Tək aviabilətə 9 min manat ödəyən məmur təhsil naziri oldu
Yayılan məljumata görə, bu gün Azəırbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə təhsil naziri Misir Mərdanov vəzifəsindən azad olunub. Həmin vəzifəyə "İçərişəhər" Dövlət Memarlıq Qoruğunun rəisi Mikayıl Cabbarov təyin olunub. Bəs yeni təhsil naziri kimdir. M.Cabbarov haqda ilk rəyi REAL hərakatının Məclis Sədri Erkin Qədirli verib. O özünün "facebook" səhifəsində bunları yazıb: "1. Mikayıl Cabbarov dostumdur. 2. Mikayıl Cabbarov savadlı hüquşünas, bacaraqlı idarəçidir (menecer). 2. Dostum olduğuna görə, onun vəzifədə olduğu müddətdə heç bir universitetdən dərs demək təklifini qəbul etməyəcəyəm (belə təklifin olduğu halda nə edəcəyimi soruşurlar deyə, yazdım). 3. Bu siyasi sistemdə təhsil islahatları mümkün deyil (kosmetik dəyişikliklər sayılmır). 4. Mikayıl Cabbarov dostumdur deyə, kimsəyə təhsil sahəsində yardım edəsi deyiləm (mənim vasitəmlə ona çıxış axtarmayın - təəssüf ki, belə cəhdlər artıq başladı) 5. Mikayıl Cabbarovun İqtisadi İnkişaf Nazirinin müavini, sonradan isə İçəri Şəhər Qoruğunun müdiri vəzifələrindən özüm və ya başqaları üçün istifadə etməmişəm. Onun Təhsil Naziri vəzifəsində də özüm üçün fürsət görmürəm. 6. Mikayıl Cabbarov yox e, lap özümü də nazir təyin etsələr, yenə də deyəcəyəm - İlham Əliyevin 3-cü dəfə namizəd olmaq hüququ yoxdur. 7. Siyasətə şəxsi münasibətləri gətirməyin həmişə əleyhinə olmuşam, bundan sonra da olacağam. Sistem kökündən dəyişdirilməlidir, cümhuriyyətimiz bərpa olunmalıdır. Mən buna görə müxalifətdəyəm, mən bunun uğrunda ReAl'dayam" Yeni nazir haqda o qədər də uzaq olmayan bir faktı da xatırlamağa dəyər. Ötən ilin yayında türk mediası İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin rəisi Mikayıl Cabbarovun kobudluğundan yazmışdı, qarşı tərəfsə köşə yazarını yanlışlıqda ittiham edib və o əxlaqın sahibi olmadığını isbatlamağa girişərək demişdi ki müəllif səhv edir, Barselonaya 19 nəfərlə yox, 5 nəfərlik ailə üzvüylə bərabər gedib. İnanaq Mikayıl bəyə - öz ailəsi ilə getməsinə də, stüardessanı aşağılamamasına da. Zatən, Qoruq rəisi o qədər yekə vəzifə deyil və Mikayıl Cabbarovun Türk Hava Yollarında işləyən kimisə işdən çıxarma hikkəsinin heç bir məntiqi əsası yoxdur. Amma problem bu deyil ki?! Beləliklə, ötən il avqustun 11-də ailəsi ilə birgə Barselonaya yollanan Mikayıl bəyin ən azı 20 gün Avropada dincələcəyini ehtimal etmək olar. Hər kəsin məzuniyyət və dincəlmə haqqı var. Ancaq məsələ ondadır ki, Türk Hava Yollarına məxsus təyyarənin “biznes-klas”ında Barselonaya uçmaq üçün 1.637 avro ödəməlisən. Deməli, 5 nəfərlik ailəsi ilə Barselonaya “biznes-klas”da yollanan Mikayıl Cabbarov 8.185 avro pul sərf edib. 20 günlük istirahətin xərcini də bu məbləğin üstünə gəlib, təxmini bir rəqəm hesablayın! Içərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu Idarəsinin prezidentin təsdiqlədiyi Əsasnaməsinə görə (22-ci bənd), idarə rəhbərinin əmək haqqı “Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin... əməyinin ödənilməsi normalarına bərabər tutulur”. Belə çıxır ki, Mikayıl Cabbarovun aylıq əmək haqqı heç 1000 manat da eləmir. Bəs, ayda 1000 manat qazanan adam 5 biletə necə 8.185 avro (təxminən 9 min manat) ödəyib? Bəlkə yeməyib, içməyib, 9 ay yığıb ki, Barselonaya bilet alsın? Yoxsa bizneslə, kommersiya fəaliyyəti ilə məşğul olur və əlavə qazanc yeri var? Vəzifəli şəxsin kommersiya fəaliyyəti ilə məşğul olmasını əngəlləyən bir qucaq qanun mövcuddur. “Dövlət Qulluğu haqqında” Qanunda vəzifəli şəxsin digər fəaliyyət növlərilə, o cümlədən bizneslə məşğul olması qadağandır. “Vəzifəli şəxslərin fəaliyyətində maraqlar toqquşmasının qarşısının alınması haqqında” Qanunun 4.2-ci maddəsində də göstərilir ki, “vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə bir araya sığmayan fəaliyyət növü ilə məşğul ola... bilməz!” Mikayıl Cabbarov idarə rəisliyinə 2009-cu ildə təsdiqlənib, bu vaxta qədər isə Iqtisadi Inkişaf nazirinin müavini vəzifəsini icra edib. Yəni onun bu vəzifədən əvvəl də “kommersiya fəaliyyəti ilə məşğul olması” və ya hansısa müəsisədə “təsiredici səhm payına” sahiblənməsi istisnadır. Bəs, M.Cabbarov hansı pullarla istirahətə gedib? “Korrupsiyaya qarşı mübarizə haqqında” Qanunun 5.1-ci maddəsinə görə, vəzifəli şəxs “mənbəyini, növünü və məbləğini göstərməklə hər il öz gəlirləri barədə” məlumat verməlidir. Beləliklə, yeni nazir keçmişiylə bəlli....
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?