GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Perinatal Mərkəzdə gizlədilən uşaq ölümü

Perinatal Mərkəzdə gizlədilən uşaq ölümü

Tarix: 15-01-2014, 12:56 Bölmə :Manşet Baxış: 1 521
Perinatal Mərkəzdə gizlədilən uşaq ölümü
Əzim Nağdəliyevin həkimləri günahı 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının üstünə atır

Məlum olduğu kimi yanvarın 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2013-cü ilin sosial-iqtisadi inkişafının yekunlarına və 2014-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclası keçirilib. Həmin iclasda çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev 2013-cü ilin ölkə səhiyyəsi üçün uğurlu olduğunu, prezident İlham Əliyevin Azərbaycan səhiyyəsinin maddi-texniki bazasının gücləndirilməsinə böyük diqqət göstərdiyini, bunun nəticəsində ölkəmizdə yüksək texnologiyalarla təchiz olunan tibb mərkəzlərinin yaradılmasının geniş vüsət aldığını vurğulayıb.

Nazirin sözlərinə görə, son illərdə istifadəyə verilən 500-dən artıq səhiyyə müəssisəsinin 70 faizi regionların payına düşür: “İndi Azərbaycanın bütün bölgələrində müasir, yaraşıqlı tibb mərkəzləri fəaliyyət göstərir. Onların hər birində keyfiyyətli tibbi xidmət üçün hər cür şərait və təchizat vardır. Bu gün nəinki Bakıda, hətta bölgələrimizdə ən mürəkkəb cərrahiyyə əməliyyatları həyata keçirilir. Regionların inkişafını yerlərdə əhali də yüksək qiymətləndirir. Ötən il ölkə başçısının göstərişi ilə müxtəlif rayonlarda keçirilən səyyar qəbullar zamanı yüzlərlə vətəndaşla görüşlər olub. Orada müraciət edən insanların problemlərinin operativ həlli ilə yanaşı, hər kəs bölgələrdə yaradılan şəraitdən, müayinə və müalicə imkanlarından razılıq edirdi. Həyata keçirilən sosial yönümlü siyasətin nəticələri tibbi-demoqrafik göstəricilərdə də öz əksini tapır. Doğum göstəricisi 13,9-dan 18,6-ya qalxmış, ölüm göstəricisi isə 6-dan 5,9-a düşmüşdür. Təbii artım 7,9-dan 12,7-dək yüksəlmişdir ki, bu da Avropa ölkələri arasında ən yüksək göstəricidir”. Təbii ki, səhiyyə nazirinin təqdim etdiyi rəqəm və göstəricilər kifayət qədər nikbinlik üçün əsas verir. Lakin bu da bir həqiqətdir ki, tibb müəssisələrimizin dövlət qayğısı sayəsində ən yeni texnoloji cihaz və avadanlıqlarla təshiz olunması, hələ bu sahədə əhaliyə müvafiq yüksək səviyyəli xidmətlərin göstərilməsi anlamına gəlmir. Məsələ bundadır ki, bir çox hallarda alınan müasir avadanlıqların peşəkar istismarı yerlərdə tibbi personal tərəfindən təmin oluna bilmir. Nəticədə isə bu yüksək texnologiya nümunələri tibb müəssisələrinə müraciət edən xəstələrə adi hərarət ölçən cihazdan da az fayda vermiş olurlar. Digər tərəfdən isə respublikamızda fəaliyyət göstərən bir çox səhiyyə müəssisələrində çalışan tibbi personalın, həkimlərin peşəkar hazırlıq səviyyəsinin aşağı olması göstərilən ənənəvi tibbi xidmətlərin keyfiyyətinə də neqativ təsir göstərir. Tibb müəssisələrində baş alıb gedən rüşvət yığımı hərisliyi isə bəzənhətta fatal nəticələrə belə səbəb olur. Məhz bu xüsusda bu gün respublikanın müxtəlif doğum evlərində və şöbələrində cərəyan edən proseslər də diqqəti cəlb edir.

Qeyd etmək lazımdır ki, səhiyyə naziri sözügedən iclasda çıxışı zamanı ölkəmizdə ana və uşaq ölümü ilə bağlı mövcud statistik göstəriciləri də diqqət mərkəzinə çəkmiş, bu sahədə göstəricilərin azalma tendensiyasını xüsusi olaraq vurğulamışdır. Onun sözlərinə görə, bu gün ölkəmizdə ana və uşaq sağlamlığı sahəsində müsbət dinamikamüşahidə olunmaqdadır. Belə ki, 2006-cı ildə ana ölümü əmsalı 34,2 idisə, 2013-cü ildə bu rəqəm 14,5-ə enib. Uşaq ölümü üzrə göstərici əmsalı isə 16,2 promillidən 13-dək aşağı düşüb. Əlbəttə ki, bizim bu rəqəmləri qətiyyən şübhə altına almaq niyyətimiz yoxdur. Lakin nəzərə almaq vacibdir ki, qeyd olunan “13 promilli” anlayışının arxasında əslində neçə-neçə ailənin faciəsi durur. Və ən azından səhiyyə naziri öz hesabatında konkret say göstəricilərinə müraciət etmiş olsaydı, bu həm ölkə rəhbərliyinin, həm də ictimaiyyətin obyektiv məlumatlandırılması baxımından daha münasib olardı.

Təəssüflər olsun ki, kütləvi informasiya vasitələrinə təqdim olunan məlumatlardan bir çox hallarda Səhiyyə Nazirliyinin özünün də ölüm faktları barədə müvafiq tibb müəssisələri tərəfindən dürüst məlumatlandırılmadığı qənaətinə gəlmək olur. Bu xüsusda redaksiyamıza yeni daxil olmuş məlumatda Bakı şəhəri, Maştağa qəsəbəsində yerləşən 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsində ötən ilin dekabr ayında dünyaya gəlmiş körpənin müəmmalı ölümü ilə bağlı açıqlamalar diqqəti cəlb edir. Öncədən qeyd edək ki, redaksiyamıza, məlumatlarda qeyd olunmuş faktları təsdiq edən müvafiq sənədlərin surəti də təqdim olunmuşdur. Beləliklə, məlumata əsasən ötən ilin dekabr ayında 7 saylı Birləşmiş Şəhər Xəstəxanasının doğum şöbəsinə (şöbənin müdiri həkim Səadət xanımdır) gətirilən hamilə qadın, ayın 8-də elə bu müəssisədəcə bir övlad dünyaya gətirmişdir. Doğuşu qəbul edən həkim Tamilla xanım, uşağın səhətinə nəzarət edən həkim-pediatr isə Vəfa xanım olmuşlar. Doğuşdan az müddət sonra uşağın vəziyyətində pisləşmə müşahidə olunmağa başlayıb. Şöbənin həkimləri tərəfindən hansı tədbirlərin görüldüyü barədə dəqiq məlumatımız olmasa da, mənbənin dediyinə görə 12 dekabr tarixində uşağın vəziyyətinin daha da pisləşməsi səbəbindən onu 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında Respublika Perinatal Mərkəzinə göndərirlər. Artıq dekabrın 13-də isə körpənin xəstəliyi ölümlə nəticələnir. Əlbəttə ki, bu halın özü artıq kifayət qədər böyük bir faciədir. Lakin hər iki tibb müəssisəsinin həkimləri tərəfindən bu hadisədən sonra nümayiş etdirilən mövqey olayın daha da dramatikləşməsinə yol açır. Belə ki, baş vermiş ölüm halına görə məsuliyyəti heç bir tərəf üzrinə götürmək istəmir. Baş həkim Əzim Nağdəliyevin rəhbərlik etdiyi Perinatal Mərkəzdə iddia edirlər ki, uşaq buraya gətirilərkən artıq onun xilası üçün heç bir şans qalmamışdı. Başqa sözlə desək, Perinatal Mərkəzin həkimləri 7 saylı Birləşmiş Şəhər Xəstəxanasında olan həmkarlarını dolayısı ilə qeyri-peşəkarlıqda, eləcə də uşağın mərkəzə köçürülməsində yol verdikləri gecikmədə itiham edirlər. Öz növbələrində 7 saylı xəstəxananın həkimləri isə bu ittihamları qətiyyətlə rədd edirlər. Belə ki, bizimlə olan telefon danışığı zamanı xəstəxananın baş həkimi israrla bildirmişdir ki, Perinatal Mərkəzə köçürülmə zamanı uşağın vəziyyəti ağır olsa da stabil idi və qətiyyən kritik hal kimi qiymətləndirilə bilməzdi. Təbii ki, tərəflərdən hansının baş vermiş hadisəyə görə daha çox məsuliyyət daşımalı olduğunu yalnız peşəkar mütəxəssilər müəyyən edə bilərlər. Lakin bu arada belə bir məqama da diqqət etmək lazımdır ki, Respublika Perinatal Mərkəzi məhz səhiyyə naziri Oqtay Şirəliyevin iki gün öncə keçirilmiş iclasdakı çıxışında xatırlatdığı, Prezident İlham Əliyevin tapşırığına əsasən qəbul olunmuş “Ana və uşaqların sağlamlığının qorunmasına dair tədbirlər Proqramı”na müvafiq olaraq paytaxtda yaradılmış tibb müəssisələrindən biridir.

Son olaraq bir məqama da xüsusi diqqət yönəltmək istəyirik ki, məlumatları təqdim edən mənbə baş vermiş ölüm hadisəsi barədə nə 7 saylı Birləşmiş Şəhər Xəstəxanası, nə də Respublika Perinatal Mərkəzi tərəfindən hələ də Səhiyyə Nazirliyinə və hüquq-mühafizə orqanlarına məlumat verilmədiyini iddia edir...

CAMİR
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirilib

    Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər ...

    10-07-2016, 14:41

  • 
  • Prezident nazirləri topladı

    Prezident nazirləri topladı ...

    8-10-2014, 14:42

  • 
  • İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları dayandırıb

    İqtisadiyyat və Sənaye Nazirliyi yoxlamaları ...

    15-10-2015, 21:29

  • 
  • İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin iclası keçirildi

    İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ...

    7-10-2013, 15:27

  • 
  • PREZİDENT AZAL-ı TƏNQİD ETDİ – “Biletlər ucuzlaşmalıdır”

    PREZİDENT AZAL-ı TƏNQİD ETDİ – “Biletlər ...

    13-07-2015, 18:04


Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 

Arxiv xəbərlər

Sentyabr 2025 (73)
Avqust 2025 (568)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu