlar təsdiqləndi

    Milli mədəni irslə bağlı yeni təlimatlar ...

    28-02-2016, 09:20


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (327)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu