GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Bakı şəhər icra hakimiyyətinin qarşısında aksiya keçiriləcək

Bakı şəhər icra hakimiyyətinin qarşısında aksiya keçiriləcək

Tarix: 15-01-2014, 16:50 Bölmə :Manşet Baxış: 749
Bakı şəhər icra hakimiyyətinin qarşısında aksiya keçiriləcək
Məlum olduğu kimi, bu gün Azərbaycan paytaxtında rəsmən qəzetlərin əldə yayımını qadağan edən bir qərar açıqlandı. Belə ki, Bakı şəhərinin küçələrində küçə ticarətinə, qəzet və jurnalların səyyar satış nöqtələrinə Bakı Şəhər Ticarət və Xidmət Departamenti tərəfindən verilmiş icazələr 1 yanvar 2014-cü ildən ləğv edildiyi haqda xəbər yayıldı.

Bakı Şəhər Ticarət və Xidmət Departamentindən verilən məlumata görə, bu qərar Bakının abadlaşdırılmasını, gözəlləşdirilməsini, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilməsini və şəhərdə dünya standartlarına uyğun ən müasir qəzet və jurnalların satış köşklərinin quraşdırılmasını nəzərə alaraq qəbul edilib.

Bakı Şəhər Ticarət və Xidmət Departamenti bildirir ki, bundan sonra şəhər ərazisində küçə ticarətinə yol verilməyəcək, qəzet və jurnalların satışı isə yalnız və yalnız şəhərdə quraşdırılmış dünya standartlarına cavab verən köşklərdə həyata keçiriləcək.

Bu barədə açıqlama verən ölkənin ən çox satılan qəzetlərindən birinin - «Gündəm Xəbər» qəzetinin təsisçisi Şirin Cəfəri bildirdi ki, bu qərar birbaşa olaraq qəzetlərin çökdürülməsinə hesablanıb:

«Hesab edirəm ki, media ilə bağlı məsələlərə Bakı şəhər icra hakimiyyətinin Ticarət Departamentinin müstəvisində, ranqında yanaşılması gülüncdür. Yəni bu qurum hələ mətbuatın, azad sözün bir ölkə üçün, demokratiya üçün hansı əhəmiyyət daşıdığının fərqində deyil və ola da bilməz. Bunların işi-gücü göyərti satanlarla mübarizə olub, limon satanlara haqq qoymaq olub. Və indi də gəlib, mətbuatla eyni dildə danışmağa cəhd edirlər. Halbuki bunun onların qabına uyğun olmadıqları ortadadır. Bu bir siyasi hadisədir. BŞİH isə burada ya etiraf etməlidir ki, sıradan alətdir, ya da naşılığını etiraf edib, geri çəkilməlidir».

Bakı şəhər icra hakimiyyətinin qarşısında aksiya keçiriləcək

Daha sonra Şirin Cəfəri bildirdi ki, hazırda bu hadisəni gülünc adlandırır: «Amma nəticələri bizim cameə üçün odduqca acınacaqlı günləri vəd edir. Yəni ağlamalı duruma düşməyimiz an məsələsidir. Əgər qəzetlərin satışı əngəllənirsə, deməli, minlərlə qəzet işçisi - burada təkcə qəzet satan yox, həm də qəzetin ərsəyə gəlməsində iştirak edən redaksiya heyətləri də öz ailələrini dolandıra bilmələrini problem kimi qarşılayacaqlar. Bu baxımdan BŞİH bu gün minlərlə ailənin süfrəsini təhlükə altına atan bir qərarını açıqlayıb».

«Gündəm Xəbər»in təsisçisi onu da əlavə etdi ki, əgər bu məsələdə BŞİH qərarından daşınmasa, onlar etiraz aksiyasına əl atacaqlar: «Hörmətli Hacıbala Abutalıbov küçə ticarəti ilə əldə qəzet yayımını eyniləşdirməli deyil. Bunlar ayrı-ayrı məsələlərdir. Əgər Hacıbala Abutalıbov üçün limon satanla qəzet satanın fərqi yoxdursa, biz hörmətli icra başçısına bu fərqi izah edəcəyik».
DİA.AZ
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Bakıda küçə ticarəti və qəzetlərin səyyar satışı rəsmən qadağan olundu

    Bakıda küçə ticarəti və qəzetlərin səyyar satışı ...

    15-01-2014, 13:16

  • 
  • Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı

    Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı ...

    27-01-2014, 13:41

  • 
  • Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı

    Qəzetlər piketlə bağlı BHİŞ-ə müraciət ünvanladı ...

    27-01-2014, 13:41

  • 
  • “Gündəmxəbər” qəzeti çıxsın, çıxmasın?..

    “Gündəmxəbər” qəzeti çıxsın, çıxmasın?.. ...

    15-01-2014, 17:17

  • 
  • Qəzetlər səyyar satışa qadağadan çıxış yolu axtarır- FOTOLAR

    Qəzetlər səyyar satışa qadağadan çıxış yolu ...

    17-01-2014, 15:19


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (260)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu