GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Manşet » Azərbaycanda daha təhlükəli təriqət: BƏHAİLİK

Azərbaycanda daha təhlükəli təriqət: BƏHAİLİK

Tarix: 16-01-2014, 12:26 Bölmə :Manşet Baxış: 2 596
Azərbaycanda daha təhlükəli təriqət: BƏHAİLİK
Məmurlarımız pullarını görün, fırıldaqçılara necə qapdırır?

Azərbaycanda daha təhlükəli təriqət: BƏHAİLİK

Azərbaycanda müxtəlif dini təriqətlərin olmasına artıq təbii yanaşırıq və yaxud da belə bir məcburiyyətdə qalmışıq. Hər halda, dünənə qədər vəhabilik, nurçuluq, bəhailik, baptistlik barədə, «Yeqova şahidləri», «Birlik kilsəsi», krişnaidlər və digər bu kimi inanclar haqda kitablarda, jurnallarda, qəzetlərdə oxuduğumuz halda, bu gün vətəndaşlarımızın bu təriqətlərin fədailərinə çevrilmələrinə rəsmən şahidlik etməkdəyik.

Azərbaycan təriqətlərin girovluğunda

Elə bunun nəticəsidir ki, bu gün minlərlə Azərbaycan gənci Qarabağ kimi şəhidliyə yetişmə ünvanını qoyaraq Suriyada, Əfqanıstanda və digər yerlərdə özlərinə bəhanə axtarmaqla məşğuldurlar. Elə bunun nəticəsidir ki, bu gün Azərbaycanda minlərlə gənc müxtəlif təriqətlərin girovuna çevrilərək hətta havasını udduqları, çörəyini yedikləri vətənlərinə, dövlətlərinə, millətlərinə qarşı silah qaldırmağa qədər zərərli bir ünsürə çevrilirlər.
Bu gün Azərbaycanda qeyd etdiyimizi məqamın təkcə əhalinin kasıb zümrəsini girovuna çevirmədiyi də bir faktdır. Elə vəhabiliklə bağlı danışanda da asanlıqla deyə bilərik ki, bu təriqətə inananların sırasında məmuru da var, iş adamı da, başqa imkanlı təqəbə nümayəndəsi də. Kimi pula görə, kimi aldanması səbəbindən bu gün vəhabilərin yanında, sıralarındadır.
“Gündəm Xəbər” olaraq bu dəfə isə sizlərə bəhailərlə bağlı məlumat vermək istəyirik. Bildirək ki, ƏBƏDİ HƏYAT vəd edərək «müştərilərini» aldadan bu təriqət nümayəndələri arasında hətta məmurlarımız da xeyli saydadır. Bu barədə redaksiyamızı bilgiləndirən mötəbər mənbə iddia edir ki, hazırda 3 rayonun icra başçısı bəhai təriqətinə inanır. Eləcə də Prezident Administrasiyası və Nazirlər Kabinetində aşağı vəzifələrdə çalışan bəzi məmurlarımızın da bəhai olduğu söylənilir.

Kimdir bu bəhailər?

“Bəhaullah” ləqəbi ilə məşhur olan “Mirzə Hüseyn Əli” 1817-ci il noyabrın 12-də (hicri qəməri tarixi ilə 1233, məhərrəm ayının 2-si) Tehranda dünyaya göz açmışdı. Onun atası Mirzə Fəth Əli şahın sarayının vəziri idi. Elə bu səbəbdən də o, zadəgan balaları kimi eyş və işrət içərisində böyümüş elmə rəğbəti olmayan savadsızın biri idi. 1800-cü illərdə Çar Rusiyasının İranda fəaliyyət göstərən qondarma “Şeyx İsa Lənkərani” adı ilə Nəcəf və Kərbəla şəhərlərində Ali Dini Təhsil almağa başlayan “Kral Dalqorskiy” 1830-cu illərdə (20 Oktyabr 1819-cu ildə (hicri 1235, məhərrəm ayının 1-i) İranın Şiraz şəhərində anadan olmuş) “seyyid əli muhəmməd” üzərində işləyərək, onu özünü "bab" (ərəbcə "qapı" deməkdir) adlandıraraq, 1844-ci il mayın 23-də isə Şiraz şəhərində “Mehdi Sahib-əz-zaman” olduğunu elan edilməsini irəli sürür. Və beləliklə də uğursuz “babilik” hərakatına start verir. (Qeyd edək ki, bu mürtəce və qeyriİslami hərakatın qarşısı vaxtında ca dövrün agah Müctəhidləri tərəfindən alınır. Müctəhidlər azğın “babın” edam hökmünü verərək Təbriz şəhərindən küçə və xiyabanlarda “babı” gəzdirtirib rüsvay etdikdən sonra 9 iyul 1850-ci ildə edam edib öldürürlər. Qeyd olunan Müctəhidlər: 1- Molla Məhəmməd Mamağanı. 2- Molla Mirzə Bağır. 3- Molla Mürtəzaqulu.) Elə həmin illərdə ingiltərənin xəfiyyəsi ilə əlaqədə olan “bəhaullah”, “babi” hərakatına qoşularaq, hərakatın gedişatında əlindən gələni əsirgəmir. 1850-ci ildə “babın” edam edilməsinbn sonra “bəhaullah” ayaqyalın, başıaçıq, günortanın qızmar günəşi altında Tehran həbsxanasına aparılır. Küçə boyu toplanmış adamlar onu onun şərəfsizliyinə görə “bəhaullahı” təhqir edir, üstünə daş atırlar. Beləliklə o Tehranın Siyah-Çal həbsxanasına salınır. O, 1853-cü il aprelin 8-də Bağdada sürgün edilir.

“Bəhaullah”ın peyğəmbərlik iddiası

1863-cü il aprelin 21-dən mayın 2-dək, yəni azğın “babın” fitnəsindən 19 il keçdikdən sonra “bəhaullah” bir neçə tərəfdarlarına “babın” və “bütün Peyğəmbərlərin” əvvəlcədən xəbər verdikləri şəxsin məhz özü olduğunu, yəni güya Allahın “seçdiyi” “peyğəmbər” olduğunu bildirir. Elə həmin il Osmanlı İmperatorluğu tərəfindən İstanbula sürgün edilir. Burada o, 4 ay qaldıqdan sonra dekab ayının12-si, 1863 -cü ildə Türkiyənin Ədrinə əyalətinə sürgün edilir. Burada o, 5 il qaldıqdan sonra isə, 1868-ci ildə ingiltərə xəfiyyələrinin köməkliyi ilə dünya hökmdarlarının hamısına və hər birinə ayrılıqda “peyğəmbər” olması haqda məktublar göndərir. “bəhaullahın” məktubunu III Napaleon, İngiltərə kraliçası Viktoriya, Rus Çarı II Aleksandr, Prusiya hökmdarı I Vilhelm, Avstriya Hökmdarı Frans-İosif, Papa IX Piy, Türkiyə sultanı Əbdül Əziz və İran şahı Nəsirəddin alırlar. Məhz Ədirnə dövründə mürtəce “bəhai” sektasının ardıcılları arasında "Allahu-Əbha" (Allah nurlulardan Nurludur) qondarma salamlama bidəti yaranır və “bəhaullaha” “iman gətirənlər” özlərini "bəhai" adlandırmağa başlayırlar. İran Ədrinədəki konsulu mərkəzi hökümət dairələrinə “bəhaullahın” burada ingilis xəfiyyələrinin aşkar və gizli yardımları ilə əlaqədar xəbərlər ötürür və İran şahı Osmanlı imperiyası ilə məktublaşaraq “bəhaullahın” həqiqətdə İslam Dünyasının məhvinə çalışdığını bildirir. Beləliklə Osmanlı imperatorluğunun mərkəzi hökuməti son nəticə olaraq “bəhaullahın” sürgün edilməsi haqqında göstəriş verir. Əsgərlərin müşayəti ilə sürgün edilənlər Ədirnədən Qallipola gətirilirlər. Oradan da onlar Osmanlı imperiyasının ucqarındakı məhbəs kimi istifadə olunan Əkka şəhərinə yollanırlar. Əkkaya 31 avqust 1868-ci ildə çatan məhbuslar, “bəhailərin” dinsiz və qədar cinayətkar olması xəbərini eşidib qəzəblənmiş yerli əhali ilə üzləşirlər. Küçələrə çıxmış insanlar onları daşa basaraq, nalayiq sözlərlə təhqir edir və üstlərinə tüpürürdülər. Şəhər Məscidinin qarşısında Bəhaullah və onun yoldaşlarının ömürlük sürgünə məhkum edilməsi haqqında sultanın əmri oxunur. Əmrdə yerli əhaliyə onlarla hər hansı bir formada əlaqə saxlamaq qadağan edilirdi. Bəhaullah çirkli, yağış və küləyin içəri dolduğu pəncərəsiz kamerada yerləşdirilir, qalanlarını isə qonşu kameralara salırlar. 40 il məhbəs və sürgün həyatını yaşayan “bəhaullah” 29 mart 1892-ci ildə ölür.

«Bəhai»liyə inanın məmur kimdir?

Redaksiyamıza daxil olan informasiyalardan aydın olur ki, bu gün yüzlərlə sahibkar məhz bəhai təriqətinə inanır. Burada əsas cəlbedici olanı isə bəhai təriqətinin öz üzvlərinə ƏBƏDİ HƏYAT vəd etməsidir. Yəni guya ki, bu təriqət üzvləri ölmürlər.
Qeyd edək ki, buna qədər də bəhailik Azərbaycanda olub. Yəni nurçuluq və vəhabilikdən fərqli olaraq bəhailik Azərbaycanda yeni deyil, hətta bu təriqət üzvləri arasında məşhur milyonçularımızdan olan Mussa Nağıyevin də adı çəkilir. Yəni bildirilir ki, Mussa Nağıyev «məhz əbədi yaşamaq istəyilə» bəhailərin sırasına qoşulmuş və bəhailərə külli miqdarda pul ayırmışdı.
İndi isə eyni qaydada onlarla məmurumuz öz varidatlarını bəhaliyin yolunda sərf edirlər. Məlumatı verən mənbə iddia edir ki, hər həftənin cümə günü Bakıda bəhailərin toplantısı olur: «Onlar bunun adına ibadət deyirlər. Və əsasən metronun «Nizami» stansiyasının yaxınlığındakı məsciddə yığışırlar. Amma bu ibadət daha çox şeytana xidmət anlamına gəlir. Çünki öz inanc baxışı ilə hətta eyni cinsdən olanların izdivacını belə dəstəkləyən bəhailiyə tapınma heç vaxt Allaha xidmət hesab oluna bilməz».
“Gündəm Xəbər” bildirir ki, Azərbaycanda bəhailiyi gəlişdirən və ona dəstək verənlərlə bağlı yaxın günlərdə daha geniş materialı diqqətinizə təqdim edəcəyik. Diqqətiniz bizdə olsun. Bizi izləməkdə davam edin…

Fəqri Qayalı
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Azərbaycanda bütün təriqətlər hansı məmurlara işləyir?

    Azərbaycanda bütün təriqətlər hansı məmurlara ...

    8-12-2013, 11:56

  • 
  • Dövlət dini təriqətlərə nəzarəti gücləndirir

    Dövlət dini təriqətlərə nəzarəti gücləndirir ...

    9-05-2014, 12:42

  • 
  • Azərbaycanda vəhabilərə qarşı mübarizə aparanı iranmeyilli dindarlardır - ARAŞDIRMA

    Azərbaycanda vəhabilərə qarşı mübarizə aparanı ...

    29-01-2014, 13:17

  • 
  • Dini komitə radikal qruplaşmalarla bağlı həyəcan təbili çaldı

    Dini komitə radikal qruplaşmalarla bağlı həyəcan ...

    29-01-2014, 12:41

  • 
  • Dini Komitə ölkədəki radikalizmə qarşı hərəkətə keçdi

    Dini Komitə ölkədəki radikalizmə qarşı hərəkətə ...

    29-01-2014, 15:27


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (312)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu